Dəhnəxəlil

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dəhnəxəlil
40°40′45″ şm. e. 47°28′26″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 74 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.281 nəf. (1999)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0331
Xəritəni göstər/gizlə
Dəhnəxəlil xəritədə
Dəhnəxəlil
Dəhnəxəlil

DəhnəxəlilAzərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Dəhnəxəlil kəndi Yuxarı Qolqəti kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Dəhnəxəlil kənd Soveti yaradılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindəki Dəhnəxəlil kəndinin ərazisindən 239,64 ha (bundan dövlət mülkiyyətində olan 24,9 ha, bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 120,74 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir.[2]

Toponimikası

Oykonim dəhnə (ağız, başlanğıc) və xəlil (Şirvan zonasında geniş ərazidə yayılmış xəlilli tayfasının adından) komponentlərindən düzəlib. Turyançay Ağdaş Şəhəri yaxınlığında, Bozdağdan düzənə çıxdıqdan sonra sağa burularaq indiki yatağı ilə axır. Köhnə yatağında çayın düzənə çıxdığı yer vaxtilə Dəhnə adlanmış, oykonimin birinci komponenti də buradan yaranmışdır. Kəndin adı "dəhnədə yerləşən Xəlilli kəndi" mənasındadır.[3]

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 7 km şimal şərqdə, Türyançayın sol sahilində, Şirvan düzündə yerləşir.

Əhalisi

Əhalisi 1518 nəfərdir. Yerli əhalisi əsasən Azərbaycan türklərindən ibarətdir.

Tanınmış şəxsləri

Şəhidləri

  • Məmmədov Ramiz Fazil oğlu (1972-1992)
  • Bayramov Məzahir Oruc oğlu (1963-1992)

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti meyvəçilik və maldarlıqdır. Kənddə qafqaz xurması, heyva, gilasın müxtəlif növləri yetişdirilir. 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.[4]

İstinadlar

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-06.
  2. "Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci tarixli, 500-IVQ saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. Dəhnəxəlil // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. "AĞDAŞIN DAHA 6 KƏNDİNƏ TƏBİİ QAZ VERİLƏCƏKDİR". 2019-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-30.

Həmçinin bax