İxtiyar Şirinov

İxtiyar Əlibala oğlu Şirinov (İxtiyar Şirin) (23 iyul 1952, Dünyamalılar, Jdanov rayonu14 noyabr 2022) — Azərbaycan Respublikasının Baş Prokuroru (1992–1993), Azərbaycanın ilk[1] həqiqi dövlət ədliyyə müşaviri (16.10.1992–14.09.1993)

İxtiyar Şirin
14 oktyabr 1992 – 30 iyun 1993
ƏvvəlkiMurad Babayev
SonrakıƏli Ömərov
Şəxsi məlumatlar
Doğum tarixi 23 iyul 1952(1952-07-23)
Doğum yeri
Vəfat tarixi 14 noyabr 2022(2022-11-14) (70 yaşında)
Partiya
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

23 iyul 1952-ci ildə Jdanov rayonunun, Dünyamallılar kəndində anadan olub. AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.

14 noyabr 2022-ci il tarixində vəfat etmişdir.[2]

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.[3] İstiqlalçı deputat olaraq 1991-ci ildə, parlamentdə məhz həmin 43 deputatlardan biri olaraq Azərbaycan xalqının müstəqillik istəyinə səs vermişdi.

29 dekabr 1998-ci il tarixində Milli Konqres Partiyasını təsis etmiş və siyasi fəaliyyətini təsis etdiyi siyasi partiya ilə davam etdirmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın general-polkovnikləri
  2. "Azərbaycanın keçmiş Baş Prokuroru vəfat edib". 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-15.
  3. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az [ölü keçid]  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]