Əlimərdan — İrəvan xanlığının Vedibasar mahalında kənd adı.[1]
Tarixi İrəvan xanlığı əraziləri | |
Əlimərdan kəndi | |
---|---|
Ümumi məlumatlar | |
Ləğv edilib | 1949 |
Əlimərdan kəndi İrəvan xanlığının Vedibasar kəndində azərbaycanlıların məskunlaşdıqları yaşayış məntəqələrindən biri olmuşdur. 1828–1832-ci illərdə İrandan və Türkiyədən köçürülən ermənilərin bir hissəsi çar Rusiyası tərəfindən bu kənddə yerləşdirilmişdir. 1946-cı ildə kəndin adı ermənilər tərəfindən dəyişdirilərək Karadzor adlandırılmışdır. Kənddə yaşayan azərbaycanlılar 1949-cu ildə Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir.
Bir sıra mənbələrə əsasən kəndin əsl adı "El Mərdin", yəni "Mərdin eli" olmuşdur. Tədqiqatçıların fikrincə, kənd "Kitabi-Dədə Qorqud" dastanlarında adı çəkilən Mərdin qalasından gələnlər tərəfindən yaradılmışdır.[2][3]