Şuşa 2022 (ing. Shusha Chess 2022) — 21–24 sentyabr 2022-ci il tarixlərində Azərbaycanın Şuşa şəhərində keçirilən beynəlxalq şahmat turniri. Turnir Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada anadan olmuş Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuşdur.[1][2] Şuşada keçirilən ilk beynəlxalq şahmat turniridir.[2] Turnirin keçirildiyi məkan "Qarabağ" hoteli olmuşdur.[3]
Şuşa 2022 | |
---|---|
Tarix | 24 sentyabr 2022 |
Turnirdə 9 ölkədən kişilər və qadın şahmatçılar iştirak etmişlər. Kişilər: Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Hao Vanq, Parham Maqsudlu, Vidit Qucrati, Rüstəm Kasımcanov, Qədir Hüseynov, Rauf Məmmədov, Mustafa Yılmaz, Vasif Durarbəyli.[4]
Qadınlar: Nana Dzaqnidze, Günay Məmmədzadə, Marsel Efroimski, Meri Arabidze, Ülviyyə Fətəliyeva, Yolanta Zavacka, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Kübra Öztürk.[5]
Turnirin rəsmi loqosu 24 avqust 2022-ci ildə təqdim olunmuşdur. Bu, Şuşa qalasının, Qarabağ atının və şahmat topunun üslublaşdırılmış təsvirlərinin kombinasiyasıdır. Loqo üzərindəki yazıda Şuşa qalasının Gəncə qapısında olan "Şuşa" yazısı ilə düzülmüş şriftdən istifadə edilmişdir.[6][7]