Aleksandrovsk rayonu (Stavropol diyarı)

Aleksandrovsk rayonu[5] (rus. Александровский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Aleksandrovskoye kəndidir. Əhalisi 45 709 nəfərdir (2020).

Aleksandrovsk rayonu
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

44°45′ şm. e. 43°00′ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1924
Sahəsi
  • 2.014 km²
Hündürlük
336 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 46.441 nəf. (2023)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 86557
Avtomobil nömrəsi 26[4], 126[4]
Rəsmi sayt
Aleksandrovsk rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon Stavropol diyarının mərkəzi hissəsində yerləşir. Şimalda Petrov rayonu, şərqdə Novoselitsk rayonu, cənubda Mineralovod rayonu və qərbdə QraçyovskiAndropov rayonları ilə sərhəddir.

Aleksandrovsk rayonu Stavropol diyarının ən qədim ərazi qurumlarından biridir. Rayonun ərazisinə birləşdirilmə və ixtisar edilmə sayəsində sahəsi dəfələrlə dəyişmişdir.

1924-cü ildə Stavropol quberniyasının Aleksandrovsk qəzasının volostları və kəndlərinin bir hissəsi Georgiyevsk, Kursav və Mineralovodsk bölgələrinə verildi və qəzasının özü mərkəzi Rostov-na-Donu şəhəri olan Şimali Qafqaz diyarının Stavropol rayonunun bir hissəsi olaraq Aleksadrovsk aryonuna çevrilir[6].

1932-ci ildə Sablinsk, Yujno Osetinski, Svobodnenski, Suxopadenski kənd sovetləri Georgiyevsk rayonundan Aleksandrovsk rayonuna verildi. 1939-cu ildə Yujno Osetinski kənd soveti Novoselisk rayonunun bir hissəsi oldu[7].

1934-cü ildə Şimali Qafqaz diyarı lğv edilir. Azov-Qara dəniz (mərkəzi Rostov-na-Donu) və Şimali Qafqaz diyarı (mərkəzi Pyatiqorsk şəhərində) qurulur. Şimali Qafqaz diyarı Aleksandrovsk rayonu da daxil olmaqla keçmiş Stavropol və Tersk dairələrinin bölgələrinin 17 rayonunu əhatə edirdi[8].

1935-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 23 yanvar 1935-ci il tarixli "Şimali Qafqaz diyarının və onu təşkil edən muxtar birliklərin yeni bir şəbəkəsi haqqında" Fərmanı əsasında, Novoselitsk rayonu 1958-ci ilə qədər mövcud olan Aleksandrovsk rayonundan ayrıldı.

14 yanvar 1943-cü ildə Aleksandrovsk aryonu Alman faşist işğalçılarından azad edildi.

1958-ci ildə Novoselitsk rayonun ləğvi ilə əlaqədar olaraq Yujnaya Osetiya kənd sovetliyi yenidən Aleksandrovsk rayonuna verildi.

1963-cü ildə ərazisinin Koçubevsk, Mineralovodsk və Aleksandrovsk rayonlarına verilməsi ilə Kursav rayonu ləğv edildi.

1 fevral 1963-cü ildə mövcud 15 kənd rayonu əvəzinə: Aleksandrovsk, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Aleksandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeysk, Kursk, Levokumski, Mineralovodski, Petrovski, Şpakovski rayonları qurulur.


12 yanvar 1965-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyəti qərarı ilə[9]:Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Alexsandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeyski, Kurski, Levokumski, Mineralovodski, Petrovki, Prikumski və Şapovski rayonları formalaşdırılır. 16 mart 2020-ci il tarixindən etibarən, 31 yanvar 2020-ci il tarixli 1 saylı Stavropol diyarı Qanununa əsasən, Aleksandrovsk inzibati dairəsinin bütün bələdiyyələri vahid Aleksandrovsk inzibati dairəsinə birləşdirildi. Ərazi vahidi statusunu qoruyur[10][11].

Cins tərkibi

2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 23 131 kişi (46,05 %) və 27 104 qadın (53,95 %) yaşayırdı[12].

Milli tərkib

2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı:

Milliyyət sayları faiz
ruslar 42 963 85,52
qaraçılar 1993 3,97
darginlər 1477 2,94
ermənilər 875 1,74
digərləri 2927 5,83
Ümumi 50 235 100,00

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 21 yaşayış məntəqəsini əhatə edir.

  1. 1 2 http://docs.cntd.ru/document/461506269.
  2. 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  3. Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2023 года.
  4. 1 2 http://docs.cntd.ru/document/901815383.
  5. "Закон Ставропольского края от 31.01.2020 № 11-кз «О преобразовании муниципальных образований, входящих в состав Новоселицкого муниципального района Ставропольского края, и об организации местного самоуправления на территории Новоселицкого района Ставропольского края»". publication.pravo.gov.ru (rus). 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-16.
  6. "История". Официальный сайт Александровского сельсовета Александровского района Ставропольского края. 2016-06-04 tarixində orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.
  7. "Историческая справка". Сайт муниципального образования села Долиновка Новоселицкого района Ставропольского края. 2016-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-20.
  8. "Краткая справка по административно-территориальному делению Ставропольского края с 1920 по 1992 год". Официальный сайт комитета Ставропольского края по делам архивов. 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-14.
  9. "Указ Президиума Верховного Совета РСФСР от 12 января 1965 года «Об изменениях в административно-территориальном делении Ставропольского края»". 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26.
  10. "Закон Ставропольского края «Об административно-территориальном устройстве Ставропольского края»". 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-12.
  11. "Закон Ставропольского края «Об утверждении Реестра административно-территориальных единиц Ставропольского края»". 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-12.
  12. "Всероссийская перепись населения 2010 года на территории Ставропольского края. Том 3 книга 1 «Национальный состав и владение языками, гражданство»". Сайт Северо-Кавказстата. 2015-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-05.