AİD

Orxan Araz oğlu Zeynallı və ya AiD (5 iyun 1989, Bakı) — azərbaycanlı reper, ssenarist, prodüser, musiqiçi, şair.

Orxan Zeynallı
Ümumi məlumatlar
Doğum adı Orxan Zeynallı
Ləqəbi AiD
Doğum tarixi (35 yaş)
Doğum yeri Bakı Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Reper, Musiqiçi
Fəaliyyət illəri 2007 - günümüz
Janrlar Rep, Hip-hop
Albom şirkəti H.O.S.T Production
Təhsili Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi

Orxan Zeynallı 5 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı Türk Liseyində aldıqdan sonra, 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Ali təhsilini bitirdikdən sonra 2010-2011-ci illərdə hərbi xidmətini başa vurmuşdur. 2014-cü ildə, İngiltərənin Lids şəhərində yerləşən eyni adlı universitetinin magistr dərəcəsi üçün MBA fakültəsinə daxil olsa da, şəxsi səbəblərdən dolayı təhsilini davam etdirmir. 2015-ci ildə ailə həyatı qurub və 2016-cı ilin avqustundan etibarən ABŞda yaşayır.

Orxan Zeynallı musiqi fəaliyyətinə AiD ləqəbi ilə 2007-ci ildə başlayıb. Dostları ilə yaratdıqları H.O.S.T qrupunun tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb. Albom Türkiyənin İstanbul şəhərində çap edilir. 2011-ci ildə albomun adını daşıyan ilk solo konsertdən sonra, "Bəlkə də Nə Vaxtsa" klipi dinləyicilərə təqdim olunur. İlin sonlarına doğru sonradan Azərbaycan rep tarixinin ən populyar mahnıları siyahısına daxil olan "Hekayəm" və "Karusel" mahnılarına çəkilmiş kliplər də kütlənin ixtiyarına verilir. Bu iki klip youtube-da 1 milyon baxış sayını keçən ilk iki Azərbaycana məxsus rep klipidir. 2012-ci ilə rəsmən solo fəaliyyətə başladıqdan sonra, ilk olaraq "Mavi Qızılgüllər" klipi təqdim olunur və bu "Yaş Gəlir" albomunun ilk sinqlı olur. 16 Dekabr 2012-ci ildə "5 Günlük Dünya" adlı solo konsert keçirilir və elə oradaca "Yaş Gəlir" albomu satışa çıxır. Bu albomdan bir çox trek (Ürəyimin Səsi, Mənim Şəhərim, Verdiyim Sözlər, 5 Günlük Dünya, Bəlkələr, Doğma Mahnılar) bu günə qədər konsertlərdə böyük maraqla qarşılanır və dinləyicilər tərəfindən bəyənilir. Albomun trekləri yotube-da müxtəlif kanallardan təqdim olunaraq toplam 10 Milyona yaxın baxış sayı toplayır. 2013-cü ildə Orxan Zeynallı Amerikanın məşhur musiqi produseri olan Onree Gill tərəfindən hədiyyə olunmuş musiqiyə "Satılmış Səhnələr" adlı mahnı hazırlayır və "Auto Azerbaijan"ın dəstəyi, Ceyhun İbrahimoğlunun rejissorluğu ilə parçaya klip çəkilir. Bu klip Orxan Zeynallının yeni formatda hazırlanmış ilk Jazz Center konsertində pərəstişkarlara təqdim olunur. Konsertin doğurduğu maraqdan dolayı, bir neçə ay sonra "Böyük Ümidlər" adlı növbəti Jazz Center konserti təşkil olunur və biletlər konsertdən 1 həftə öncə tam olaraq satılmış olur. 2014-cü ildə dinləyicilər tərəfindən "Əfsanəvi Track" adlandırılan və bir çoxlarının ən sevimli parçasına çevrilmiş "Yadımda Deyilsən" mahnısı təqdim olunur və sentyabr ayında "Dəyişir Həyat" adlı konsertlə ilə yekun vurulur. Bu illər ərzində təqdim olunmuş albomlar və mahnıların hesabatı olaraq 2015-ci ilin Aprel ayında Jazz Centr-da #40 track sloqanı ilə hesabat konserti keçirilir və yeni mərhələyə qədəm qoyulur. İlin sonlarına doğru "Dərində" adlı klipin təqdimatı ilə qarşıdan gələn böyük konsertin ilk addımları atılmış olur. 2016-cı il böyük səs-küy və maraqla qarşılanan "Şərbət" klipi ilə başlayır və ən böyük solo konsertin, həmçinin sayca 3-cü, "Qravitasiya" adlı albomun anonsu verilir. Konsert Bakının 5 ulduzlu otellərindən biri olan "Kempinski Hotel Badamdar"-da keçirilir və toplam 500-dən çox kütlə toplayır. Bu konsert səhnə tərtibatı, effektlər və təşkilatçılıq baxımından son illərin ən keyfiyyətli rep layihələrindən biri hesab olunur. Konsert bitdikdən dərhal sonra, Orxan Zeynallı albomları imzalayaraq dinləyicilərə təqdim edir. Bu, Orxanın dinləyiciləri ilə son görüşü olur. Bir neçə ay sonra "Nil" klipi də təqdim edildikdən sonra, Orxan ABŞ-yə köçür və musiqi fəaliyyətinə bir müddətlik ara verir.

2009-cu ildə H.O.S.T qrupu tərkibində 1300 nəfərlik "Reinkarnasiya" konserti baş tutur və Azərbaycan rep tarixinin ən çox müzakirə edilən konsertlərindən biri olur. Həmin ildə Sumqayıt şəhərində də 500 nəfərlik konsert baş tutur. İlin sonuna qədər müxtəlif məkanlarda 30-a yaxın kiçik konsert və çıxışlar təşkil olunur. İlə, "EP" albomun təqdimatı olan "Mini Konsert"lə yekun vurulur. 2010-cu ildə 800 nəfərlik "Rekviem" konserti və yay aylarında Gəncə konserti də baş tutur. H.O.S.T qrupu tərkibində son konsert 2012-ci ilin Mart ayında Dəniz Vağzalında baş tutur və rekord sayda 2500 tamaşaçı toplanır. Bu Azərbaycanda keçirilmiş ən böyük ayaqüstü konsert kimi tarixə düşür.

6 il aradan sonra Bakıda keçiriləcək konserti ilə bağlı elan verən sənətçi, 24 saatdan az bir vaxtda 3100 bilet satılması ilə yeni Azərbaycan rekorduna imza atıb.[1]

Solo konsertləri

[redaktə | mənbəni redaktə et]
  • "Biz İnsan Deyilik" (2011, Elite /TM)
  • "Beş Günlük Dünya (2012, Capones)
  • "Hisslər Danışanda" (2013, Jazz Center)
  • "Böyük Ümidlər" (2013, Jazz Center)
  • "BDU Konserti" (2014, BDU)
  • "Dəyişir Həyat" (2014, Public)
  • "ADA Konserti" (2015, ADA)
  • "AiD Solo Konsert" (2015, Jazz Center)
  • "Qravitasiya" (2016, Kempinski)
  • “40-cı Paralel” (2022, Elektra Events Hall)[2]
  • "GEMINI" (2023, Elektra Events Hall)
  • "Buz Uşağı" (2024, Bakı İdman Sarayı)

İsveçrə Konsertləri

[redaktə | mənbəni redaktə et]

2009-cu ilin Noyabr ayında, Orxan Zeynallı həmkarı ProMete ilə birgə İsveçrəyə yollanır. Qrupun digər üzvü Qaraqan hərbi xidmətdə olduğundan, layihədə H.O.S.T-u iki nəfər təmsil etməli olur. Türkiyənin və İsveçrənin məşhur reperlərinin də iştirak etdiyi Bazel və Zürix konsertlərində Orxanla ProMete də canlı çıxışlar edir. Tədbir "İsveçrədə Azərbaycan Günləri" adı ilə təşkil olunur və ölkənin ən sosial yüklü sənətçilərini öz ətrafında toplayır.

Türkiyə Konsertləri

[redaktə | mənbəni redaktə et]

2012-ci ildə solo fəaliyyətə keçdikdən sonra, Orxanı Zeynallı Türkiyənin Ankaraİstanbul şəhərlərində keçirilən konsertlərdə də iştirak edir.

  • 2012-ci il ATV kanalı ilə birgə "Freezone" adlı verilişə soundtrack yazılır və klip çəkilir.
  • 2013-cilin Aprel ayında "Auto Azerbaijan" şirkəti ilə əməkdaşlığa start verilir və "Jeep Azerbaijan" üçün "Saf Qan Amerikan" adlı jingle, video ilə birgə təqdim olunur.
  • 2013-cü ilin İyun ayında şirkətin Park Bulvarda təşkil olunan tədbirində Orxan Zeynallı öz musiqi bandı ilə qonaq qismində çıxış edir.
  • 2013-cü ilin Sentyabr ayında "Chevrolet" markalı avtomobilin "Fairmont Hotel"-də baş tutan təqdimatında, tədbir üçün xüsusi hazırlanmış mahnı ilə Orxan Zeynallı da çıxış edir.

Bundan əlavə, bir çox açılış və təqdimatlarda da Orxan Zeynallı xüsusi musiqili qonaq kimi çıxışlar etmişdir.

  1. editor. "Musiqiçi Orxan Zeynallı Azərbaycan rekorduna imza atıb". Bakuplus.az (az.). 2022-10-19. İstifadə tarixi: 2022-10-19.
  2. "Orxan 6 il aradan sonra konsert verəcək". Şou biznes və ulduzlar haqqında xəbər portalı (az.). İstifadə tarixi: 2022-10-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]