Azərbaycan dilinin Qarabağ dialekti

Ceyhun Hacıbəylinin Qarabağ dialekti və folklorundan bəhs edən "Le dialect et le folk-lore du Karabagh" kitabı. Paris. 1933-cü il.

Qarabağ dialektiAzərbaycan dilinin dialektlərindən biri. Gəncə və Qazax dialektləri, həmçinin ayrım ləhçəsi ilə yanaşı Azərbaycan dilinin qərb dialekt qrupuna daxildir.[1] Azərbaycanın Ağdam, Şuşa, Xocalı, Xocavənd, Bərdə, Ağcabədi, FüzuliTərtər rayonlarında və Xankəndi şəhərində geniş yayılmışdır.[2]

İnkişaf tarixi

[redaktə | mənbəni redaktə et]

Qarabağ dialekti Qarabağ ərazisində yaşayan və geniş əraziyə yayılmış müxtəlif türk tayfalarının danışıq dili əsasında formalaşmışdır. Əsrlər boyu inkişaf nəticəsində tayfaların linqvistik xüsusiyyətləri bir-birinə qarışmış, bəzi oğuzqıpçaq elementləri canlı danışıq dilində öz arxaizmini saxlamışdır.[3]

Orta əsrlərdə Qarabağın siyasi, sosial və iqtisadi mövqeyi güclənmiş, bölgənin türk əhalisinin nitqi koyne dialekti səviyyəsinə yüksəlmiş və Azərbaycan ədəbi dilinin normalarının formalaşmasında əsas mənbəyə çevrilmişdir.[2] Beləliklə, artıq XVIII əsrdə Azərbaycan ədəbi dili Qarabağ dialektinə söykənirdi.[4]

  1. Меликли Т. Д. Азербайджанский язык // Большая российская энциклопедия.
  2. 1 2 Məmmədov, 2021. səh. 243
  3. Məmmədov, 2021. səh. 242
  4. Məmmədli, 2019. səh. 7
Azərbaycan dilində
  • Azərbaycan dialektologiyasının əsasları. Şərq-Qərb. 2008.
  • Azərbaycan dialektologiyası. Zərdabi Nəşr. 2019.
  • Azərbaycan dilinin Qarabağ dialektində arxaik sözlər. 2021.
  • Məmmədli M. Azərbaycan dialektologiyası (азерб.) / Elmi redaktor: Məmmədəli Qıpçaq. — Б.: Zərdabi Nəşr, 2019. — 352 с.
  • Məmmədov M. Azərbaycan dilinin Qarabağ dialektində arxaik sözlər (азерб.) // Uluslararası Türk Lehçe Araştırmaları Dergisi. — Турция, 2021. — C. V, no 2. — S. 241-250.
Rus dilində
  • Агаев П. Дж. Карабахский диалект азербайджанского языка (говоры Агдамского района). Канд. дисс.. — М., 1951.