Axalkalaki qəzası

Axalkalaki qəzası (rus. Ахалкалакский уезд) — Rusiya imperiyasının Qafqaz canişinliyinin Tiflis quberniyasına daxil olan qəzalardan biri. Rusiya imperiyası dağıldıqdan sonra Gürcüstan Demokratik Respublikasının ərazilərindən birinə çevrilmiş və inzibati mərkəzi Axalkalak (müasir Axalkalaki) şəhəri olmuşdur. Qəza şimaldan Qori qəzası, şərqdən Borçalı qəzası, cənubdan İrəvan quberniyasının Aleksandropol qəzası, QarsƏrdahan dairələri ilə, qərbdən Axalsıx qəzası ilə sərhəd olmuşdur. Bu qəzanın ərazisi təxminən müasir Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin sərhədləri ilə üst-üstə düşür.[1]

Axalkalaki qəzası
Quberniyanın gerbi
Quberniyanın gerbi
Ölkə  Rusiya İmperiyası
Quberniya Tiflis quberniyası
Mərkəzi Axalkalak
Yaradılıb 1874-cü il
Ləğv edilib 1930-cu il
Sahəsi 2,739.32 km2 (1,057.66 sq mi)
Əhalisi Əhali (1916):
• Ümumi- 107,173
• Sıxlıq- 39/km2 (100/sq mi)
• Şəhər əhalisi- 6.58%
• Kənd əhalisi- 93.42%
Xəritə
Axalkalaki qəzası xəritədə

Qəzada ən çox yaşayan etnoslardan biri də Azərbaycan türkləri olmuşdur. 1897-ci ildə aparılmış siyahıyaalma zamanı məlum olmuşdur ki, qəzada yaşayan millətlər arasında Azərbaycan türkləri ikinci yerdədir.

Qəzanın bütün ərazisi hündürlükdə yerləşməkdə idi və ən aşağı yeri cənub-qərbdəki Kür vadisi idi. Bu vadi Axalkalaki qəzası ilə Axaltsıx qəzasının sərhədini təşkil etməkdə idi. Şimalda yerləşən Çaldır silsiləsi də sərhəd kimi xidmət göstərirdi, daha sonra dağlar şərqə doğru yönəlir və Madataplı silsiləsini təşkil edirdi. Şərq sərhədləri boyunca Tsixejvar silsiləsi mövcud idi və onun ən hündür yeri Qodoberi (3.200 m) zirvəsi idi. Dağların çıxıntıları qəzanın içlərinə doğru yönəlirdi və dağ platolarını ayırırdı. Bu ayrılma da öz növbəsində qəzanın özünün inzibati bölgüsünün məntiqi əsaslarını təşkil edirdi. Dağlar içərisində ən geniş və ən hündürü mahalın şərqindəki Duxoborye (dəniz səviyyəsindən təxminən 2000 m yüksəklikdə) idi.

Qəzada bir neçə əhəmiyyətli göl var idi: Toporovan, Xonçalı, Mədətənə.

O zamanlar Axaltsix qəzasının bir hissəsi olan Axalkalaki qəzasının ərazisi 1828-ci il Rusiya-Türkiyə müharibəsindən sonra Rusiya İmperiyasının Kutais quberniyasının tərkibinə daxil oldu. 1874-cü ilə qədər Axalkalaki qəzası indiyədək daha böyük olan Axaltsix qəzasından ayrıldı və Tiflis quberniyasının bir hissəsi oldu.[2]

Rusiya imperiyası parçalandıqdan sonra qəza qısaömürlü Gürcüstan Demokratik Respublikasının ərazisinə daxil edildi. Lakin bu qəzanın ərazisin Ermənistan Demokratik Respublikası da iddia edirdi. Elə buna görə də, qəza üzərində hakimiyyət iki ölkə arasında mübahisəyə səbəb oldu.[2]

Bölgə 1918-ci ildə Osmanlı imperiyası orduları tərəfindən ələ keçirilmişdir. Lakin Birinci Dünya müharibəsindəki məğlubiyyətdən sonra imzalanmış Mudros atəşkəs müqaviləsinə görə, Osmanlı ordusu geri çəkilməyə məcbur olmuşdur.

Lord Kerzon Paris Sülh Konfransında müstəqil Zaqafqaziya respublikalarının taleyi ilə bağlı müzakirələr zamanı Tiflis quberniyasının cənub-qərb qəzalarında etnoqrafik vəziyyəti belə qiymətləndirirdi:[3]

Ona görə də milli mənsubiyyətinə görə bu rayonlar Ermənistana aid olmalıdır, lakin strateji baxımdan Gürcüstanın ürəyinə hakimdirlər və bütövlükdə onları Gürcüstana təhvil vermək, və onların erməni sakinlərinə cənub-qərbə doğru ermənilərə ayrılmış geniş ərazilərə köçmək imkanı vermək ədalətli görünür

İnzibati hissələri

[redaktə | mənbəni redaktə et]

1913-cü ildə Axalkalaki qəzasımna daxil olan uçastokluqlar bunlar idi:[4]

Name 1912 population Area
Baraletskiy uçastokluğu (rus. Баралетскій участокъ) 51,061 895 kv. verst (1,019 km2; 393 kv. mil)
Bogdanovskiy uçastokluğu (rus. Богдановскій участокъ) 41,331 1,512 kv. verst (1,721 km2; 664 kv. mil)

1913-cü ildə qəzada mövcud olan 11 kənd məclisləri bunlar idi:[5]

  • Araqvi
  • Baraletskiy
  • Barevan (mərkəzi Alastan)
  • Vaçian (mərkəzi Böyük Kondura)
  • Qorel (mərkəzi Qoreloe)
  • Diliskin (Diliska)
  • Karzax (mərkəzi Karzax)
  • Satxın (mərkəzi Satxa)
  • Spas (mərkəzi Spas)
  • Xertvis (mərkəzi Xertvis)
  • Eştin (mərkəzi Eştia)

Demoqrafik göstəricilər

[redaktə | mənbəni redaktə et]

Göstəricilər:[6]

İl Ümumi əhali sayı Ermənilər Azərbaycan türkləri

(və ya o dövrki adlandırma ilə tatarlar)

Gürcülər Ruslar, ukraynalılar

və beloruslar

Osetinlər Avar-andi-sez dillərində

danışan xalqlar

Yunanlar Polyaklar Kürdlər
1887 59 496 42 301 (71,1 %) 6 082 (10,22 %) 3 690 (6,2 %) 5 617 (9,44 %) --- --- 62 (0,1) 3 (0,01 %) 689 (1,16 %)

Rus imperiyasının siyahıyaalması

[redaktə | mənbəni redaktə et]

1897-ci ildə Rusiya imperiyasının keçirdiyi siyahıyaalmaya görə, Axalkalaki qəzasının əhalisi 72.709 nəfərdən ibarət olmuşdur. Onlardan 37.903 nəfəri kişi, 34.806 nəfəri isə qadınlar idi. Əhalinin əsas hissəsini ermənilər təşkil etsə də, burada xeyli miqdarda Azərbaycan türkü[a], gürcürus da yaşamaqda idi.[9][10]

1897-ci ildə Axalkalaki qəzasının linqivistik göstəriciləri
Dil O dildə danışanlar %
Erməni dili 52,539 72.26
Azərbaycan türkcəsi 6,572 9.04
Gürcü dili 6,448 8.87
Rus dili 5,155 7.09
Kürd dili 810 1.11
Türk dili 296 0.41
Ukrayn dili 286 0.39
İvrit dili 211 0.29
Polyak dili 145 0.20
Litva dili 87 0.12
Yunan dili 75 0.10
Alman dili 40 0.06
Belarus dili 12 0.02
Avar dili 6 0.01
Osetin dili 4 0.01
Çeçen dili 3 0.00
Meqrel dili 3 0.00
Fars dili 3 0.00
Rumın dili 3 0.00
Başqa 11 0.02
Ümumi 72,709 100.00

Kavkazskiy kalendar

[redaktə | mənbəni redaktə et]

1917-ci ildə nəşr edilən Kavkazskiy kalendara görə, 1916-cı ildə Axalkalaki qəzasında ümumi əhalinin sayı 107.173 nəfər olmuş, onlardan 56.140 nəfəri kişi, 51.033 nəfəri isə qadın olmuşdur. Ümumi əhali içərisində 106.307 nəfər daimi sakin, 866 nəfər isə müvəqqəti sakin statusunu daşımışdır.[11]

Milliyyət Şəhər əhalisi Kənd əhalisi Ümumi
Say % Say % Say %
Ermənilər 6,151 87.19 76,624 76.53 82,775 77.23
Gürcülər 265 3.76 10,039 10.03 10,304 9.61
Ruslar 429 6.08 7,113 7.10 7,542 7.04
Əsasən Azərbaycan türklərindən ibarət olan sünni müsəlmanlar.[12]}} 0 0.00 5,431 5.42 5,431 5.07
Kürdlər 0 0.00 904 0.90 904 0.84
Yəhudilər 204 2.89 0 0.00 204 0.19
Avropalılar 6 0.09 7 0.01 13 0.01
Ümumi 7,055 100.00 100,118 100.00 107,173 100.00
  1. XX əsrin birinci yarısına qədər Azərbaycan türkləri və ya azərbaycanlılar Rusiya imperiyası daxilində əsasən "Tatar" adlandırılmaqda idilər. Bu ifadə Cənubi Qafqazın türk-müsəlman əhalisini təsvir etmək üçün istifadə edilirdi. 1918-ci ildən və xüsusən Stalin rəhbərliyində millətquruculuqdan sonra bu qrup özünü əsasən "azərbaycanlı" deyə tərif etməyə başladı.[7][8]
  1. "Ахалкалаки". Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. 1890—1907. 2023-08-22 tarixində arxivləşdirilib.
  2. 1 2 Tsutsiev, 2014
  3. Hovannisian, 1982. səh. 267
  4. Кавказский календарь на 1913 год. səh. 164–175
  5. Волостныя, станичныя, сельския, гминныя правления и управления, а также полицейские станы всей России с обозначением места их нахождения. Киев: Изд-во Т-ва Л. М. Фиш. 1913.
  6. "Ахалкалаки // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т." Энциклопедический словарь Брокгауза и Ефрона. 1890—1907. 2023-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2023.
  7. Tsutsiev, 2014. səh. 50
  8. Bournoutian, 2018. səh. 35
  9. "Первая всеобщая перепись населения Российской Империи 1897 г. Распределение населения по родному языку и уездам Российской Империи кроме губерний Европейской России". www.demoscope.ru. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2023.
  10. Тройницкий Николай Александрович Щировский Гр. Ф. "ПЕРВАЯ ВСЕОБЩАЯ ПЕРЕПИСЬ НАСЕЛЕНИЯ РОССИЙСКОЙ ИМПЕРИИ 1897 Г.. 69. ТИФЛИССКАЯ ГУБЕРНИЯ". www.prlib.ru. 1905. Archived from the original on 2021-10-06. İstifadə tarixi: 8 sentyabr 2023.
  11. Кавказский календарь на 1917 год. səh. 206–213
  12. Hovannisian, 1971. səh. 67