İki Kamal türbəsi və ya İki Kamal məzarı — Təbrizdə Abbasi və Beylankı küçələrində yerləşir. Abidə təsadüfən tapılıb və restavrasiya olunaraq ətrafında park salınıb. Türbədə Kamal adlı 2 şəxsiyyətin şair Kamal Xocəndi və miniatürist Kəmaləddin Behzadın yanbayan məzarı var. Məzarlar zirzəmidə yerləşir onları görmək üçün 10 pillə aşağı enmək lazımdır. Türbənin ətrafındakı parkda bu 2 şəxsiyyətin heykəlləri də qoyulub.[1][2]
2-Kamal məzarı | |
---|---|
38°04′28″ şm. e. 46°19′40″ ş. u. | |
Ölkə | |
Şəhər | Təbriz |
Tikilmə tarixi | XV əsr |
|
|
Vikianbarda əlaqəli mediafayllar |