Avropa Gənclər Parlamenti (ing. European Youth Parliament) və ya qısaca AGP (ing. EYP) qeyri-partizan, müstəqil təhsil layihəsi olub gənc avropalı vətəndaşların tələbatları üçün fəaliyyət göstərir.[1] Avropa Gənclər Parlamenti gənclərdə müstəqil düşünmə və sosial təşəbbüsləri dəstəkləyir. On minlərlə gənc Avropa Gənclər Parlamentinin regional, milli, beynəlxalq sessiyalarında iştirak edib, dostluqların əsası qoyulub və beynəlxalq əlaqələrin əsası qoyulub. Bununla da Avropa Gənclər Parlamenti Avropanın birləşməsinə öz töhfəsini verməkdədir.[2]
Avropa Gənclər Parlamenti AGP, (ing. EYP) | |
---|---|
(ing. European Youth Parliament) | |
Yaranma tarixi | 1988 |
Mərkəzi | Berlin, Almaniya |
www.eyp.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Hazırda Avropa Gənclər Parlamenti Avropada debatlar, mədəniyyətlərarası görüşlər, təhsil işləri və ideyalar mübadiləsinə xidmət edən ən geniş platformadır. Bu parlament minlərlə gəncin könüllü fəaliyyətini təmin edən 40 Avropa assosiasiyası və təşkilatını birləşdirir.[3]
Beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyi 2010-cu ildə təsis edilib. Təşkilat özündə vətənpərvər, dövlətin siyasətinə sadiq, intellektual səviyyəli, fəal gəncləri birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkan yaradır.[4] İndiyə qədər AGP Azərbaycan 9 Milli Seçim Konfransı, 8 Məktəb Sessiyası və 7 Üniversite Sessiyası təşkil etmişdir. Qarşıdan gələn Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası da məhz AGP Azərbaycan təşkilatçılığı ilə 2023-cü ilin Avqust ayında Bakı şəhərində baş tutacaqdır.
Müşahidə Şurasının üzvləri:
Layihənin məqsədi Azərbaycanlı gəncləri Azərbaycan Respublikası Milli Məclisinin və deputatların fəaliyyəti ilə yaxından tanış etmək və onların maarifləndirilməsinə töhfə verməkdir. Daimi xarakter daşıyan bu layihə çərçivəsində gənclərin Milli Məclisin üzvləri və komitə sədrləri ilə görüşləri keçirilmişdir:
AGP-nin Milli Komitələri (MK):