"Şahin" Xüsusi Təyinatlı Dəstəsi

"Şahin" Xüsusi Təyinatlı DəstəsiAzərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsidir.

"Şahin" Xüsusi Təyinatlı Dəstəsi
Növü Xüsusi təyinatlı
Ölkə Azərbaycan Azərbaycan
Tabedir DİN Daxili Qoşunları
Sayı Gizli saxlanılır
Müharibələr 2-ci Qarabağ müharibəsi
Döyüşlər Murovdağ döyüşləri
Fərqlənmə nişanları
Komandanlıq
Komandir Pol. Zəfər Yusibov

Yaradılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Şahin" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir.

"Şahin" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri Vətən Müharibəsi Qəhrəmanı Zəfər Yusibovdur.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

"Şahin" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 09.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.