Keşişverən — İrəvan xanlığının Vedibasar mahalında, İrəvan quberniyasının İrəvan qəzasında, Sonra Vedi (Ararat) rayonunda indiki Ararat mərzində kənd.[2][3][4]
Kənd | |
Keşişverən | |
---|---|
39°51′11″ şm. e. 44°59′06″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | [[Vedibasar mahalı]] |
Rayon | [[Vedi rayonu]] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.850 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 34 km məsafədə, dərədə, Çanaxçı çayının sağ axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.
Toponim türk dilində "yaşayış məntəqəsi, qəsəbə" mənasında işlənən keş sözü ilə[6] qədim türk dilində "xarablıq, uçulmuş divar" mənasında işlənən örən sözünün[7] sinonimi olan viran sözünün birləşməsindən əmələ gəlmişdir. "Veran", "viran" sözünün dialekt variantıdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.1728-ci ilə aid arxiv mənbəyində "Keşiş vİranı" kimidir. Əsli Keşiş viranəsi.[8][9] (170, 15). Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovaşen, 21. X.1967-ci il fərmanı ilə yenidən dəyişdirilərək Urtsalanc qoyulmuşdur.
1848-ci ildə əhalisi Azərbaycana köçürülmüşdür.[10]