İvan Oraxelaşvili

Mamiya Oraxelaşvili (gürc. მამია ორახელაშვილი, rus. Иван (Мамия) Дмитриевич Орахелашвили, İvan (Mamiya) Dmitrieviç Oraxelaşvili; 10 iyun 1881 və ya 1881[1], Kutaisi11 dekabr 1937[2] və ya 1937[1]) — RusiyaGürcüstanda inqilabi hərəkatda fəal iştirak edən gürcü bolşeviksovet siyasətçisi.

Mamiya Oraxelaşvili
gürc. მამია დიმიტრის ძე ორახელაშვილი
Şəxsi məlumatlar
Doğum tarixi 10 iyun 1881(1881-06-10) və ya 1881[1]
Doğum yeri
Vəfat tarixi 11 dekabr 1937(1937-12-11)[2] və ya 1937[1]
Partiya
Təhsili
  • İmperator Tibbi Cərrahiyyə Akademiyası[d],
  • S. M. Kirov adına Hərbi Tibb Akademiyası[d]
Fəaliyyəti siyasətçi, həkim
Elmi fəaliyyəti
Elm sahəsi bolşevizm[3][3], tibb[3][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyat və karyera

[redaktə | mənbəni redaktə et]

Rusiya imperiyasının Kutais qubernatorluğunda (indiki Gürcüstanda) mülkədar ailəsində anadan olan Oraxelaşvili Xarkov UniversitetindəSankt-Peterburq Hərbi Tibb Akademiyasında tibb təhsili alıb. O, 1903-cü ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının bolşevik fraksiyasına qoşulmuş, 1905-ci ildə Peterburqda baş vermiş üsyanda fəal iştirak etmişdir. 1906–1914-cü illərdə bir neçə dəfə çar polisi tərəfindən həbs olunub.[4]

1917-ci ildə bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra Oraxelaşvili Vladiqafqaz Sovetinə sədrlik etdi. 1918–1920-ci illərdə Gürcüstan Demokratik Respublikasında gizli bolşevik dəstəsində çalışmış və Gürcüstan hökuməti tərəfindən həbs edilmişdir. Gürcüstan və Sovet Rusiyası arasında bağlanmış Moskva müqaviləsinə əsasən (1920-ci ilin mayında) azad edilib və daha sonra leqallaşdırılan Gürcüstan Kommunist Partiyasının sədri olub. 1921-ci ilin fevralında Gürcüstanın cənubunda bolşevik təxribatında iştirak etdi. Hansı ki, bu, Vladimir Lenin hökuməti tərəfindən Qırmızı Ordunun Gürcüstana hücumu üçün bəhanə kimi istifadə edilmişdir.[5] O, İakov Moiseyeviç Şafirin (1921) "Тайны меньшевистского царства" ("Menşevik Gürcüstanın sirləri") əsərinə müqəddimə yazmışdır.[6]

Sovet Gürcüstanında

[redaktə | mənbəni redaktə et]

Gürcüstanın sovetləşməsindən sonra Oraxelaşvili Gürcüstan Revkomunun sədri və Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışıb. Sonralar Gürcüstan Xalq Komissarları Soveti sədrinin müavini və Zaqafqaziya SFSR Xalq Komissarları Sovetinin sədri oldu. 1923–1937-ci illərdə SSRİ Xalq Komissarları Soveti sədrinin müavini və Zaqafqaziya Kommunist Partiyası Komitəsinin birinci katibi vəzifələrində çalışmış və Qafqazda ən nüfuzlu sovet rəsmilərindən biri olmuşdur.[7]

1930-cu ildə Oraxelaşvili Kommunist Partiyasının "Pravda" qəzetinin redaksiya heyətinə daxil olur. 1932-ci ildə Marks-Engels-Lenin İnstitutunun direktor müavini təyin edilmiş, Kommunist Partiyasının tarixinə, Zaqafqaziya və Gürcüstanda bolşevik fəaliyyətinə dair bir neçə əsərin müəllifidir. Onun sözügedən dövrün tarixi təsvirləri hadisələrin Stalinist versiyası ilə xüsusilə üst-üstə düşmürdü.[8]

1937-ci ildə Böyük Təmizləmə zamanı o, həbs edildi, daha sonra isə edam edilib. Onun həyat yoldaşı, Gürcüstan SSR təhsil naziri Məryəm Oraxelaşvili həbsxanada işgəncələrə məruz qalaraq güllələnib. Onların qızı Ketevan QULAQ düşərgəsinə göndərilib və onun əri, görkəmli dirijor Yevgeni Mikeladze işgəncə ilə öldürülüb.[9] Onlar 1955-ci ildə reabilitasiya olunublar.

  1. 1 2 3 4 Люди и судьбы. Биобиблиографический словарь востоковедов - жертв политического террора в советский период (1917-1991) (rus.). СПб: Петербургское Востоковедение, 2013. 496 с. — (Социальная история отечественной науки о Востоке) ISBN 978-5-85803-225-0
  2. 1 2 Орахелашвили Иван Дмитриевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 3 4 Orachelašvili, Mamija Dmitrijevič // Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. "Ivan Dmitrievich Orakhelashvili". Arxivləşdirilib 2021-11-04 at the Wayback Machine Geni.com
  5. Mikaberidze, Alexander. "Orakhelashvili, Mamia". In: Dictionary of Georgian National Biography. 2008.04.19 tarixində Wayback Machine tərəfindən arxivləşdirilib. 30 mart 2007.
  6. [1]Arxivləşdirilib 2021-11-04 at the Wayback Machine "[Дезидерата РНБ] Шафир, Я. Тайны меньшевистского царства / пред. М. Орахелашвили. Тифлис: Государственное изд-во; Тип. Правительства, 1921". Аукционный дом "Литфонд" (in Russian). Auction house "Literary Fund". 8 may 2021.
  7. Suni, Ronald Qriqor (1994), Gürcü millətinin yaranması: 2-ci nəşr, səh. 235. İndiana Universiteti Nəşri, ISBN 0-253-20915-3.
  8. Orakelaşvili İvan (Mamiya) Dmitrieviç Arxivləşdirilib 2022-06-23 at the Wayback Machine (rus dilində). CHRONOS Bioqrafik İndeksi. 30 mart 2007.
  9. Knight, Amy W. (1993), Beria: Stalinin birinci leytenantı, səh. 83. Princeton University Press, Princeton, New Jersey. ISBN 0-691-01093-5