Avropa İqtisadi Komissiyası (BMT)

UNECE üzvləri

Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (ing. United Nations Economic Commission for Europe) qısaca: UNECE və ya ECE) — BMT-nin iqtisadi qurumlarından biri. Avropa ölkələri ilə yanaşı, həm Kanada, həm Mərkəzi Asiya respublikaları, həm də İsrailAmerika Birləşmiş Ştatları bu quruma daxildir. Mərkəzi katiblik qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir və təxminən 50 milyon ABŞ dolları məbləğində büdcəsi var.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

28 mart 1947-ci[2][3] ildə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına dəstək üçün təsis olunmuşdur.

Üzv dövlətlər[redaktə | mənbəni redaktə et]

Komissiyanın üzvü olan 56 ölkə aşağıda göstərilmişdir:

56 üzv ölkə
Ölkələr Üzvlük tarixi
Albaniya Albaniya 14 dekabr 1955
Andorra Andorra 28 iyul 1993
Ermənistan Ermənistan 30 iyul 1993
Avstriya Avstriya 14 dekabr 1955
Azərbaycan Azərbaycan 30 iyul 1993
Belarus Belarus 28 mart 1947
Belçika Belçika 28 mart 1947
Bosniya və Herseqovina Bosniya və Herseqovina 22 may 1992
Bolqarıstan Bolqarıstan 14 dekabr 1955
Kanada Kanada 9 avqust 1973
Xorvatiya Xorvatiya 22 may 1992
Kipr Kipr 20 sentyabr 1960
Çexiya Çexiya 28 mart 1947
Danimarka Danimarka 28 mart 1947
Estoniya Estoniya 17 sentyabr 1991
Finlandiya Finlandiya 14 dekabr 1955
Şimali Makedoniya Şimali Makedoniya 8 aprel 1993
Fransa Fransa 28 mart 1947
Gürcüstan Gürcüstan 30 iyul 1993
Almaniya Almaniya 18 sentyabr 1973
Yunanıstan Yunanıstan 28 mart 1947
Macarıstan Macarıstan 14 dekabr 1955
İslandiya İslandiya 28 mart 1947
İrlandiya İrlandiya 14 dekabr 1955
İsrail İsrail 26 iyul 1991
İtaliya İtaliya 14 dekabr 1955
Qazaxıstan Qazaxıstan 31 yanvar 1994
Qırğızıstan Qırğızıstan 30 iyul 1993
Latviya Latviya 17 sentyabr 1991
Lixtenşteyn Lixtenşteyn 18 sentyabr 1990
Litva Litva 17 sentyabr 1991
Lüksemburq Lüksemburq 28 mart 1947
Malta Malta 1 dekabr 1964
Moldova Moldova 2 mart 1992
Monako Monako 27 may 1993
Monteneqro Monteneqro 28 iyun 2006
Niderland Niderland 28 mart 1947
Norveç Norveç 28 mart 1947
Polşa Polşa 28 mart 1947
Portuqaliya Portuqaliya 14 dekabr 1955
Rumıniya Rumıniya 14 dekabr 1955
Rusiya Rusiya 28 mart 1947
San-Marino San-Marino 30 iyul 1993
Serbiya Serbiya 1 noyabr 2000
Slovakiya Slovakiya 28 mart 1947
Sloveniya Sloveniya 22 may 1992
İspaniya İspaniya 14 dekabr 1955
İsveç İsveç 28 mart 1947
İsveçrə İsveçrə 24 mart 1972
Tacikistan Tacikistan 12 dekabr 1990
{{ {{{1}}} miqyas = alias = Türkiyə flag alias = Flag of Turkey.svg flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg variant = altlink =

}}

28 mart 1947
Türkmənistan Türkmənistan 30 iyul 1993
Ukrayna Ukrayna 28 mart 1947
Böyük Britaniya Böyük Britaniya 28 mart 1947
ABŞ ABŞ 28 mart 1947
Özbəkistan Özbəkistan 30 iyul 1993

Qeyd: UNECE-yə üzv olan 56 ölkənin 18-i rəsmi inkişaf yardımı alanlardır.[4]

İcraçı katibləri[redaktə | mənbəni redaktə et]

Daxili Nəqliyyat Komitəsi[redaktə | mənbəni redaktə et]

Daxili Nəqliyyat Komitəsi Komissiyanın köməkçi orqanıdır və AİK-in üzv-ölkələri DNK-in üzvləridir.[11] Komitənin işi haqqında hesabatlar Komissiyanın illik sessiyalarında baxılır.[11]

Daxili Nəqliyyat Komitəsinin mənzil-qərargahı İsveçrənin Cenevrədə fəaliyyət göstərir və fəaliyyətində 56 ölkə iştirak edir.[11]

Komissiyanın Daxili Nəqliyyat Komitəsi bütün növ nəqliyyat sahəsində əməkdaşlığın regional miqyasda inkişafı üçün hökumətlərarası orqan kimi yaradılmışdır. Komitə məlumat mübadiləsi və ümumilikdə nəqliyyat problemlərinin müzakirəsi üçün forumdur, həmçinin də beynəlxalq sazişlər bağlanan və beynəlxalq tövsiyələr hazırlanan bir orqandır.[11]

Komitə çərçivəsində müxtəlif nəqliyyat növləri üzrə xüsusi işçi qrupları yaradılmışdır:[11]

  • Avtomobil nəqliyyatı üzrə işçi qrupu;
  • Dəmir yolu nəqliyyatı üzrə işçi qrupu;
  • Daxili su nəqliyyatı üzrə işçi qrupu.

Bu qruplar müxtəlif məsələlərə dair xüsusi yaradılan köməkçi işçi orqanlar, ekspert qrupları və müzakirə qrupları sistemin fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirirlər. Eləcə də, bilavasitə Komitənin himayəsi altında fəaliyyət göstərən bir sıra ekspert qrupları vardır. Bunların arasında nəqliyyat statistikasına dair, tez xarab olan ərzaqların daşınmasına dair, təhlükəli yüklərin daşınmasına dair, qarışıq daşımalara dair, gömrük məsələlərinə dair, nəqliyyat sahəsində tendensiya və siyasətə dair, nəqliyyatın iqtisadiyyatına dair ekspertlər qrupu vardır. Bu qrupların statusu bütün nəqliyyat növləri üçün ümumi problemlərin istifadəsinə dair həyata keçirilən işlə şərtləndirilmişdir.[11]

Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Statistik jurnalı[redaktə | mənbəni redaktə et]

1982-ci ildən 2007-ci ilə qədər IOS Press tərəfindən UNECE-nin adından "Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Statistik jurnalı" nəşr edilmişdir.[12][13]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. theyworkforyou.com Arxivləşdirilib 2007-03-14 at the Wayback Machine  (ing.)
  2. "Inception". UNECE. 2012-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
  3. United Nations General Assembly Session -1 Resolution 46. Economic Reconstruction of Devastated Areas A/RES/46(I) page 2. 11 December 1946. Arxivləşdirilib 14 iyun 2021 at the Wayback Machine  (ing.)
  4. UNECE, The UNECE Report on Achieving the Millennium Development Goals, 2011
  5. "Secretary-General Appoints Brigita Schmögnerová as New Executive Secretary of Economic Commission for Europe". UNECE. 2016-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
  6. "Secretary-general appoints Marek Belka of poland as executive secretary of Economic Commission for Europe". UNECE. 2016-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
  7. "Secretary-General appoints Ján KUBIŠ of Slovakia to head United Nations Economic Commission for Europe". UNECE. 2016-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
  8. "EXCOM welcomes Executive Secretary". UNECE. 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
  9. "Acting Director-General of UNOG Michael Møller takes on functions of Acting Executive Secretary of UNECE". UNECE. 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
  10. "The Secretary-General appoints Christian Friis Bach of Denmark as the next Executive Secretary of UNECE". UNECE. 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
  11. 1 2 3 4 5 6 "Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası". 2018-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
  12. "Statistical Journal of the United Nations Economic Commission for Europe". EconBiz. 28 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2015.
  13. "Publications: STATISTICAL JOURNAL of the UNECE". UNECE. 30 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2015.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]