Zəfər Qəzənfər oğlu Yusibov (1982, Şəki rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının polkovniki, "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin komandiri, İkinci Qarabağ müharibəsi qazisi, Vətən Müharibəsi Qəhrəmanı (2020).
Zəfər Yusibov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 2003 — h. h. |
Rütbəsi | Polkovnik |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Zəfər Yusibov 1982-ci ildə Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub. 1988–1999-cu illərdə Çayqaraqoyunlu kənd tam orta məktəbində təhsil alıb. 1999–2003-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Ailəlidir. 2 övladı var.
Zəfər Yusibov 2003-cü ildən Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında xidmət edir.
Kapitan Zəfər Yusibov Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Polkovnik Zəfər Yusibov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin komandiridir.
Zəfər Yusibov müxtəlif illərdə Türkiyə Respublikasında keçdiyi peşə və ixtisasartırma kurslarında iştirak edib:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının polkovniki olan Zəfər Yusibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə savaşıb və döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zəfər Yusibova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[1]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zəfər Yusibov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zəfər Yusibov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zəfər Yusibov "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.