Çimənkənd, Aşağı Qarabağlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Çimənkənd | |
---|---|
39°54′45″ şm. e. 44°49′03″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1873[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.075 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Çimənkənd rayon mərkəzindən 9 km şərqdə yerləşir. Əvvəllər mövcud olmuş Qarabağlar rayonuna aid olmuşdur və onun mərkəzi idi. Digər adı Aşağı Qarabağlar (yenə orada).[3]
1948-49-cu illərdə Qarabağlar rayonunun ləğvi ilə əlaqədar Vedi rayonunun tabeliyinə verilmişdir. Qafqazın 5 verstlik xəritəsində Cmankənd formasında qeyd edilmişdir[4].
Kənddə 1873 - cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904 - cü ildə 1725 nəfər, 1914 - cü ildə 1879 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırılmış və sağ qalanlar zorla qovulmuşdur. 1919 - cu illərdə xaricdən, xüsusilə də Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 880 nəfər azərbaycanlı, 210 erməni, 1926-cı ildə 690 nəfər azərbaycanlı, 141 erməni, 1931-ci ildə 663 nəfər azərbaycanlı, 178 erməni yaşamışdır. Sonrakı illərdə kəndin əhalisi ümumi şəkildə (ermənilərlə azərbaycanlılar birlikdə göstərilmişdir) qeyd edilmişdir. 1972-ci ildə burada 1917 nəfər əhali olmuşdur. Onun 90%i azərbaycanlılar idi. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti torəfındən deportasiya edilmişdir. İndi burada yalnız ermənilər yaşayır.
Toponim çəmənlik, otluq mənası bildirən çimən (çəmən dialektlərimizdə çimən formasında işlənir) sözü ilə yaşayış məntəqəsi mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Urcadzor qoyulub.
“Kitabi Dədə Qorqud”da Qazan xanın “Körkü (“görkəmli” mənasında, məsələn, I, III boylarda “Körkü Su”) çiməndə” otaq (xan alaçığı) tikdirməsi göstərilir (XI boy). Kəndin adı çəmən (çəmən, göy otlu, çiçəkli) və kənd sözlərindən ibarətdir. XVIII əsrə aid ermənicə mənbədə İrəvan əyalətinin Dərəçiçək mahalında Çimən-Qut kəndi (150, 362), XVII əsrə aid ermənicə mənbədə Şərqi Anadoluda Çimən-Bel dağ adı [91, 26] və Füzuli r-nunda Çimənkənd adı ilə mənaca eynidir.[3]