Şah Təhmasib məscidi

Sahibüləmr məscidi (fars. مسجد صاحب‌‌الامر‎) və ya Şah Təhmasib məscidi - Təbriz şəhərinin Sahibabad meydanında yerləşən məsciddir. Səfəvi hökmdarı I Şah Təhmasibin dövründə tikilmişdir və tarix boyunca dəfələrlə dağıdılmış və bərpa edilmişdir. Sahibüləmr XII Şiə imamı İmam Mehdinin titullarından biridir və komandanların rəhbəri mənasına gəlir.[1][2]

Sahibüləmr məscidi
Xəritə
38°05′02″ şm. e. 46°17′44″ ş. u.HGYO
Ölkə İran
Status Ölkə əhəmiyyətli
Şəhər Təbriz
Yerləşir Sahibabad meydanı
Aidiyyatı Səfəvilər dövləti
Sifarişçi Şah I Təhmasib
Tikilmə tarixi XVI əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2001-ci ilin 10 oktyabrında 4196 saylı qərarla İranın milli dəyərləri siyahısına salınmışdır.

Məscidin tikilmə tarixi dəqiq olaraq bilinməsə də, Səfəvi hökmdarı I Şah Təhmasibin dövründə Şahibabad meydanının şərq hissəsində tikilmişdir. 1638-ci ildə Təbriz şəhəri Osmanlı hökmdarı IV Murad tərəfindən işğal edildikdən sonra məscid dağıdılmışdır. Lakin, şəhər tezliklə Səfəvilər tərəfindən azad edilmiş və məscid yenidən bərpa edilmişdir. Lakin, az sonra baş vermiş zəlzələ nəticəsində məscid yenidən dağılmışdır. Buna görə də, məscid və məscidin yerləşdiyi meydan Qulu xan Dünbüli tərəfindən bərpa edilmişdir.[1]

Xalq məscidə XII Şiə imamı İmam Mehdinin titullarından biri olan Sahibüləmr adını vermişdir.[2]

  1. 1 2 A Brief History of The Fourteen Infallibles. Qum: Ansariyan Publications. 2004. 159.
  2. 1 2 "TABRİZ-2018" (Farsca). 2022-08-03 tarixində arxivləşdirilib.