Kirov rayonu (Stavropol diyarı)

Kirov rayonu (rus. Кировский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Novopavlovsk şəhəridir. Əhalisi 26.062 nəfərdir (2020).

Kirov rayonu
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

43°58′ şm. e. 43°38′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Novopavlovsk[2]
Tarixi və coğrafiyası
Yaradılıb 1924
Sahəsi
  • 1.386 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 66.599 nəf. (2023)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 87938
Rəsmi sayt
Kirov rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kirov rayonu ərazisi eyni adlı şəhər dairəsinin yerləşdiyi ərazidə, Stavropol diyarının cənub sərhəddində, Malka və Zolka çayları boyunca cənub-qərbdən şimal-şərqə uzanır. Rayon cənubda Kabardin-Balkar Respublikası, qərbdə Predqorski və Georgievski rayonları ilə, şimalda Sovet və Stepnovski, şərqdə Stavropol diyarının Kursk rayonları ilə həmsərhəddir.

İlçe 1935-ci ildə Qeorqievski rayonunun tərkibindən ayrılaraq qurulur. Əvvələr Apollonski (dəmir yolu stansiyasının adından götürülür.) adlandırıldı. Apollonski rayonu birbaşa Şimali Qafqaz Regional İcraiyyə Komitəsinə tabe olur. Ərazisində İşçi Xalq Deputatları kənd Sovetlərinin 2 icraiyyə komitəsi və Fəhlə Xalq Deputatları kənd Sovetlərinin 2 icra komitəsi var idi. Rayonun inzibati mərkəzi Novopavlovskaya kəndi idi.

1937-ci ildə Apollonski rayonu Ordjonikidze (1943-cü ildən - Stavropol) diyarının bir hissəsi olur. 1940-cı il aprelin 1-dən etibarən rayon 4 kənd sovetini əhatə edirdi: Novopavlovski, Novosrednenski, Oryol və Stavropol.

1942-ci ilin avqustunda rayon alman işğalı altında olur. 7 yanvar 1943-cü ildə isə işğaldan azad olur. 1953-cü ildə ləğv edilmiş Sovetski rayonunun ərazisi Apollon rayonuna birləşdirilir. 1963-cü ildə Stavropol diyarının rayonlarının böyüdülməsi səbəbiylə Apollon rayonu ləğv edilir. Ərazisi Georgievski və Kursk rayonlarına verilir.

1970-ci ildə Kirov rayonu Novopavlovskaya kəndii mərkəz olmaqla yenidən qurulur. 1 yanvar 1983-cü ildə rayon 8 kənd sovetini əhatə edirdi: Qonozavodskaya, Zolski, Komsomolski, Maryinski, Novosrednenski, Orlovski, Sovetski və Staropavlovsk. 19 sentyabr 1991-ci ildə, Stavropol diyarında Xalq Deputatları Sovetinin Rəyasət Heyətinin qərarı ilə Kirovski rayonundakı Fazannı kəndi, Komsomolsk kənd sovetliyindən ayrılaraq mərkəzi Fazannı kəndi olmaqla Fazannı kənd soveti qurulur].

4 oktyabr 2004-cü ildə "Stavropol diyarının bələdiyyələrə şəhər, kənd qəsəbəsi, şəhər rayonu, bələdiyyə rayonu statusu verilməsi haqqında" qanuna uyğun olaraq Kirov bələdiyyə rayonu meydana gəlir.

1 may 2017-ci ildən etibarən Stavropol diyarının 14 aprel 2017-ci il tarixli 35-kz qanununa əsasən Kirov rayonunun bütün bələdiyyələri İzobilnensky şəhər dairəsinə çevrilir.

Ərazi vahidi statusunu qoruyur[4][5].

Cins tərkibi

2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 33 344 kişi (46,49 %) və 38 379 qadın (53,51 %) yaşayırdı[6].

Milli tərkib

2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı:

Milliyyət sayları faiz
ruslar 57 957 80,818
qaraçılar 3656 5,10
ermənilər 2878 4,01
türklər 1403 1,96
ləzgilər 1198 1,2
digərləri 3902 5,44
Ümumi 71 723 100,00
Urbanizasiya

Şəhər şəraitində (Novopavlovsk şəhəri) rayon əhalisinin 36,77%-i yaşayır.

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 23 yaşayış məntəqəsini əhatə edir.

Yerli idarəetmə

[redaktə | mənbəni redaktə et]

Kirov rayon icra başçısı - Vinnikov Sergey Vasiliyeviç[7].

Kirov bələdiyyə idarəsinin rəhbəri - Lukinov Vladimir Fedoroviç (11 dekabr 2014 - 2017)[8].

Kirov şəhər dairəsinin başçısı - Lukinov Vladimir Fedoroviç (2017-ci ildən)[9] Şəhər dairəsi Dumasının sədri - Vinnikov Sergey Vasilieviç.

  1. 1 2 http://docs.cntd.ru/document/461506269.
  2. 1 2 3 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  3. Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2023 года.
  4. "Закон Ставропольского края «Об административно-территориальном устройстве Ставропольского края»". 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
  5. "Закон Ставропольского края «Об утверждении Реестра административно-территориальных единиц Ставропольского края»". 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
  6. "Всероссийская перепись населения 2010 года на территории Ставропольского края. Том 3 книга 1 «Национальный состав и владение языками, гражданство»". Сайт Северо-Кавказстата. 2015-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-05.
  7. "Кировский городской округ Ставропольского края". Портал органов государственной власти Ставропольского края. 2017-23-07 tarixində arxivləşdirilib.
  8. "Руководители". Официальный портал Кировского района Ставропольского края. 2017-08-02 tarixində arxivləşdirilib.
  9. "Глава округа". Официальный портал администрации Кировского городского округа Ставропольского края. 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-06.