Qədirli (Vedibasar)

Qədirli və ya Qədiliİrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[2]

Kənd
Qədirli
39°52′ şm. e. 44°57′ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Vedibasar mahalı
Rayon Vedi rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Sahəsi
  • 34,82 km²
Mərkəzin hündürlüyü 1.815 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 190 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qədirli xəritədə
Qədirli
Qədirli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 22 km cənub-şərqdə, Qədili kanalının yanında, Varsaq dağının ətəyində, Çapan çayının kənarında yerləşmişdir.

1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Qədli kimi[3], Qafqazın 5 verstlik xəritəsində Qadılu fonetik formasında[4] qeyd edilmişdir. Kəndin adı XVIII əsr mənbəyində Ağkilsə[5] erməni mənbələrində Qədirli[6] kimi də göstərilir.

Kəndin tarixi adı Qədili olsa da, Sovet hakimiyyəti illərində Qədirli kimi rəsmiləşdirilmişdir.

Toponim türk mənşəli qədili nəsil adı əsasında yaranmışdır. Qədili tayfası qaşqayların bir tirəsi olmuşdur[7]. Patronomik toponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancanist qoyulmuşdur.

Kənddə 1831-ci ildə 45 nəfər, 1873-cü ildə 389 nəfər, 1886-cı ildə 497 nəfər, 1897-ci ildə 588 nəfər, 1904-cü ildə 827 nəfər, 1914 - cü ildə 839 nəfər, 1916-cı ildə 697 nəfər azərbaycanlı yaşamışdır[8].

1918-1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1926-cı ildən burada ermənilər yaşamağa başlamışdır.

Qədirlidə 1919-cu ildə 900 nəfər əhalisi olmuşdur. Andranikin silahlı dəstələri kəndi yerlə-yeksan etmişdir. əhalisinin bir hissəsi qılıncdan keçirilmiş, işgəncələrlə öldürülmüşdür. Sag qalanlar qovulmuşlar. Kənd sonralar ermənilərin əlinə keçmişdir.[9]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.173
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.107
  5. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s. 106
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s. 154
  7. (90, s.281
  8. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.86-87, 154-155
  9. Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.