Ümumdünya irsi komitəsi

UNESCO Ümumdünya irsi komitəsinin loqosu

Ümumdünya İrs Komitəsi, UNESCO-nun Ümumdünya irsi siyahısına daxil ediləcək yerləri təyin edən təşkilatdır. Dünya Mədəni və Təbii İrsin Qorunması Konvensiyasının həyata keçirilməsindən məsuldur, Dünya Mirası Fondunun istifadəsini idarə edir və iştirakçı dövlətlərin istəyi ilə maliyyə yardımı paylayır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən dörd il müddətinə seçilən iyirmi bir üzv dövlətdən ibarətdir.[1][2]

Ümumdünya irsi komitəsinə 21 ölkə daxildir.[2] Hər il komitəyə bir dövlət rəhbərlik edir. İldə bir dəfə iclas keçirilir. İclasa həmin il komitəyə rəhbərlik etmiş, ölkə başçılıq edir. Komitənin əsas işi yeni namizədlər arasında seçim aparmaq və siyahıda olan irslərin vəziyyətini dəyərləndirməkdir. Ümumdünya irsi komitəsi, həm də Ümumdünya Mədəniyyət fondunu idarə edir.[3][4]

Ümumdünya irsinin nümunələrinin yerləşdiyi ölkələr. (2007)
Mədəni irsin yerləşdiyi ölkələr. (2007)
Təbiətdə olan təbii mirasların yerləşdiyi ölkələr. (2007)
Ümumdünya irsinə daxil olan dini abidə və məbədlərin yerləşdiyi ölkələr. (2007)

Ümumdünya irsi komitəsinə daxil olan 21 ölkənin siyahısı.

Sessiya[5] İl Tarix Ev sahibi şəhər Tərəfdaş dövlət
1 1977 27 iyun–1 iyul Paris  Fransa
2 1978 5 sentyabr–8 sentyabr Washington, DC  ABŞ
3 1979 22 oktyabr–26 oktya Qahirəəl-Üqsür  Misir
4 1980 1 sentyabr–5 sentyabr Paris  Fransa
5 1981 26 oktyabr–30 oktyabr Sidney  Avstraliya
6 1982 13 dekabr–17 dekabr Paris  Fransa
7 1983 5 dekabr–9 dekabr Florensiya  İtaliya
8 1984 29 Oktyabr–2 noyabr Buenos-Ayres  Argentina
9 1985 2 dekabr–6 dekabr Paris  Fransa
10 1986 24 noyabr–28 noyabr Paris  Fransa
11 1987 7 dekabr–11 dekabr Paris  Fransa
12 1988 5 dekabr–9 dekabr Brasília  Braziliya
13 1989 11 dekabr–15 dekabr Paris  Fransa
14 1990 7 dekabr–12 dekabr Banff  Kanada
15 1991 9 dekabr–13 dekabr Karfagen  Tunis
16 1992 7 dekabr–14 dekabr Santa Fe  ABŞ
17 1993 6 dekabr–11 dekabr Cartagena  Kolumbiya
18 1994 12 dekabr–17 dekabr Phuket  Tailand
19 1995 4 dekabr–9 dekabr Berlin  Almaniya
20 1996 2 dekabr–7 dekabr Mérida  Meksika
21 1997 1 dekabr–6 dekabr Napoli  İtaliya
22 1998 30 noyabr–5 noyabr Kyoto  Yaponiya
23 1999 29 noyabr–4 noyabr Mərakeş  Mərakeş
24 2000 27 noyabr–2 dekabr Cairns  Avstraliya
25 2001 11 dekabr–16 dekabr Helsinki  Finlandiya
26 2002 24 iyun–29 iyun Budapeşt  Macarıstan
27 2003 30 iyun–5 iyul Paris  Fransa
28 2004 28 iyun–7 iyul Suzhou  ÇXR
29 2005 10 iyul – 17 iyul Durban  Cənubi Afrika Respublikası
30 2006 8 iyul – 16 iyul Vilnüs  Litva
31 2007 23 iyun – 1 iyul Christchurch  Yeni Zelandiya
32 2008 2 iyul - 10 iyul Québec  Kanada
33 2009 22 iyun - 30 iyun Sevilla  İspaniya
34 2010 25 iyul - 3 avqust Brasília  Braziliya
35 2011 19 iyun - 29 iyun Paris  Fransa
36 2012 25 iyun - 5 iyul Sankt-Peterburq  Rusiya
37 2013 17 iyun - 27 iyun Phnom Penh  Kamboca
38 2014 15 iyun - 25 iyun Doha  Qətər
39 2015 28 iyun - 8 iyun Bonn  Almaniya
40 2016 10 iyul - 20 iyul İstanbul  Türkiyə
41 2017 10 iyul - 17 iyul Kraków  Polşa
42 2018 24 iyun - 4 iyul Manama  Bəhreyn
43 2019 30 iyun - 10 iyul Baku  Azərbaycan
UNESCO Ümumdünya irsi Komitəsinin üzvləri
Üzv dövlət[6] Mandat
 Anqola 2015-2019
 Avstraliya 2017-2021
 Azərbaycan 2015-2019
 Bəhreyn 2017-2021
 Bosniya və Herseqovina 2017-2021
 Braziliya 2017-2021
 Burkina-Faso 2015-2019
 ÇXR 2017-2021
 Kuba 2015-2019
 Qvatemala 2017-2021
 Macarıstan 2017-2021
 İndoneziya 2015-2019
 Küveyt 2015-2019
 Qırğızıstan 2017-2021
 Norveç 2017-2021
 Sent-Kits və Nevis 2017-2021
 İspaniya 2017-2021
 Tunis 2015-2019
 Tanzaniya 2015-2019
 Uqanda 2017-2021
 Zimbabve 2015-2019
Ümumi 21
  1. According to the UNESCO World Heritage website, States Parties Arxivləşdirilib 2020-05-26 at the Wayback Machine are countries that signed and ratified The World Heritage Convention Arxivləşdirilib 2016-08-27 at the Wayback Machine. As of March 2013, there were a total of 170 State Parties.
  2. 1 2 UNESCO. "The World Heritage Committee". UNESCO. 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2019.
  3. İrsi Komitəsi
  4. "The World Heritage Committee". UNESCO World Heritage Site. 2006-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-10-14.
  5. "Sessions". UNESCO World Heritage Site. 1 iyun 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2015. (#invalid_param_val)
  6. "UNESCO World Heritage Centre - 40th session of the Committee". whc.unesco.org. 27 iyul 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2018. (#invalid_param_val)