Mineralovod rayonu (rus. Минераловодский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Mineralnıye Vodı şəhəridir. Əhalisi 26.062 nəfərdir (2020).
Mineralovod rayonu | |||||
---|---|---|---|---|---|
Минераловодский городской округ | |||||
|
|||||
44°12′03″ şm. e. 43°06′45″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Mineralnıye Vodı[2] | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1929 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 87922 | ||||
Avtomobil nömrəsi | 26[5], 126[5] | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayon və müvafiq şəhər dairəsi, Stavropol diyarının cənub-şərq hissəsində, Kuma çayı vadisindədir. Rusiya Federasiyasının xüsusi qorunan ekoloji kurort bölgəsinin bir hissəsidir.
1924-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 2 iyun tarixli Fərmanı ilə Mineralovod rayonu quruldu.[6]. 11 yanvar 1943-cü ildə Mineralovod rayonu nasist işğalçılarından azad edilir[7].
1 fevral 1963-cü ildə mövcud 15 kənd rayonu əvəzinə: Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Aleksandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeyski, Kursk, Levokumski, Mineralovod, Petrovki, Prikumski rayonları qurulur.
4 oktyabr 2004-cü ildə "Stavropol diyar Xalq Deputatlar Sovetinin qərarı ilə, rozovski kənd sovetliyinin tərkibindən mərkəzio Qreçeskoe olan Qreçeskoe kənd sovetliyi qurulur. 28 May 2015-ci il tarixli 51-kz saylı Stavropol dairəsinin qanunu ilə, Stavropol dairəsi Mineralovod inzibati rayonuna daxil olan bütün inzibati vahidlər - Mineralnıye Vodı şəhəri, Andjievski qəsəbəsi, Qravdanski kənd soveti, Qreçeskoye kəndi, Levokumski kənd soveti, Leninski kənd soveti, Maryino-Kolodtsevski kənd soveti, Naqutskoye kəndi, Nijnealeksandrovski kənd soveti, Pervomayski kənd soveti, Perevalnenski kənd soveti, Pobeqaylovski kənd soveti, Prikumsky kənd soveti, Rozovski kənd soveti və Ulyanovsk kənd soveti birləşdirilmə ilə Mineralovod şəhər dairəsinə çevrilir. Ərazi vahidi öz statusunu qoruyur[8][9].
2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 64 676 kişi (45,90 %) və 76 229 qadın (54,10 %) yaşayırdı[10].
2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı:
Milliyyət | sayları | faiz |
---|---|---|
Ruslar | 111 030 | 78,80 |
Ermənilər | 11 734 | 8,33 |
Noqaylar | 3623 | 2,57 |
Yunanlar | 2618 | 1,86 |
Ukraynalılar | 1799 | 1,28 |
Digərləri | 10 101 | 7,17 |
Ümumi | 140 905 | 100,00 |
Şəhər şəraitində (Novopavlovsk şəhəri) rayon əhalisinin 36,77%-i yaşayır.
Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 53 yaşayış məntəqəsini əhatə edir.
Mineralovod inzibati rayonu (2015-ci ilə qədər)
Rayonun icra başçısı - Mixail Vasilyeviç Çukavin.
Bələdiyyə idarəsinin başçısı - Sergey Konstantinoviç Avramenko.
Mineralovodsk şəhər dairəsi
Dairə rəhbərləri:Sergey Yuryeviç Pertsev.
Deputatlar Şurasının sədrləri:Zubaç Aleksandr Aleksandroviç[11]