Novoaleksandrovsk rayonu

Novoaleksandrovsk rayonu (rus. Новоалександровский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Novoaleksandrovsk şəhəridir. Əhalisi 64 100 nəfərdir (2020).

Novoaleksandrovsk rayonu
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

45°29′36″ şm. e. 41°13′06″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Novoaleksandrovsk[2]
Tarixi və coğrafiyası
Yaradılıb 1924
Sahəsi
  • 2.015 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 63.177 nəf. (2023)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 86544
Rəsmi sayt
Novoaleksandrovsk rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon Stavropol diyarının şimal-qərb hissəsində, üçüncü aqroklimatik zonada, qeyri-sabit rütubətli zonada yerləşir. İllik rayona ortalama 450-550 mm yağıntı düşür. Stavropol Diyarının İzobilnenski və Krasnoqvardeyski rayonları və Krasnodar diyarı ilə həmsərhəddir. Rayon ərazisi şimaldan cənuba 60 km, şərqdən qərbə 48 km məsafədə uzanır. Rayonun ümumi sahəsi 2.015.7 km² (201.499 ha), kənd təsərrüfatı sahələri isə 179.382 ha-dır. Əkin sahələri 168.696 ha ərazini əhatə edir.

Novoaleksandrovsk rayonu 1924-cü ildə Kuban vilıayətinin keçmiş Labinski və Qafqaz şöbələrinin kənd və təsərrüfatlarından meydana gəlmişdir.

23 yanvar 1943-cü ildə Novoaleksandrovsk rayonu Alman faşist işğalçılarından azad edilir[4].

12 yanvar 1965-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyəti qərarı ilə[5]:Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Alexsandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeyski, Kurski, Levokumski, Mineralovodski, Petrovki, Prikumski və Şapovski rayonları formalaşdırılır. 18 oktyabr 1990-cı ildə Stavropol Xalq Deputatları Sovetinin Rəyasət Heyəti qərar ilə: "Novoaleksandrovski rayonunda Raşevatski kənd sovetindən ayrılmış Raduja və Limannı kəndləri daxil olmaqla mərkəzi Raduja kənd sovetliyi qurulur"[6].

24 dekabr 1992-ci ildə Pryadovoye kənd sovetindən ayrılan və mərkəzi Karmalinovskaya kəndi olan Karmalinovski kənd sovetliyi qurulur.

1 May 2017-ci il tarixindən etibarən Stavropol dairəsinin 14 aprel 2017-ci il tarixli 34-kz saylı Qanununa uyğun olaraq Novoaleksandrovsk inzibati dairəsinin bütün bələdiyyələri Novoaleksandrovsk şəhər dairəsinə birləşdirilir.

Ərazi vahidi statusunu qoruyur[7][8].

Cins tərkibi

2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 30 399 kişi (46,42 %) və 35 078 qadın (53,58%) yaşayırdı[9].

Milli tərkib

2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı:

Milliyyət sayları faiz
ruslar 57 435 87,72
ermənilər 2807 4,29
qaraçılar 1474 2,25
kürdlər 961 1,47
digərləri 2800 4,27
Ümumi 65 477 100,00
Urbanizasiya

Şəhər şəraitində rayon əhalisinin (Novoaleksandrovsk şəhəri) 41,37 % yaşayır.

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 41 yaşayış məntəqəsini əhatə edir.

Yerli idarəetmə

[redaktə | mənbəni redaktə et]

Şəhər dairəsi deputatlar sovetinin sədri: Serqey Neşev

Denis Straxov

Şəhər dairəsinin sədrləri

Serqey Saqalayev

  1. 1 2 http://docs.cntd.ru/document/461506269.
  2. 1 2 3 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  3. Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2023 года.
  4. "Календарь государственных праздников Российской федерации, памятных дат и знаменательных событий Ставропольского края на 2011 год". 2015-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  5. "Указ Президиума Верховного Совета РСФСР от 12 января 1965 года «Об изменениях в административно-территориальном делении Ставропольского края»". 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26.
  6. "Административно-территориальные преобразования в Ставропольском крае, зарегистрированные после Всероссийской переписи населения 1989 года". Новое Ставрополье : информационный портал. 2012-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  7. "Закон Ставропольского края «Об административно-территориальном устройстве Ставропольского края»". 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-19.
  8. "Закон Ставропольского края «Об утверждении Реестра административно-территориальных единиц Ставропольского края»". 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-19.
  9. "Всероссийская перепись населения 2010 года на территории Ставропольского края. Том 3 книга 1 «Национальный состав и владение языками, гражданство»". Сайт Северо-Кавказстата. 2015-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-05.