Albaniya zəlzələsi (2019)

Albaniya zəlzələsi — 26 noyabr 2019-cu ildə Albaniyanın şimal-qərbində, Mamurrasın qərb-cənub-qərbində baş vermiş zəlzələdir. Zəlzələnin episentri 12 km, maqnitudası 6,4 qiymətində qeyd edilmişdir.[1]. Yeraltı təkanlar Albaniyanın paytaxtı Tiranada, eləcə də Serbiyanın Belqrad və ya İtaliyanın Taranto kimi uzaq ərazilərində hiss olunmuşdur. Ən azı 51 nəfər həlak olmuşdur, 3000 nəfər yaralanmışdır.[2] Bu, Albaniyada son 40 ilin ən böyük zəlzələsidir. Albaniya və Kosovo Respublikasında milli matəm elan edilmişdir. Həlak olanlardan ikisi Kosovodan olub, burada əksəriyyəti albanlar təşkil etmişdir. Durresdə və Tiranda fövqəladə vəziyyət elan edilmişdir.[3]

Albaniya zəlzələsi
Tarix
  • 26 noyabr 2019-cu il
  • 03:54:12 (CET)
Maqnituda 6.4
Təsiri AlbaniyaAlbaniya
Hiposentrin dərinliyi 12 km
Episentrin yeri
  • 41°30′40″ şm. e. 19°30′54″ ş. u.HGYO
Əhatəsi Tirana, Belqrad-Serbiya, Taranto-İtaliya
Sunami yox
Ölənlər 51 nəfər
Xəsarət alanlar 3000 nəfər
Afterşoklar 4, maqnitudası 5.0-dan çox olan
Xəritədə yeri
Albaniya zəlzələsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tektonik quruluş

[redaktə | mənbəni redaktə et]

Albaniya iki litosfer plitəsinin — Avrasiya plitəsiAdriatik mikroplitənin sərhədində yerləşir, Afrika plitəsi ilə kompleks toqquşma zonasının bir hissəsidir. Albaniyanın qərb hissəsi seysmik cəhətdən çox aktivdir, son 100 ildə maqnitudası 6.0-dan yuxarı olan bir neçə zəlzələ baş vermişdir. 1979-cu ildə Monteneqroda 70 km şimalda baş verən güclü zəlzələ Albaniya və Monteneqroda 135 nəfərin ölümünə səbəb olmuşdur.

Böyük liman şəhəri Durres və Tumane kəndində böyük dağıntılar baş vermişdir. Durresdə iki otel və iki yaşayış binası bloku, Tumanda isə dörd bina, o cümlədən beşmərtəbəli yaşayış binası uçmuşdur.

Yaralıların sayı 3000 nəfərə çatmışdır. Bunlardan 700 nəfəri Durres Travma Mərkəzində müalicə olunmuşdur. 51 nəfər həlak olmuşdur, onlardan 25-i Durresdə, 25-i Tumanda, 1-i Lejedə olmaqla.

39 yaşlı Albaniyanın müdafiə naziri Olta Xhaçka zəlzələ qurbanlarının 32-nin adını sadalayarkən ağlayıb, onun çıxışının videosu idarə rəisinin Facebook-dakı şəxsi səhifəsində dərc olunmuşdur.

"Bu, mənim ən sərt çıxışımdır. Biz dağılmış binaları bərpa edə bilərik, lakin noyabrın 26-da baş verən zəlzələdə həlak olan bütün bu vətəndaşların həyatını qaytara bilmərik."

Yerli 31News nəşri xəbər verir ki, kataklizm nəticəsində ölənlər arasında ölkənin baş naziri Edi Ramanın gələcək gəlini Kristi Reçi də vardır. Baş nazirin oğlu Qreqor Rama itki ilə bağlı şəxsi İnstaqram hesabında danışmışdır. Qreqorun gəlini ilə birlikdə atası, anası və qardaşı da həlak olmuşdur.

Zəlzələ nəticəsində 2500 nəfər evlərini itirmiş və Durresdəki Niko Dovan stadionunda otel və ya çadırlarda məskunlaşmışdırlar. Türkiyə Albaniyadakı 23 vətəndaşını İzmirdəki xəstəxanaya təxliyə etmişdir. İran Xalqının Mücahidlər Təşkilatının 4000 üzvünün istifadə etdiyi Əşrəf-3 bazasına da ciddi ziyan dəymişdir.

Noyabrın 28-də Drach şəhəri yaxınlığında yeni güclü zəlzələ qeydə alınmışdır. Bu barədə yerli B92 radiostansiyası məlumat yaymışdır.

Albanian Daily News xəbər verir ki, noyabrın 30-da Albaniyada zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatları nəhayət başa çatmışdır.

Albaniyada və yaxınlıqdakı albanların çoxluq təşkil etdiyi Kosovoda milli matəm elan edilmiş və oradan da iki zəlzələ qurbanı qeydə alınmışdır. Şimali Makedoniyanın Tetovo, Struqa və Chair icmaları da həlak olanlar üçün matəm elan etmişdir.

Durres və Tiranda fövqəladə vəziyyət elan edilmişdir.

Beynəlxalq yardım

[redaktə | mənbəni redaktə et]

Bir neçə ölkə Albaniyaya yardım təklif etmişdir.

Xorvatiya Daxili İşlər Nazirliyinin Mülki Müdafiə İdarəsinin 15 əməkdaşı və itlərdən ibarət Xorvatiya axtarış-xilasetmə qrupu, Xorvatiya Müdafiə Nazirliyinin 2 hərbi helikopteri Albaniyaya göndərilmişdir.[4]

Yunanıstan zəlzələ üzrə mütəxəssislərdən ibarət qruplar göndərən ilk ölkələrdən biri olmuşdur — ilk gün Albaniyaya nazirlə birlikdə 27 mütəxəssis göndərilmişdir. Onların ardınca daha 15 mütəxəssis, təlim keçmiş itlər, dağıntıları təmizləmək və insanları xilas etmək üçün alətlər olan yük maşınları, həmçinin ərzaq məhsulları və C-130 təyyarəsi göndərilmişdir. Onlar bir neçə nəfəri xilas etmişdirlər.[5] Həmçinin Albaniyaya üç səhra hərbi mətbəxi göndərilmişdir.

İtaliya dərhal tədqiqat və tibbi yardım üçün 20-dən çox sahə mütəxəssisindən, habelə mühəndislərdən ibarət Milli Yanğın Korpusu USAR komandasını göndərmişdir. Daha sonra hadisə yerinə İtaliya Mülki Müdafiəsindən daha 200 könüllü göndərilmişdir.[6]

Kosovo Albaniyaya Kosovo Respublikası Polisinin 110 əməkdaşı və Kosovo Təhlükəsizlik Qüvvələrinin 40 Şəhər Axtarış və Xilasetmə Xidməti göndərmişdir.[7]

Rumıniyanın iki Alenia C-27 Spartan təyyarəsi, bir helikopter, yük maşını və 52-yə yaxın yanğınsöndürən və təcili tibbi yardım işçisi, habelə itləri göndərilmişdir.[8] Rumıniya Pravoslav Kilsəsi noyabrın 26-da maddi yardım toplamağa başlamışdır.[9]

Serbiya Albaniyaya yanğınsöndürmə briqadası və ilk tibbi yardım göndərmişdir.[10]

Türkiyə zəlzələ qurbanlarına 3000 ədyal və 3000 qida paketi, həmçinin 27 axtarış-xilasetmə heyəti və üç avtomobili olan Airbus A400M göndərmişdir.[11] Bu işi Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi öz üzərinə götürmüşdür. Türkiyənin digər xilasetmə qrupları zərərçəkənlərə tibbi yardım göstərirdir, AFAD və Türk Qızıl Ayparası isə çadırlar qurmuş və digər yardımlar etmişdir.

Şimali Makedoniya dağıntılar altında sağ qalanların axtarışı üçün 10 min avro məbləğində maliyyə yardımı, həmçinin termal görüntüləri olan pilotsuz təyyarələr göndərmişdir.[12] Həmçinin, axtarış-xilasetmə xidmətləri, eləcə də dağıntıların təmizlənməsi üçün maşınlar göndərilmişdir. Əksəriyyətini albanların təşkil etdiyi Şimali Makedoniya icmaları da yardım göndərirdi: Tetovo icması humanitar yardım və 500.000 dinar maddi yardım; Struqa icması 1.000.000 dinar maliyyə yardımı; Kiçevo icması 12.000 avro; Qostivar icması xilasedicilərlə birlikdə humanitar yardım və yanğınsöndürənlər göndərmişlər.

Bolqarıstan hökuməti Albaniyaya 100 min avro məbləğində maliyyə yardımı həmçinin humanitar yardım olaraq 50 min avro dəyərində 1000 çadır, ədyal və yastıq göndərmişdir. Digər materiallar da göndərilmişdir.

Mülki Müdafiə İdarəsi, Marsel Dəniz Yanğın Batalyonu və Cənubi Fransanın 100 xilasedicidən ibarət yanğınsöndürənləri Albaniyaya gəlmişdir. Həmçinin, Mülki Müdafiə Müdirliyinin iki təyyarəsi vardır: yüngül nəqliyyat üçün Beechcraft Super King Air 200 və ağır yüklərin daşınması üçün Bombardier Dash 8.

İsrail Mevoot HaHermon Regional Şurasının axtarış-xilasetmə qruplarını Albaniyaya göndərmişdir.

Monteneqro Albaniyaya 18 xilasedici göndərmişdir. Həmçinin, Podqoritsa və Bar icmaları 20 min avro məbləğində humanitar yardım göndərmişdir.

İsveçrə Albaniyaya 15 xilasedici və humanitar yardım göndərmişdir.

  1. "Albania 2019: M 6.4 - 12km WSW of Mamurras, Albania". earthquake.usgs.gov. 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  2. "Число жертв землетрясения в Албании возросло до 20 человек" (rus). РИА Новости. 20191126T2150+0300. 2023-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  3. "Rama shpall gjendjen e jashtëzakonshme në Durrës dhe Tiranë" (ingilis). Gazeta Online INSAJDERI. 2019-11-27. 2019-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  4. "Albanian Earthquake: Croatia Sends Rescue Team, Dogs and Helicopters" (ingilis). www.total-croatia-news.com. 2020-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  5. "Greece sending help to Albania after destructive quake | Kathimerini" (English). www.ekathimerini.com. 2019-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  6. "Terremoto in Albania, uomini dei Vigili del Fuoco e Protezione Civile in partenza da tutta Italia" (italyan). Fanpage. 2020-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  7. "Kosovars support rescue efforts in Albania" (ingilis). Prishtina Insight. 2019-11-26. 2019-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  8. "Echipa de căutare-salvare a IGSU trimisă în Albania în urma cutremurului a ajuns acolo şi se va deplasa către o localitate situată la 40 de kilometri de capitală" (rumın). News.ro. 2020-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  9. "Patriarhia Română solidară cu poporul albanez afectat de cutremurul din 26 noiembrie 2019" (rumın). Basilica.ro. 2019-11-26. 2020-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  10. "Vucic sends condolences to Edi Rama after the earthquake: Special team from Serbia headed to Albania" (serb). Telegraf.rs. 2019-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  11. "Türkiye'nin yardım uçağı Arnavutluk'ta (Arama kurtarma ekipleri çalışmalara başladı)" (türk). www.ntv.com.tr. 2019-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  12. Ace. "Земјотрес во Албанија - Македонија прати помош" (makedon). www.gevgelijanet.com. 2020-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]