Ağlasığmaz əməliyyatı

Ağlasığmaz əməliyyatı (ing. Operation Unthinkable) – 1945-ci ilin yazında Uinston Çörçill və İngilis Baş Qərargahı tərəfindən Baltikdən Adriatikaya kimi bölünən Avropanın digər yarısını SSRİ işğalından azad etmək üçün hazırlanan məhdud müharibə planı.

Haqqında[redaktə | mənbəni redaktə et]

Əməliyyat planına görə görə qitədəki Amerika, Fransa, İngilis qüvvələri silahlandırılacaq, Alman əsirləri və bəzi polyaklar Şərqi Almaniya sərhədindən başlayaraq Sovet qüvvələrini şərq tərəfə qovacaq və ABŞ-nin nüvə təhdidi ilə SSRİ müharibədən əvvəlki sərhədlərinə qaytarılacaqdı. Bu əməliyyat rəsmi olmasa da, sonrakı illərdə qurulmuş Qərbi Avropa müdafiə planlarının özəyi olmuşdur.

İmperialist qərb dünyasının İngiltərənin rəhbərliyi altında Nasist Almaniyasına qarşı birlikdə mübarizə apardıqları müttəfiqləri Sovet İttifaqının həddindən artıq güclənməsinə qarşı hazırlanmış əməliyyat planı belə idi:

47 İngilis və Amerika birliyi, yenidən silahlandırılmış 12 Alman birliyi, Polşa qoşunları ilə birlikdə Avropanın şimal-qərbində Sovet İttifaqına qarşı müharibəyə başlamalı idi.

Müharibə əgər başlasaydı uzun və bahalı bir müharibə olacaqdı. Üstəlik, bütün bunlara qarşı müharibənin uğurlu olması da məlum deyildi. Winston Churchillə görə bu plan təhlükəsizlik tədbiri idi. Sovet ittifaqı, əldə etdikləri kəşfiyyata uyğun olaraq artıq öz tədbirini əvvəlcədən görmüşdü. Georgi Konstantinoviç Jukovun komandanlığı altında, Şərqi Almaniyadakı Qırmızı Ordu qüvvələri müdafiəni gücləndirəcək və qərb müttəfiqlərini yaxından təqib edəcəkdilər. Churchill, sovet qüvvələrinin özlərinin hazırladıqları qüvvələrdən çox olacağını bilirdi. Üstəlik, 1945-ci il kontekstində belə bir əməliyyatın baş tutması mümkün deyildi. Digər tərəfdən Amerika yaponlara qarşı Sovetlərdən kömək istəyirdi. Buna görə də “Qeyri-mümkün əməliyyat” sadəcə bir plan olaraq qaldı.

İkinci dünya müharibəsinin bitməsindən cəmi bir neçə ay sonra Britaniya SSRİ-ni işğal etmək fikrinə düşmüş, hətta bununla bağlı gizli əməliyyat planı da hazırlamışdı. Bu hərbi plan 90-cı illərin sonunda İngiltərə arxivləri açılanda üzə çıxmışdı. Bu əməliyyat planı 1945-cı ilin mart ayında, Hitler Almaniyasının savaşda məğlub olmasından bir qədər əvvəl, birbaşa Britaniyanın baş naziri Vinston Çörçilin tapşırığı ilə hazırlanmışdı. Məxfi plan “Ağlasığmaz” (Operation Unthinkable) adlanırdı və əməliyyatda Hitlerin ordusu da mühim rol oyanacaqdı. Daha dəqiq desək, alman divizyaları yenidən silahdırılmalı və onlardan SSRİ-nin Avropadan sıxışdırılıb çıxardılmasında istifadə olunmalı idi. Hitler ordusunun (Vermaxt) qalıqları yenidən SSRİ-yə qarşı, amma bu dəfə ingilisamerikalılarla birgə savaşmalı idi. Əməliyyatın başlanma tarixi kimi 1945-ci ilin 1 iyulu müəyyənləşdirilmiş, mayda hücum planın artıq bütün mexanizmi hazırlanmışdı. Əməliyyat təkcə SSRİ-ni Avropadan sıxışdırıb çıxarmaqla yekunlaşmamalı, habelə Rusiyanın dağılması üçün bütün strateji tədbirlər davamlı icra olunmalı idi. Çörçil çox gözəl başa düşürdü ki, Mərkəzi Avropada Sovet İttifaqının artmaqda olan nüfuzunu yalnız strateji müdafiə ilə deyil, həm də preventiv hücumlarla əngəlləmək olar. “Ağlasığmaz” planı soyuq müharibənin qızışmasında da bir növ katalizator rolunu oynayıb. Bəs belə bir plan niyə ortaya çıxmışdı? Çünki II Dünya Müharibəsinin sonunda SSRİ çox güclü, Britaniya isə zəif idi və bu zəifliyin etirafını biz Çörçilin bəzi fikirlərində də görə bilərik. ABŞ-nin Yaponiyaya atdığı atom bombası Çörçilin SSRİ-yə hücum planının bir qədər də qətiləşdirmişdi. Britaniya ordusunun baş qərargah rəisi Alan Broke öz xatirələrində yazır ki, Çörçil 1945-ci ildə Potsdam konfransı zamanı ona “Əlimizdə belə bir güc (ABŞ-nin sahib olduğu atom bombası) olduğu halda biz Moskvanı, Stalinqradı, Kiyevi və Sevastopolu azad edə bilərik”,- deyib. Bütün dünyada insanların nasist Almaniyası üzərində qələbəni qeyd etdiyi bir dövrdə Çörçil sanki, Adolf Hitlerin yarımçıq qalmış planını icra etmək üçün tələsirdi. Hədəf SSRİ idi və plan heç də III Reyxin istəklərindən fərqlənmirdi. Britaniya ordusu vaxt itirmədən, Almaniyanın təslim olmaqla bağlı imzaladığı müqavilənin mürəkkəbi quruya-qurumaz SSRİ-ni məhv etmək üçün tam məxfi əməliyyat tərtib etmişdi... Çörçil SSRİ-ni işğal etmək üçün ingilis generallarına ciddi şəkildə, tez bir zamanda yeni hərbi texnikanın yaradılması, xüsusi orduların hazırlanmasını tapşırmışdı. İlk hədəf kimi Polşadakı sovet qoşunları seçilmişdi. Quruda əməliyyatların başlaması üçün ən yaxşı bölgə kimi, Svikau xəttinin şimalı: Xemnits – Drezden – Qörlits istiqamətində zərbə endirilməli idi. Başlayan müharibəyə uyğun olaraq, şimaldan ikinci xətt üzrə, yəni Şettin-Şnaydemuyil istiqamətində və cənubdan Leypsiq – Qottbus – Poznan-Breslau boyunca hücumlar başlamalı idi. Tankların ilk hərbi əməliyyatlara başlaması isə Oder-Naysse xəttinin şərq hissəsindən start götürməli idi. ABŞ ordusu əsasən Danziq-Breslau orta xəttinə cavabdeh idi. Arxiv sənədlərində qeyd olunur ki, əməliyyata birbaşa cavabdeh olan ingilis generalları ümumilikdə canlı qüvvə kimi 64 amerikan, 35 ingilis, 4 polyak və 10 alman piyada bölümündən istifadə etməyi nəzərdə tutmuşdular. Alman diviziyalarının savaşıb-savaşmayacağı sual atında idi, çünki sovetlər ordusu qarşısındakı böyük məğlubiyyət onlarda ruh düşkünlüyü yaratmışdı. Ümumilikdə 23-ü zirehli texnika olmaqla, 103 hərbi bölüm vahidindən istifadə nəzərdə tutulmuşdu. Sovetlərin bu plana qarşı 36 zirehli və 264 piyada bölümü çıxara biləcəkləri hesablanmışdı. Aviasiya gücü baxımından da Qərb SSRİ qarşısında uduzurdu. Qüvvələr nisbəti qeyri-bərabər idi. İngilislər də eynilə almanların “Blitzkrieg” (ildırım sürətli müharibə) taktikasından istifadə edib, Sovet İttifaqını məğlub etməyi planlaşdırmışdılar. Əməliyyatın digər detallarına amerikan və ingilis ictimaiyyətinin dəstəyi, eləcə də alman hərb sənayesinin müharibənin sonunda dağılmamış qalan gücü daxil edilmişdi. Britaniyanın xüsusi xidmət orqanları hücum planın bir hissəsi kimi, SSRİ ərazisində əsir düşmüş almanlardan alınan silahların harada saxlanması, həmçinin ümumi silah anbarları barədə kəşfiyyat araşdırmaları da aparmışdı. Planla əlaqədar ingilis yüksək çinli hərbiçiləri ümumi olaraq belə bir qənaətə gəlmişdilər ki, sürətli və uğurlu hücum təşkil etmək həqiqətən də koalisiya qüvvələrin imkanları xaricindədir. Bu savaş uzun müddət çəkə bilər. Üstəlik, ABŞ ordusu yorğun və vecsiz şəkildə davranarsa, planın reallaşması xəyal olaraq qalacaq. Britaniya düşünürdü ki, ABŞ geri çəkilsə, ruslar Şimal dəniziAtlantik okeanda çox güclənəcəklər, nəticədə Birləşmiş Krallıq üçün milli təhlükəsizlik riski artmış olacaq. Güman edilirdi ki, ruslar bu mövqelərdən havadan, dənizdən, hətta raketlər vasitəsilə İngiltərəyə hücum edəcəklər. Bəzi mənbələr yazır ki, Stalin elə həmin 1945-ci ildə casuslar vasitəsilə Britaniyanın məxfi hücum planı barədə xəbər tutmuşdu... Lakin Britaniya 1946-cı ildə bu hərbi strateji planın icrasından vaz keçdi. Çünki ingilis generalları Sovet ordusu qarşısında şanssız olduqlarını gözəl başa düşürdülər. Bəzi qaynaqlara görə, ABŞ-dən gələn tapşırıqlar əsasında Çörçil bu əməliyyatın həyata keçirilməsi fikrində daşınıb. Lakin bu da faktdır ki, həm ABŞ, həm də Britaniya ordusunu qərargah rəislərində sovetlərə qarşı belə sürətli hücum stategiyasının mümkün olmasına dair ciddi qorxular yaranmışdı. Bir sözlə, Britaniya və ABŞ hərbi elitasındakı fikir ayrılıqları, SSRİ-nin məğlub edə bilməyəcəklərilə bağlı şübhələr, risk etmə qorxuları, bütünlükdə ziddiyyətlər əməliyyat planından vaz keçilməsinə gətirib çıxardı.[1]

1945-ci ilin yazında, soyuq müharibənin özünü göstərərək gəlməsini ilk olaraq görən Uinston Çörçil (Winston Churchillin) təlimatı ilə hazırlanan, qitə Avropasındakı qərbli müttəfiqlərin yenidən qurulmuş nasist qoşunları ilə bərabər Avropanın şimal-şərq hissəsindən SSRİ-yə iki istiqamətdən (Stettin və Poznan) hücumu nəzərdən tutan və adı kimi özü də ağlasığmaz olan olandır.

Yalnız plan kimi qalmaqla bərabər, bəlkə də soyuq müharibə dövründə müttəfiqlərin ilk yazılı doktrinasıdır.

Bu plan tətbiq olunsaydı dünya tarixi indikindən çox fərqli olardı, soyuq müharibə heç vaxt olmazdı, bəlkə atom bombaları fərqli yerlərdə partlayardı.

Əməliyyatdan əvvəl[redaktə | mənbəni redaktə et]

Nasist Almaniyası qitə Avropasını tamamilə fəth etmişdi və Rusiya çöllərində lebensraum mübarizəsi apararkən müttəfiq qoşunları görüşlər həyata keçirmiş və aşağıdakı qərarlar qəbul edilmişdir:

1- Əvvəlcə Hitler Almaniyası məğlub ediləcək (Yaponiya sonraya saxlanılacaq);

2- müttəfiqlər Almaniya ilə ayrı-ayrı sülh etməyəcək;

3- Qeydsiz-şərtsiz təslimiyyət xaricində heç bir seçim qəbul edilməyəcəkdi.

Həmin dövrdə mövcud olan Nasizimə nifrət qorxu, fikirləşmədən və düşünmədən qərarların qəbul edilməsinə səbəb olmuşdur. Həm də müharibənin Sakit okean cəbhəsi teatrı Amerikanın Avropada daha mürəkkəb işlərlə məşğul olmasına mane olurdu və ölüm ayağında olan sovetləri qidalandırmaqla ən ağıllı yolda olduğunu düşünürdü.

İşlərin dönüş nöqtəsi olan Kursk müharibəsindən sonrakı dövrdə Hitler bu həqiqəti görmüş və “biz yalnız özümüz üçün deyil, bütün Avropa üçün mübarizə aparırıq, indi bəslədiyiniz sovetlər sabah başıniza problem olacaq” kimi fikirlər söyləmişdir. Əlbəttə, o zaman heç kim buna ciddi yanaşmamışdır, ancaq yalnız Baqration əməliyyatından sonra yaratdıqları canavarın bir manyaqın əlində nəyə çevrilə biləcəyini anlamağa başlamışdırlar. Bu əməliyyatdan sonra darmadağın edilmiş olan Mərkəzi Ordu Qrupu qalmadığından ortada da tampon qalmamışdı və intiqam dolu olan quduzlaşmış Qırmızı Ordu Varşavanın şərqinə çatmışdı. Varşava üsyanında nasistlərin qiyamçıları kəsməsini soyuqqanlılıqla müşahidə edən Stalin, bəla olacağına, verdiyi vədlərə əməl etməyəcəyinə və Avropada tutmuş olduğu hər yerdə kukla hökumətlərini quraraq bu əraziləri zəbt edəcəyinin siqnallarını artıq verirdi.

Əməliyyat planı[redaktə | mənbəni redaktə et]

Churchillin göstərişi ilə İngilis Baş Qərargahı tərəfindən bu plan hazırlanmışdır. Buna görə, kontinental Avropadakı müttəfiq qüvvələrin 47 diviziyası və yenidən qurulacaq Wehrmarcht diviziyaları ilə birlikdə, təxminən 40-a yaxın ehtiyat diviziya ilə birlikdə Drezden ətrafından sovet xəttlərinə “sürpriz” bir hücum ediləcəkdi. Əməliyyatın planlaşdırılan tarixində gözlənilən diviziyalar:

Müttəfiqlər:

  • 80 piyada diviziyası
  • 23 zirehli diviziya
  • 6000 qırıcı təyyarə
  • 2750 strateji bombardmançı

Sovetlər:

  • 223 piyada diviziyası
  • 36 zirehli diviziya
  • 11800 qırıcı təyyarə
  • 960 bombardmançı

Lakin burada Sovetlərin divizion quruluşu ilə müttəfiqlərin divizion strukturları fərqli idi. Müttəfiq diviziyalarının sayı ortalama sovet piyada diviziyalarından xeyli çox idi. Zirehli diviziyalar isə müqayisə edilmədən sovetlərin xeyrinə idi. T-34 85 və Sherman tanklarının müqayisə edilməsi isə çox lazımsız bir müqayisədir. Hava üstünlüyü müttəfiqlərin əlində idi, çünki sovet təyyarələri keyfiyyət baxımından müttəfiqlərin təyyarələrindən çox-çox geri qalırdı. Sovetlər daha çox say üstünlüyü ilə döyüşdə qələbə əldə edirdilər. Həm də sovet təyyarələrinin bir çox ehtiyat hissələri də, qərbdən təmin edilirdi. Strateji bombardman təyyarələri isə uzun bir müharibədə zamanı işə yaraya bilərdi.

Planın əsas xüsusiyyəti sürprizliyində idi, amma Stalin bunu artıq çoxdan öyrənmişdi və buna görə hazırlıqlarını görmüşdü. Bu səbəbdən də hücum sürpriz olmayacaqdı. Uğur ilk hücumla əldə edilməli və nəticələr qış gəlməmiş əldə edilməli idi. Lakin bu mümkün deyildi. Birinci cəbhə məhv edilsə belə, sonsuz sovet işçi qüvvəsi ilə qarşıdurma ümumdünya miqyasında müharibəyə (III Dünya müharibəsi) çevriləcəkdi və bəlkə də bütün qitə Avropası Sovet hegemonluğuna girəcəkdi.

Churchill Amerikanın inkişaf etdirdiyi nüvə bombalarına güvənirdi. Kiyev, Moskva bəlkə də Stalinqrada atılan bombaların rusları diz çökdürəcəyini düşünürdü. Bu çox nikbin bir proqnoz idi. Əslində bütün əməliyyat planı “arzuolunan düşüncələrə” əsaslanırdı.

Amerikanın hələ soyuq müharibə fikrini mənimsəməməsi, Avropanın gələcəyi üçün o qədər də narahat olmaması və hələ də yaponlarla müharibənin davam etməsi, həmçinin Yaponiyanın əsas hissəsinə hücum planı ilə məşğul olduğuna görə ABŞ müharibədə iştirak etməyəcəkdi. Amerika Çörçilə çox da diqqət yetirməmişdi.

Əməliyyatın planlaşdırıcıları müvəffəq olma şansının çox az olduğunu və uzun müddət davam edən bir ümumi müharibəyə hazırlaşmalı olduqlarını yazırlar və may ayının sonunda hesabatı “təhlükəli” olaraq qiymətləndirərək bir kənara atdılar.

“Bir dəfə döyüş əməliyyatları başladı. ..Biz ağır ehtimallara qarşı uzanan bir müharibəyə hazır olmalıyıq” formasında əməliyyatı hazırlayanlar qeydlər etmişdirlər.

Hesabatın sonuna əvvəllər “son dərəcə ehtimal olunmayan bir hadisə” yazılmış və daha sonra bu cümlə “tamamilə hipotetik bir ehtimal” olaraq dəyişdirilmişdir.

Əməliyyat adı kimi ağlasığmaz qaldı və əgər əməliyat həyata keçirilsəydi, bu mütləq şəkildə dünyanın tarixini və axışını dəyişdirəcəkdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]