Bağçacıq (Vedi)

Bağçacıqİrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[1]

Kənd
Bağçacıq

İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. Rayon mərkəzindən 22–23 km şimal-şərqdə, Vedi çayının yanında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[2], Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. 1590-cı ildə[4] və 1728-ci ilə[5][6] aid mənbələrdə çəkilir.

Toponim bağça sözünə -cıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.[7]

1828–1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuşdur. Bir neçə ildən sonra onun bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır. Kənddə 1873-cü ildə 236, 1886-cı ildə 361, 1897-ci ildə 373, 1904-cü ildə 618, 1914-cü ildə 680, 1916-cı ildə 455 nəfər azərbaycanlı yaşamışdır[8]. 1918–19-cu illərdə azərbacanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kəndi məcburi tərk etmiş azərbaycanlılar geri dönə bilmişlər. Kənddə 1922-ci ildə 88 nəfər, 1926-cı ildə 130 nəfər, 1931-ci ildə 162 nəfər[9], 1939-cu ildə 270 nəfər[10] azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948–49-cu illərdə kəndin sakinləri — azərbaycanlılar tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüş və kənd 1959-cu ildə ləğv edilmişdir[11]. Kənd oradakı Baxçacuq dağının adını əks etdirir. İndi ölü kənddir.

  1. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Бағчаҹыг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  2. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.179
  3. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.33
  4. Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633. .
  5. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
  6. Qızılbaşlar tarixi,. . Bakı. 1995.
  7. İbrahim Bayramovun "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" adlı əsəri
  8. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.84–85, 154–155
  9. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.85, 155
  10. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. ISBN 5-8020-0852-0 s.221
  11. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.577