İrəvan dialekti (Azərbaycan)

İrəvan dialektiAzərbaycan dilinin mərkəzi Ermənistanda danışılan[1] qərb dialekti.[2] Məmmədağa Şirəliyevə görə, İrəvan dialektinin formalaşması XVIII əsrə, Azərbaycan xanlıqlarının yarandığı vaxta təsadüf edir.[3]

Almaniya filoloqu Gerhard Dörferin fikrincə, İrəvan dialekti NaxçıvanOrdubad dialektləri ilə yanaşı Azərbaycan dilinin cənub qrupuna daxildir.[2] Azərbaycanlı filoloq Məmmədağa Şirəliyev də bunu cənub qrupuna aid edir və bu qrupa Təbriz dialektini də əlavə edir.[4][5] Sovet filoloqu Ninel Hacıyeva Şirəliyevlə həmfikirdir.[6] İsveç filoloqu Lars Yohansson və azərbaycanlı filoloq Elbrus Əzizov Azərbaycan dilinin dialektlərinin təsnifatında İrəvan dialektini qeyd etmirlər..[7][8]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İrəvan dialekti aşağıdakı xüsusiyyətlərə malikdir:[9]

  • ə səsinin uzun tələffüz olunması
    • n samitinin düşməsi: mə: "mənə", sə: "sənə" (İraq, Şamaxı, Muğan, İrəvan, Şəki)
    • d samitinin düşməsi: o qə:r "o qədər" (Naxçıvan, Zəngibasar, İrəvan)
  • ö səsinin uzun tələffüz olunması: kərö:z "kərəvüz" (Təbriz, Zəngibasar, İrəvan)
  • e-ə əvəzlənməsi: pənir "pendir" (Təbriz, Meğri, İrəvan)
  • -yız, — yiz, -yuz, -yüz, -iyiz, -iyiz,-uyuz,-üyüz şəkilçiləri: ziliyiz "sizin ziliniz", suçuyuz "sizin suçunuz", gülüyüz "sizin gülünüz" (Cəbrayıl, İrəvan, Ordubad, Təbriz, Zəngilan)
  • sıyız, -siyiz, -suyuz, -süyüz şəkilçiləri. Məsələn: uşaxsıyız "uşaqsınız", həkimsiyiz "həkimsiniz", qonşusuyuz "qonşusunuz", sürücüsüyuz "sürücüsünüz" (İrəvan, Zəngibasar)
  • m, p, r, s, f samitləri vasitəsilə çoxaltma dərəcəsinin yaranması: düpdüz (İrəvan, Zəngibasar) – çox düz.
  • Azərbaycan dilinin Qazax, Şəki, Gədəbəy, İrəvan, Ordubad şivələrində qəti gələcək zaman -ası, -əsi şəkilçiləri ilə də formalaşır: aparasısan "aparacaqsan", gətirəsisən "gətirəcəksən", qarşılıyasısan "qarşılayacaqsan". Azərbaycan ədəbi dilində daha çox XIV–XVI əsrlərdə qəti gələcək zaman şəkilçisi kimi işlənən -ası,-əsi sonradan həmin vəzifəni ifa etməmiş, lakin bir sıra dialekt və şivələrimizdə indiki dövrdə də qalmışdır.
  1. Johanson L. Turcia, the Turkic World. In: Turkic. Cambridge Language Surveys. Cambridge University Press; 2021:41–93.
  2. 1 2 Fascicle 3. — VIII. Azeri Turkish (author G. Doerfer), pp. 245–248. // Encyclopaedia Iranica. Volume III: Atas-Bayhaqi, Zahir-Al-Din. Edited by Ehsan Yarshater. New York: Bibliotheca Persica Press, 1989, 896 pages. ISBN 9780710091215 … Azeri dialects. We may distinguish the following Azeri dialects (see Širäliev, 1941 and 1947): (1) eastern group: Derbent (Darband), Kuba, Shemakha (Šamāḵī), Baku, Salyani (Salyānī), and Lenkoran (Lankarān), (2) western group: Kazakh (not to be confounded with the Kipchak-Turkic language of the same name), the dialect of the Ayrïm (Āyrom) tribe (which, however, resembles Turkish), and the dialect spoken in the region of the Borchala river; (3) northern group: Zakataly, Nukha, and Kutkashen; (4) southern group: Yerevan (Īravān), Nakhichevan (Naḵjavān), and Ordubad (Ordūbād); (5) central group: Ganja (Kirovabad) and Shusha; (6) North Iraqi dialects; (7) Northwest Iranian dialects: Tabrīz, Reżāʾīya (Urmia), etc., extended east to about Qazvīn; (8) Southeast Caspian dialect (Galūgāh). Optionally, we may adjoin as Azeri (or "Azeroid") dialects: (9) East Anatolian, (10) Qašqāʾī, (11) Aynallū, (12) Sonqorī, (13) dialects south of Qom, (14) Kabul Afšārī. …
  3. Ширалиев М. Ш. Диалекты и говоры азербайджанского языка // Диалекты тюркских языков: очерки. — М.: "Восточная литература" РАН, 2010. — С. 36. — ISBN 978-5-02-036421-9.
  4. Языки народов Советского Союза. — Алтайские языки. — Тюркские языки, стр. 79. // Сто тридцать равноправных: о языках народов СССР. Автор: М. И. Исаев. Ответственный редактор: член–корреспондент АН СССР Ф. П. Филин. Академии наук СССР. Институт языкознания. Научно-популярная серия. Москва: Издательство "Наука", 1970, 192 стр.
  5. Глава III. Народы и языки Советского Союза. — 2. Алтайская семья. — Тюркские языки, стр. 118. // О языках народов СССР. Автор: М. И. Исаев. Ответственный редактор: член–корреспондент АН СССР Ф. П. Филин. Академии наук СССР. Научно-популярная серия. Москва: Издательство "Наука", 1978, 222 стр.
  6. Гаджиева Н. З. Азербайджанский язык // Языки народов СССР: в 5 томах. Тюркские языки. — М.: Наука, 1966. — Т. 2. — С. 66–67.
  7. Azerbaijanian — L. Johanson (Johannes Gutenberg University, Mainz, Germany, 2006.), pp. 112–113. // Concise Encyclopedia of Languages of the World. Coordinating editor — Keith Brown (University of Cambridge), co–editor — Sarah Ogilvie (University of Oxford). First edition. Amsterdam: Elsevier Ltd., 2009, XXXVI+1283 pages. ISBN 9780080877747
  8. Языкознание. — Диалектная система азербайджанского языка. — Теймурлу З., стр. 67. // Ученые записки Таврического национального университета имени В. И. Вернадского. — Серия: Филология. Социальная коммуникация. Том 25 (64). № 2, часть 2. Главный редактор: д. г. н, проф, академик НАН Украины Багров Н. В. Симферополь, 2012 г., 214 стр.
  9. İbrahim Məhəmməd oğlu Bayramov. Azərbaycan dialektologiyası, Ankara: 2022, 456 səh.