İmarət stadionu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İmarət stadionu
Stadionun xarabalıqları, avqust 2021.
Stadionun xarabalıqları, avqust 2021.
Xəritə
Yeri Ağdam, Azərbaycan
Açılış tarixi 1952
Sökülmə tarixi 1993
Ev sahibi komanda Qarabağ
Ot örtüyü Ot

İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion.[1][2] SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion.[3] 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb.

2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən yeni "İmarət" stadionunun təməli qoyulub.[4] Stadionun tikintisinin yekunlaşdırılması və kompleksin istifadəyə verilməsi 2026-cı ildə nəzərdə tutulub.[5]

"İmarət"in Kommunist küçəsi tərəfdən olan əsas qapısında milli ornamentlərlə "İmarət" yazısı

İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi.

Stadionun direktoru erkən illərdə şair Germanın Hüseynov atası Əli olmuşdu. O dünyasını dəyişəndən sonra isə Asif Mustafayevi direktor təyin etmişdilər. Hər iki şəxsin stadionun mühafizəsində, onun abadlaşdırılmasında müəyyən xidmətləri var idi.[6]

Ağdam Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə Bakıdan təşrif buyuran mədəniyyət və incəsənət xadimlərinin konsertləri məhz İmarət stadionunda təşkil edilərdi.

Stadion 1993-cü ilinin iyun ayında Ağdam şəhərinin işğalı zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbələrinə məruz qalaraq, yarasız vəziyyətə salınıb.[7]

20 noyabr 2020-ci ildə Ağdam şəhərinin erməni işğalından azad edilməsindən sonra stadion minalardan təmizlənib.[8]

Azərbaycan prezidenti İlham Əliyev Ağdam səfəri zamanı ermənilər tərəfindən dağıdılan "İmarət" stadionunun bərpa olunacağını və stadionun adının "İmarət" olacağını bildirib: "İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Adı İmarət olacaq. Amma İmarəti də biz yenidən bərpa edəcəyik. Çünki o, cıdır kimi nəzərdə tutulmuşdu, ona görə biz onu elə cıdır formasına salacağıq."[9]

Gənclər və İdman Nazirliyinin 2022-ci il üzrə gözləntilərində Ağdam şəhərində "İmarət" stadionunun yenidən inşa olacağı və stadionun tamaşaçı tutumunun 30 min nəfərdən çox olacağı qeyd edilib.[10]

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov "Xalq" qəzetinə müsahibəsində "İmarət" stadionunun yerinin dəyişəcəyini deyib: "Futbol azarkeşlərinə demək istəyirəm ki, biz İmarət stadionunun tikintisini nəzərdə tuturuq. Düzdür stadion əvvəlki yerdə deyil, yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində olacaq" O, hazırda layihələndirmə işlərinin getdiyini bildirib: "Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırırıq. İdman təmayüllü orta məktəbin, bundan əlavə, Azərbaycandan bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur."[11]

Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda stadionun tikintisinə 2023-cü ildə başlanılması və 2026-cı ildə istifadəyə verilməsi planlaşdılıb.[5]

2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən "İmarət" stadionunun təməli qoyulub.[4] Yeni stadion üçün 19,2 hektar torpaq sahəsi ayrılıb. Stadionun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi və 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik olması nəzərdə tutulmuşdur.[4]

  1. "The story of FK Qarabag: How a team born from war now prepares to host Chelsea in the Champions League". www.independent.co.uk. www.independent.co.uk. 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2019.
  2. "Who are Qarabag? Chelsea's Champions League opponents from wartorn city where stadium is just rubble". www.mirror.co.uk. www.mirror.co.uk. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2019.
  3. "Арон Зарбаилов: Банишевский долго бился за меня, и в итоге показал Нерсесову, чье слово в Азербайджане весомее!". Azerifootball.com. 2022-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-17.
  4. Yuxarıda get: 1 2 3 "İlham Əliyev Ağdam şəhərində "İmarət" stadionunun təməlini qoyub". president.az (az.). 2024-09-19. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
  5. Yuxarıda get: 1 2 ""İmarət" stadionunun tikilib istifadəyə veriləcəyi tarix bəlli olub". Report İnformasiya Agentliyi (az.). 2022-11-16. 2022-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
  6. "Ağdamın "İmarət"li günləri..." www.anl.az. www.anl.az. 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2019.
  7. ""Qarabağ": "Atlılar" kimi tanınan Azərbaycan klubu "Çelsi" ilə qarşılaşacaq". worldmedia.az. worldmedia.az. 2019-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2019.
  8. "Ağdamın "İmarət" stadionu minalardan təmizlənir — VİDEO". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.
  9. "Prezident tapşırıq verdi — Ölkənin futbol həyatı üçün böyük müjdə!". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.
  10. ""Ağdamda "İmarət" stadionu bu il tikiləcək" — Nazirlik". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.
  11. ""İmarət" stadionunun yeri dəyişəcək". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]