Ağasıbəyli – Vedibasar mahalında kənd adı.
Ağasıbəyli | |
---|---|
Ağasıbəyli İrəvan xanlığının Vedibasar mahalında kənd adı. Yerli tələffüz forması Aqaslı. 1828-1832-ci illərdə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1926-cı ildən sonra kənddə yezidi kürdlər və ermənilər məskunlaşmışdır. XX əsrin 40-cı illərində kənd ləğv edilmişdir. Ağasıbəyli kəndin əsasını qoymuş nəsilin adıdır.[1]