Axtaçı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Axtaçı kənd inzibati ərazi dairəsində kənd.[1]
Axtaçı | |
---|---|
40°03′33″ şm. e. 48°17′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Kürdəmir rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kürdəmir rayonunun Axtaçı i.ə.v.-də kənd. Şirvan düzündədir. Kəndin keçmiş adı Axtaçı Yekəqurşaqlı olmuşdur. 1933-cü ildə həmin i.ə.v.-də Axtaçı-binə adlı başqa bir kənd də qeydə alınmışdır. Etnooykonimdir. Axtaçı "atabaxan, mehtər" deməkdir.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 449 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.