Albaniya faunası

Albaniyanın coğrafi mövqeyi

Albaniya faunasına 15 600 onurğalıonurğasız canlı daxildir.[1] Albaniya ərazisinin böyük hissəsi dağlıqdır. Ölkə ərazisinin təxminən dörddə bir hissəsinin meşələr tutur. Baxmayaraq ki, XX əsrin sonlarından meşəlik ərazilərin sahəsi durmadan azalmağa başlamış. Ölkənin heyvanat aləmi mərkəzi avropaaralıqdənizi faunasının qarşığından formalaşıb.

Ölkə ərazisində 79 növ məməli qeydə alınıb.[2] İri yırtıcılara - canavar, tülkü, çaqqal, qonur ayıadi vaşaq aiddir. Cütdırnaqlılardan avropa cüyürü, nəcib maralqarapaça geniş yayılıb. Albaniya ərazisində yarasaların 20 növünə rast gəlinib. Sahilə yaxın ərazilərdə delfinlərin 4 növü ( o cümlədən yırtıcı delfin) var.[2]

Albaniyada 350-dən çox quş növü mövcuddur.[3] Bəzi quş növləri: qıvrımlələk qutan, qırmızıdöş qaz ( Albaniya ərazisində ancaq qış aylarında olur), adi göydimdikkiçik əyridimdik nadir quşlardan hesab olunur və qorunmağa ehtiyac duyulur. Qış aylarında 70 növ su quşları Albaniya ərazisində miqrasiya zamanı dayanır və ya qışlayır. Miqrasiya edən ümumi quş növlərinin sayı 250-dir.

Ölkə ərazisində sürünənlərin 46 növü qeydə alınmışdır.[4] Bunlardan daha çox diqqət çəkən 4 növ dəniz tısbağasıdır. Onlar əsasən Adriatik dənizi sahillərində çoxalırlar. Ətraf mühitin təsirinə çox həssasdırlar: şahin çanaqlı tısbağa, yaşıl tısbağa, sini çanaqlı tısbağa, dərili tısbağa.

Quruda olan sürünənlərə 5 növ tısbağa, 17 növ ilan və 18 növ kərtənkələ daxildir.[4]

Suda-quruda yaşayanlar

[redaktə | mənbəni redaktə et]

Suda-quruda yaşayanların Albaniyada 16 növü mövcuddur.

Albaniyanın şirin su hövzələrində 70-dən çox balıq növü mövcuddur. Onlardan 18 növ istilaçı növ hesab olunur.[5] Adriatik dənizi sularında 250 dəniz balığı qeydə alınmışdır.

Albaniyada təxminən 4000 həşərat növü mövcuddur. Onların 187 növü gündüz kəpənəkləri,[6] 55 növü iynəcələr, 14 növü isə torqanadlılardı. 50 növ bulaqçılar və təxminən 500 növ karabidlər var.[7]

Hörümçəkkimilər

[redaktə | mənbəni redaktə et]

Ölkə ərazisində hörümçəkkimilərin 335 növü qeydə alınıb.[8]

Albaniyada molyuskaların quruda və şirin su hövzələrində yaşayan 400 növü mövcuddur. Onların bir çoxu endemikdir.

  1. "6th National Report to the Convention on biological diversity of the Republic of Albania" (PDF) (ingilis). 2020-08-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-30.
  2. 1 2 "Prigioni C (1996) Distribution of mammals in Albania. Hystrix (n.s.) 8: 67–83" (ingilis). İstifadə tarixi: 2020-07-30.
  3. "Албания контрольный список птиц - Avibase – Всемирные Контрольные Списки Птиц". avibase.bsc-eoc.org. 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  4. 1 2 Mizsei, Edvárd; Jablonski, Daniel; Végvári, Zsolt; Lengyel, Szabolcs; Szabolcs, Márton. Distribution and diversity of reptiles in Albania: a novel database from a Mediterranean hotspot (англ.) // Amphibia-Reptilia : journal. — 2017. — Vol. 38, no. 2. — P. 157—173. — ISSN 0173-5373. — doi:10.1163/15685381-00003097. (англ.)
  5. "Shumka, S., Meulenbroek, P., Schiemer, F., & Šanda, R. (2018). Fishes of River Vjosa–an annotated checklist. Acta ZooBot Austria, 155, 163—176" (PDF) (ingilis). 2020-08-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-30.
  6. Šašić, Martina; Popović, Miloš; Cuvelier, Sylvain; Đurić, Milan; Franeta, Filip; Gascoigne-Pees, Martin; Koren, Toni; Maes, Dirk; Micevski, Branko; Micevski, Nikola; Mølgaard, Morten S.; van Swaay, Chris; Wynhoff, Irma; Verovnik, Rudi. Contribution to the knowledge of the butterfly fauna of Albania (англ.) // Nota Lepidopterologica : journal. — 2015. — Vol. 38, no. 1. — P. 29—45. — ISSN 2367-5365. — doi:10.3897/nl.38.8814. (англ.)
  7. Biogeography and ecology of Bulgaria. — Dordrecht: Springer, 2007. — 1 online resource (xxi, 687 pages) с. — ISBN 978-1-4020-5781-6, 1-4020-5781-4, 1-4020-4417-8, 978-1-4020-4417-5, 978-90-481-0726-1, 90-481-0726-1, 978-94-007-8856-5, 94-007-8856-8.
  8. "Deltshev, C., Vrenosi, B., Blagoev, G., & Lazarov, S. (2011). Spiders of Albania–faunistic and zoogeographical review (Arachnida: Araneae). Acta Zoologica Bulgarica 63(2): 125—144 (2011)" (PDF) (ingilis). 2020-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-30.