Alfred Culs Ayer (ing. Alfred Jules Ayer; 29 oktyabr 1910[1][2][…], London – 27 iyun 1989[1][2][…] və ya 26 iyul 1989[3], London) — İngiltərə neopozitivist filosofu,[5] analitik fəlsəfənin nümayəndəsi. O, bəzi mənbələrə görə, XX əsrin ortalarının aparıcı filosoflarından biridir.[6] Ayer Vyana dairəsinin ideyalarını təbliğ edirdi. Onun sonrakı əsərləri linqvistik fəlsəfəyə meyllə səciyyələnir.[7]
Alfred Culs Ayer | |
---|---|
ing. A. J. Ayer | |
Doğum tarixi | 29 oktyabr 1910[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 iyun 1989[1][2][…] (79 yaşında) və ya 26 iyul 1989[3] (79 yaşında) |
Vəfat yeri | |
İstiqaməti | ateizm |
Əsas maraqları | epistemologiya[4], etika[4], fəlsəfə[3] |
Təsirlənib | Bertran Rassel[4], Qilbert Rayl[4] |
Alfred Culs Ayer 29 oktyabr 1910-cu ildə Birləşmiş Krallıqda, İngiltərənin paytaxtı London şəhərində anadan olmuşdur. Onun anası Reyne Sitroen Fransada avtomobil şirkətinə sahib olan məşhur hollandiyalı yəhudi Sitroen ailəsindən idi, atası Jül Ayer isə İsveçrə əsilli idi və Rotşildlər ailəsinin maliyyə institutlarında işləyirdi.[8]
Culs Oksford Universitetinə bağlı İton və Krayst-çerç kolleclərində təhsil almışdır. O, bir il Vyanada qaldıqdan və orada Vyana dairəsinin pozitivist proqramı ilə tanış olduqdan sonra 1933-cü ildə Krayst-çerç kollecində müəllimlik fəaliyyətinə başlamışdır. Culs "Tottenhem Hotspur" futbol klubunun azarkeşi olmuşdur.
Alfred Culs Ayer 27 iyun 1989-cu ildə, 78 yaşında Londonda vəfat etmişdir.