Aqop Dilaçar Martayan (22 may 1895[1], Konstantinopol[1] – 12 sentyabr 1979[1], İstanbul[1]) — Türk dili üzrə mütəxəssis, dilçi, Erməni əsilli Türkiyə vətəndaşıdır. Qədim türk dili ilə əlaqəli apardığı araşdırmalara görə Mustafa Kamal Atatürk ona “Dilaçar” soyadını vermişdir. Erməni və Türk dillərindən əlavə ingilis, yunan, ispan, latın, alman, rus və bolqar dillərini bilirdi.
Aqop Dilaçar | |
---|---|
Doğum adı | Յակոբ Մարթաեան |
Doğum tarixi | 22 may 1895[1] |
Doğum yeri | |
Vəfat tarixi | 12 sentyabr 1979[1] (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
1915-ci ildə Robert Kollecindən məzunu olmuşdur. Birinci Dünya müharibəsində Qafqaz Cəbhəsində ehtiyatda olan zabit kimi vəzifə almışdır. 1919-cu ildən Robert Kollecində ingilis dili müəllimi kimi işləməyə başlamışdlr.
Müharibədən sonra Beyrutda erməni məktəbində müdir vəzifəsində işləmiş və orada ermənicə çap edilən ilk qəzetin, yəni “Luys”-un baş redaktoru olmuşdur. Həyat yoldaşı Meline ilə birlikdə getdiyi Sofiyada qədim türk dili və qədim uyğur türk dili dərslərini tədris etmiş və ilk kitabını çap etdirmişdi. 22 sentyabr 1932-ci ildə Mustafa Kamal Atatürkün sədrliyi ilə keçirilən I Türk Dili Konfransına Stepan Qurdikyan və Kevork Simşekyan ilə birlikdə dil mütəxəssisi kimi dəvət edilmişdir. 1934-cü ildə qədim türk dili araşdırma fəaliyyətlərinə görə Mustafa Kamal Atatürk tərəfindən Aqop Martayana “Dilaçar” soyadı verilmişdir. Türk, Şumer və Hind-Avropa dilləri arasında əlaqələr və Günəş Dil Nəzəriyyəsi araşdırmaları ilə türk dilinin mənşəyinin ortaya çıxarılmasında vacib məlumatlar ortaya çıxartmışdır. 1936-1952-ci illərdə Ankara Universiteti Dil, tarix və coğrafiya fakültəsində dil-tarix və türkologiya üzrə dərs demişdir. 1938-ci ildə Türk Dil Qurumu qərb dilləri üzrə baş mütəxəssis olmuşdur. 1942-1960-cı illərdə Türk Ensiklopediyasının hazırlanması işlərində baş redaktor kimi çalışmışdır. Türk Dil Qurumundakı vəzifəsi və dilçiliklə bağlı araşdırmaları 1979-cu ilə qədər ölümünə kimi davam etmişdir.
Konspirasiya nəzəriyyəçisi Aytunç Altındal, Mustafa Kamala "Atatürk" soyadının Dilaçar tərəfindən verildiyini iddia etmişdir. Araşdırmaçı Cengiz Özakıncı Atatürk soyadının Aqop Dilaçar tərəfindən irəli sürülməsi iddiasının heç bir mənbəyə söykənmədiyini və Türk Dili Tədqiq Cəmiyyəti sədri Saffet Arıkanın 26 sentyabr 1934 tarixində 2-ci Dil Bayramı açılış çıxışında dilə gətirdiyi "Ulu Öndərimiz Ata Türk Mustafa Kamal" xitabın Atatürk soyadının mənbəyi olduğunu iddia etmişdir.[2]
Azərbaycan dilçilərinin, yazıçılarının və jurnalistlərinin Aqop Dilaçarla bağlı fikirləri ümumiyyətlə mənfidir. Onun haqqında fikirlər 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra türk dilinin Azərbaycan dilinə təsiri ilə paralel olaraq dilə gətirilməyə başlandı. Aqop Dilaçar heç vaxt Türk Dil Qurumunun başqanı və türk dili islahatının rəhbəri olmasa da, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev türk dilində islahatlar keçirildiğini, bəzi sözlərin Avropa sözləri ilə əvəz edildiyini və dil islahatı keçiriləndə islahatın qurum genel başqanı Aqop Dilaçarın bunu etdiyini iddia etmişdir.[3] Şair Sabir Əlim Xəliloğlu Dilaçar haqqında aşağıdakı şeiri yazmışdır.[4]
Lal erməni dilman türkə dil açar, Dilin yansın dil qapayan Dilaçar, Necə tapsın qıfıllanan dil açar? Mən bu dilə dərman üçün gəlmişəm, |
Bu şeir xüsusilə Türkiyədəki Nur camaatı tərəfindən türk dili islahatını tənqid etmək üçün istifadə olunur.[5] Jurnalist Gülyaz Əliyeva da bu şeiri paylaşaraq Aqop Dilaçarın türk dilinə çoxlu fransız və alman sözləri qatdığını və Anadolu türkcəsinin Azərbaycan dilindən uzaqlaşmasında rolu olduğunu iddia etmişdir.[6][7] Yazıçı Azər Qismət də Aqop Dilaçarın türk dilindən sözləri çıxardığını və yerinə fransız sözləri doldurduğunu iddia etmişdir.[8] Aqop Dilaçarla bağlı ən geniş tənqidi fikirləri alim Saleh Qarabağlı səsləndirib. Aqop Dilaçarı “saxtakar” kimi qələmə verən Saleh Qarabağlı onun türk dili islahatının elmi və təşkilati rəhbəri olduğunu və türk dilini erməni türkcəsinə çevirdiyini iddia etmişdir. Aqop Dilaçar yeni sözlərin yaradıldığı “karşılıklar kılavuzu” komissiyasının üzvü olmasa da, Saleh Qarabağlı onun ərəb və fars dillərindən götürülmüş sözləri türk dilindən çıxarıb, çıxardığı sözləri qadağan edib, bu sözlərin yerinə bağımsızlık, belirti, deprem, dönem, durum, eşey, eşit, gelişme, gösteri, ilişki, katılma, kullanma, kutlu, kutsal, nesne, olay, özgür, özgürlük, savunma, sorun, süre, tartışma, tutuklamak kimi eybəcər, gülünc, süni uydurulmuş protez türk sözləri yaratdığını bildirmişdir. Aqop Dilaçarın türk dilinə, mədəniyyətinə, mənəviyyatına və gələcəyinə məhvedici zərbə vurduğunu və bu vəziyyəti türk elitasının ən böyük səhvi, türk millətinin ən böyük itkisi kimi şərh etmişdir.[9] Hüquqşünas Əkrəm Həsənov hazırda Türkiyədə danışılan dilin yaradıcısının Aqop Dilaçar olduğunu iddia etmişdir.[10] Fəlsəfəçi Ağalar Qut türk dili islahatının Aqop Dilaçarın rəhbərliyi ilə aparıldığını, türk dilinin yaradıcısının Aqop Dilaçar olduğunu, dili zənginləşdirməkdən uzaq, əksinə, semantika baxımından xeyli kasıblaşdırdığını və türkiyəlilərin dillərini bir erməninin yaratması faktından utandığını iddia etmişdir.[11] Türkiyədə danışılan dili isə “aqopca-türkiyəcə” adlandırır.[12] Aqop Dilaçar heç vaxt millət vəkili olmasa da, Ağalar Qut, Dilaçarın Türkiyə Böyük Millət Məclisində Mustafa Kamala “Atatürk” soyadını təklif etdiyini iddia etmişdir.[13] Bu iddianı jurnalist Cavid Ağa da təkrarlamışdır.[14] Araşdırmaçı Dilqəm Əhməd “Mustafa Kamala Atatürk adını verənin Aqop Dilaçardır” ifadəsinin uydurma olduğunu bildirərək, Atatürk soyadının Saffet Arıkan tərəfindən qoyulduğunu dövrün qaynaqları ilə göstərərək iddialara qarşı çıxmışdır.[15] AMEA Dilçilik İnstitutu Müdafiə Şurasının üzvü professor İsmayıl Məmmədli, AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri professor Seyfəddin Rzasoy və Azərbaycan nasiri Nəriman Əbdülrəhmanlı türk dili islahatını məhz Aqop Dilaçarın həyata keçirdiyini iddia etmişlərdir.[16][17][18] Professor Nizami Xudiyev də purizm adı altında türk dilini təmizləmək ideyasının Aqop Dilaçar tərəfindən irəli sürüldüyünü iddia etmişdir.[19] Dilçilik İnstitutunun icraçı direktoru Baba Məhərrəmli Aqop Dilaçarın Türkiyə türkcəsinə zərər vurduğunu, Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva isə Aqop Dilaçarın öğrenci, okul kimi sözlər daxil etməklə Türkiyə xalqını digər türkdilli xalqlarından ayırdığını iddia etmişdir.[20][21] Professor Fazil Qaraoğlu, Aqop Dilaçarın Türk Dil Qurumunu quruluş qayəsindən uzaqlaşdırdığını, türk dilinə uyğun olmayan sözlər uydurduğunu və Anadolu türkcəsi üzərində çox təxribatlar törətdiğini iddia etmişdir.[22] Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi İctimai Birliyinin sədri Vasif Sadıqlı, Azərbaycanda ərəb-fars mənşəli sözlərə qarşı müharibə ideyasının müəllifinin Aqop Dilaçar olduğunu iddia etmişdir.[23] Yazıçı Seymur Baycan da müasir türkcənin uydurma, süni və saxta bir dil olduğunu və bu dilin saxta, sintetik, süni sözlərini Aqop Dilaçarın uydurduğunu iddia etmişdir.[24][25][26] Aqop Dilaçar 1928-ci ildə yaradılmış Dil Əncüməni Əlifba komissiyasına daxil olmasa da, AMEA Dilçilik İnstitutunun sabiq direktoru, professor Fəxrəddin Veysəlli Aqop Dilaçarın əlifbadan /ə/ fonemini çıxardığını, türkolog Firudin Cəlilov Aqop Dilaçarın türk əlifbasından “x” və “ə” hərflərini çıxardığını, Hüseyn Artıkoğlu isə Dilaçarın “x”, “ə” və “q” hərflərini çıxardığını iddia etmişdir.[27][28][29] Yazıçı-publisist Əli Rzazadə “Aqop Dilaçar müasir türk dilinin yaradıcısıdır” iddiasının ermənilər tərəfindən yayılan uydurma məlumat olduğunu və Dilaçarın qədim türkcə və qədim uyğur türkcəsini öyrədən dilçi olmasının onun həmin dilin yaradıcısı olması demək olmadığını bildirmişdir.[30] Yazıçı Mirmehdi Ağaoğlu türk dil islahatını yalnız Aqop Dilaçarla əlaqələndirməyin ədalətsiz yanaşma olduğunu bildirmişdir.[31] Dilçi alim Semra Həsənzadə Aqop Dilaçar tərəfindən yaradıldığı iddia edilən anmaq, anılmaq, yetinmək, evren, ərgən, aşırı kimi sözlərin qədim türk dili və orta türk dili dövrünə aid olduğunu bildirmişdir.[32] Yazıçı Orxan Aras Türkiyə türkcəsindəki dəyişiklik və inkişafın iddia edildiyi kimi Aqop Dilaçarla deyil, alman dilində olduğu kimi 150 illik bir hekayəsi olduğunu, Osmanlı imperiyası dövründə qəzetlər nəşr olunmağa başlayanda xalqın anlaya biləcəyi bir dilin çox əvvəllər vacib olduğunu bildirmişdir.[33]
türk dilçi alim burada izahat verərək Dilaçarın - Akop Dilaçar (Martayan) olduğunu, Anadolu turkcəsinin dəyişdirilməsində və Azərbaycan dilindən uzaqlaşmasında rolu olan, 1930-cu illərdə Türk dil qurumuna rəhbərlik etmiş bir erməni olduğunu təəssüflə söyləyir.
Atatürkün hakimiyyıti illərində erməni Akop Dilaçar tərəfindən türk dilinə dəyişikliklər edildi, dilə xeyli fransız, alman sözləri qatdılar.
Martayan çıxardığı sözlərin yerini əsasən fransız sözləri ilə doldurdu.
Çoxları bilmir. İndi Türkiyədə danışılan türk dilinin yaradıcısı erməni Akop Martayandır.
Ərəb-fars sözlərindən təmizləmə işləri gördülər. Akop Dilaçar sözləri həddən artıq sadələşdirdi, bəsitləşdirdi.
Ən acınacaqlısı, türk dil inqilabının başında Akop Dilaçar adında bir erməninin durmasından danışmaq istəmirəm.
Həmin dil islahatlarını həyata keçirən də bir erməni olub.
30-cu illərdə erməni dilçi alim Akop Dilaçar purizm adı altında türk dilini təmizləmək ideyasını irəli atdı.
Bir vaxtlar Türkiyədə “okul”, “öğrenci” kimi sözlərin dilə qəfləti gəlişi türk xalqını digər türkdilli xalqlarından ayırmaq üçün bir variant idi. Bunu mən sizə bir türkoloq olaraq deyirəm. Özü də bu prosesi həyata keçirən dilçi erməni əsilli idi.
Türkiyədə Türk Dil Qurumunun başında duranlardan biri olan Akop Dilaçar adında bir erməni Mustafa Kamal Atatürk dünyasını dəyişdikdən sonra bu təşkilatı quruluş qayəsindən uzaqlaşdırmaqla kifayətlənməyərək, elmi tanımaz bir yola azdırıb. Nəticədə, əsli türk dilindən olmayan və türk dilinə uyğun olmayan yeni kəlmələr uydurulub, musiqi kimi səslənən türkcə kəlmələr dəyişdirilməyə başlanıb... Türk Dil Qurumunun çatısı altına sığınan pis niyyətli Akop və əlaltıları türk dili və qrammatikası üzərində böyük təxribatlar ediblər.
Akop Martayanın uydurduğu saxta, sintetik, süni sözlərdən istifadə etməkdənsə, ərəb-fars sözlərindən istifadə etmək daha yaxşıdır.
Akop Martayanın uydurduğu sözlər, süni, saxta, mutant türk dili
Akop Martayanın uydurduğu saxta sözlər
...erməni A. Dilaçar /ə/ fonemini əlifbadan çıxardı.
Akop Martayan hazırkı türk əlifbasından “x”, “ə” hərflərini çıxardı.