Sovet rayonu (Stavropol diyarı)

Sovet rayonu[4] (rus. Советский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Zelenokumsk kəndidir. Əhalisi 34.113 nəfərdir (2020).

Sovet rayonu
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

44°25′ şm. e. 44°00′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Zelenokumsk[2]
Tarixi və coğrafiyası
Yaradılıb 13 aprel 1924
Sahəsi
  • 2.089 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 57.795 nəf. (2023)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 86552
Rəsmi sayt
Sovet rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon Stavropol diyarının cənub-şərq hissəsində yerləşir. Budyonnovski, Qeorqievski, Stepnovski, Kirov və Novoselisk rayonları ilə həmsərhəddir.

Relyefi Kuma və Zolka çaylarına doğru mailliləşir. möhkəmdir. Müəyyən yerləri quraqdır. Rayonda 14,7 min hektar suvarılan torpaq sahəsi var. Şabalıd torpaqları, tipik çöl bitki örtüyü ərazidə hakimdir. Meşələr Kuma çayının subasarlarında yerləşir və 10 min hektar ərazini tutur.

1921-ci ilə qədər Stavropol vilayətinin Svyatokrestovski qəzası, Vorontsovo-Aleksandrovskaya volostunun bir hissəsi idi.

21 avqust 1921-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Fərmanı ilə Stavropol vilayətinin Svyatokrestovski qəzası Terek vilayətinə verilir.

1 may 1924-cü ildə mərkəzi Vorontsovo-Aleksandrovskoye kəndi (2 iyun 1924-cü il tarixli Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə təsdiq edilmiş) olan Vorontsovo-Aleksandrovski rayonu qurulur[5].

7 avqust 1930-cu ildən rayon Şimali Qafqaz Diyarının bir hissəsi idi (1937-ci ildə Orjonikidze, 1943-cü ildə isə Stavropol diyarı adlandırıldı).

10 yanvar 1943-cü ildə Vorontsovo-Aleksandrovski rayonu nasist işğalçılarından azad edildi[6].

20 avqust 1953-cü ildə ləğv edilmiş Soldato-Aleksandrovski rayonu ərazisi ona birləşdirildi.

1958-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyətinin 30 sentyabr 1958-ci il tarixli fərmanı ilə ləğv edilmiş Stepnovski rayonunun ərazisi Vorontsovo-Aleksandrovski rayonuna verildi.

1 fevral 1963-cü ildə mövcud 15 kənd rayonu əvəzinə: Aleksandrovsk, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Aleksandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeysk, Kursk, Levokumski, Mineralovodski, Petrovski, Şpakovski rayonları qurulur.

RSFSR Ali Soveti Rəyasət Heyətinin 5 iyun 1963-cü il tarixli fərmanı ilə Vorontsovo-Aleksandrovskoye kəndi Novoqriqorievskoye kəndi ilə Sovetskoye kəndinə birləşdirildi və rayon Sovet rayonu adlandırıldı.

12 yanvar 1965-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyəti qərarı ilə[7]:Aleksandrovski, Apanasenkovsk, Blaqodarnenski, Vorontsovo-Alexsandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeyski, Kurski, Levokumski, Mineralovodski, Petrovki, Prikumski və Şapovski rayonları formalaşdırılır. 1 may 2017-ci il tarixdən etibarən Stavropol diyarının 14 aprel 2017-ci il tarixli 37 saylı qanununa uyğun olaraq Sovet inzibati dairəsinin bütün bələdiyyələri Sovet şəhər dairəsinə birləşdirildi. Ərazi vahidi statusunu qoruyur[8][9].

Cins tərkibi

2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 28 410 kişi (45,25 %) və 34 380 qadın (54,75 %) yaşayırdı[10].

Milli tərkib 2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı
Milliyyət sayları faiz
ruslar 54 403 86,64
ermənilər 1372 2,19
qaraçılar 1316 2,10
tabasaranlılar 687 1,09
ukraynalılar 629 1,00
digərləri 4383 6,98
Ümumi 62 790 100,00
Urbanizasiya

Şəhər şəraitində rayon əhalisinin (Zelenokumsk şəhəri) 57,71 % yaşayır.

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 26 yaşayış məntəqəsini əhatə edir.

  1. 1 2 http://docs.cntd.ru/document/461506269.
  2. 1 2 3 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  3. Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2023 года.
  4. "Закон Ставропольского края от 31.01.2020 № 11-кз «О преобразовании муниципальных образований, входящих в состав Новоселицкого муниципального района Ставропольского края, и об организации местного самоуправления на территории Новоселицкого района Ставропольского края»". publication.pravo.gov.ru (rus). 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-16.
  5. "Памятные даты по Ставропольскому краю на 2019 год". 2019-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  6. "Календарь государственных праздников Российской федерации, памятных дат и знаменательных событий Ставропольского края на 2011 год". 2015-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  7. "Указ Президиума Верховного Совета РСФСР от 12 января 1965 года «Об изменениях в административно-территориальном делении Ставропольского края»". 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26.
  8. "Закон Ставропольского края "Об административно-территориальном устройстве Ставропольского края"". 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  9. "Закон Ставропольского края "Об утверждении Реестра административно-территориальных единиц Ставропольского края"". 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  10. "Всероссийская перепись населения 2010 года на территории Ставропольского края. Том 3 книга 1 «Национальный состав и владение языками, гражданство»". Сайт Северо-Кавказстата. 2015-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-05.