Ərəbqubalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.
Ərəbqubalı | |
---|---|
40°09′59″ şm. e. 48°25′05″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Kürdəmir rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1412 (2009) nəfər |
Kənd ərazisində yerin altında yerləşən Şəhərgah adı verilən tarixi məkan var.[1]
Ərəb Qubalı oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, oykonim Ərəbkufeli adından təhrifdir. Mənşəcə VIII əsrdə İraqın Kufə mahalından Azərbaycana köçürülmüş ərəb ailələrinin bir hissəsi burada ərəbkufəli (Kufədən çıxmış ərəblər) adı ilə adlanmışdır. Yaşayış məntəqəsi bu ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlanır.[2]
2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 1412 nəfər əhali yaşayır.[3]