Azərbaycanda bələdiyyə seçkiləri (2019) — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçirilmiş sayca 5-ci ümumrespublika seçkisidir. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçilmişdir. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir.
← 2014 Növbəti → | ||||
Azərbaycanda bələdiyyə seçkiləri | ||||
---|---|---|---|---|
23 dekabr 2019 | ||||
Seçici fəallığı | 32.69%[1] | |||
Rəhbər | İlham Əliyev | Fəzail Ağamalı | Asim Mollazadə | |
Partiya | Yeni Azərbaycan Partiyası | Ana Vətən Partiyası | Demokratik İslahatlar Partiyası | |
Tutulan yerlər | 10 432 | 187 | 35 | |
Dəyişən yerlərin sayı | ▲ 117 | ▼ 5 | ||
Əvvəlki yerlərin sayı | 10 315 | 192 | ||
Rəhbər | Sabir Rüstəmxanlı | Fərəc Quliyev | ||
Partiya | Vətəndaş Həmrəyliyi Partiyası | Milli Dirçəliş Hərəkatı Partiyası | ||
Tutulan yerlər | 6 | 1 | ||
Dəyişən yerlərin sayı | ▲ 6 | ▬ | ||
Əvvəlki yerlərin sayı | 0 | 1 |
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500-dən az olan ərazilərdə 5, 500-dən 999-dək olan ərazilərdə 7, 1000-dən 4.999-dək olan ərazilərdə 9, 5000-dən 9999-dək olan ərazilərdə 11, 10000-dən 19999-dək olan ərazilərdə 13, 20000-dən 49999-dək olan ərazilərdə 15, 50000-dən 99999-dək olan ərazilərdə 17, 100000-dən 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.[2]
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Namizədlər əhalisi 99999-dan çox olan ərazidə 150, əhalisi 49999-dan çox olan ərazidə 100, əhalisi 19999-dan çox olan ərazidə 75, 9999-dan çox olan ərazidə 50, əhalisi 4999-dan çox olan ərazidə 30, əhalisi 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır. Bir şəxs birdən çox namizəd üçün imza verə bilər.[2]
Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, seçki nəticələri ləğv edilmiş bələdiyyələrdə, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir. Əgər ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan çox qalmışsa həmin bələdiyyələrə keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni bələdiyyə seçkiləri nəticəsində formalaşan bələdiyyələrin birinci iclas günü başa çatır.[2]
Dairə seçki komissiyası qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, bələdiyyəyə seçkilərini baş tutmamış hesab edir. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə və həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdikdə seçki nəticələri etibarsız sayılır.[2]
Bələdiyyə seçkiləri baş tutmadıqda və ya etibarsız sayıldıqda, həmçinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrae seçkilər təyin olunur. Bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda isə Mərkəzi Seçki Komissiyasının qərarı ilə əlavə seçkilər keçirilir. Bələdiyyə üzvü vəfat etdikdə və ya onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə dairə seçki komissiyasının təqdimatına əsasən Mərkəzi Seçki Komissiyasının qərarı ilə yeni seçkilər keçirilir.[2]
Respublikaçı Alternativ Partiyası 2018-ci ilin aprel ayında I Təsis Qurultayını keçirərək sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmiş, lakin sənədlərdə problem olduğu üçün qeydiyyat baş tutmamışdır. Partiya sədri İlqar Məmmədov 2018-ci ildə həbsdən azad edildi. Partiya seçkilərə qatılmaq istəsə də, rəsmi dövlət qeydiyyatı olmadığı üçün partiya olaraq seçkilərə qatıla bilməmişdir.[3]
2015-ci ildə Etimad Qurultayı keçirərək Azərbaycan Xalq Cəbhəsi Partiyası adına iddiaçı olan Razi Nurullayev rəhbərliyindəki partiya seçkilərə qatılmaqla bağlı qərar almışdır, lakin partiya rəsmi dövlət qeydiyyatında olmadığı üçün bu mümkün olmamışdır.[4]
Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vahid Azərbaycan Partiyası bələdiyyələri effektiv orqanlar hesab etmədiyi üçün seçkilərə qatılmama qərarı almış, lakin üzvlərinə namizəd olmaqda sərbəstlik vermişdir.[5][6][7]
Ədalət Partiyası, Müsavat Partiyası və Vətəndaş və İnkişaf Partiyası isə seçkilərdə iştirakdan imtina etmişdir.[8][9][10]
Bələdiyyə seçkilərində iştirak üçün 41 463 namizəd qeydiyyatdan keçmiş, rəsmi olaraq isə 13 partiya iştirak qərarı almışdır:[11]
Siyasi partiya | Namizəd sayısı |
---|---|
Milli Dirçəliş Hərəkatı Partiyası | 263 [12] |
Ana Vətən Partiyası | 400-ə yaxın[13] |
Azərbaycan Demokratik Maarifçilik Partiyası | |
Azərbaycan Respublikaçılar Partiyası | |
Azərbaycan Sosial Demokrat Partiyası | 21[13] |
Azərbaycan Ümid Partiyası | 500-dən çox[13] |
Böyük Quruluş Partiyası | 200-ə yaxın[13] |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | 200-ə yaxın[13] |
Demokratik İslahatlar Partiyası | 70-ə yaxın[13] |
Vəhdət Partiyası | |
Vətəndaş Birliyi Partiyası | |
Vətəndaş Həmrəyliyi Partiyası | |
Yeni Azərbaycan Partiyası | 14 mindən çox[14] |
4 noyabr 2019-cu il tarixinə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov öz Facebook səhifəsində paylaşdığı statusla bütün siyasi partiyaları seçkilərdə iştiraka səsləmişdir.[15]
Yeni Azərbaycan Partiyası bu seçkilərə "Xalq üçün!" şüarı ilə qatılmışdır.[16]
Bələdiyyə seçkiləri 118 seçki dairəsi və 5049 seçki məntəqəsi üzrə keçirilmiş, 15 min 156 bələdiyyə üzvünün seçilməsi üçün 1606 bələdiyyəni əhatə etmişdir. Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində — Dağlıq Qarabağ regionunda, Ağdərə, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarında tam, Ağdam və Füzuli rayonlarının isə işğal altında olan hissəsində bələdiyyə seçkilərinin keçirilməsi qeyri-mümkün olmuşdur. İşğal olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün coğrafiyasını əhatə edən 1 000 seçki məntəqəsində (respublika üzrə məntəqələrin təxminən 20%-də) veb-kameralar quraşdırılmışdır. Seçkiləri 17 beynəlxalq müşahidəçi ilə yanaşı, müxtəlif siyasi partiyalar, qeydə alınmış namizədləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eyni zamanda öz təşəbbüsləri ilə seçkilərə qatılmış 52 636 yerli müşahidəçi, həmçinin respublikada fəaliyyət göstərən yerli və xarici kütləvi informasiya vasitələrinin çoxsaylı nümayəndələri şəkildə izləmişdir.[1][17]
Saat | Ümumi |
---|---|
10:00 | |
12:00 | |
15:00 | |
17:00 | |
Yekun |
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri baş tutmuşdur. İlkin nəticələrə əsasən seçilmiş bələdiyyə üzvlərindən 5882 nəfəri qadın, 9272 nəfəri isə kişi olmuşdur. Bu, Azərbaycan tarixində qadınların bələdiyyə təmsilçiliyində rekord göstəricidir.[18]
Nəticələrə əsasən 32 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün, həmçinin seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı öz fəaliyyətində yol verdiyi nöqsanlara görə 12 seçki məntəqəsi məntəqə seçki komissiyası buraxılmışdır. Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları ilə 6, 11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının qərarı ilə 1 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmış, Mərkəzi Seçki Komissiyasının 5 yanvar 2020-ci il tarixli 3/16 saylı qərarı ilə isə 2 məntəqə seçki komissiyası buraxılmışdır. Ümumilikdə 39 seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək qeyri-mümkün olmuş və 9 bələdiyyə üzrə (o cümlədən 1 bələdiyyə üzrə səsvermənin nəticələri Mərkəzi Seçki Komissiyasının 31 dekabr 2019-cu il tarixli 26/143 saylı qərarı ilə etibarsız hesab olunmuşdur) səsvermənin nəticələri etibarsız hesab edilmişdir. İki bələdiyyənin hər biri üzrə 2 qeydə alınmış namizədin lehinə verilmiş səslərin sayı bərabər olduğundan həmin bələdiyyələrin tam tərkibdə formalaşması mümkün olmamışdır. Ümumilikdə müəyyən edilmişdir ki, 9 bələdiyyə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi nəzərə alınmaqla 15 075 nəfər bələdiyyə üzvü seçilmiş, nəticədə 1 595 bələdiyyə tam tərkibdə formalaşmış, 2 bələdiyyə isə tam tərkibdə formalaşmamışdır.[1]
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 11 yanvar 2020-ci il tarixli yekun iclasında alınan qərara əsasən 1606 bələdiyyədən 9-unun və 39 məntəqə seçki komissiyasının seçki nəticələri[19] ləğv olunmuşdur. Həmçinin, 2 bələdiyyənin tam formalaşdırılmadığı, 2-sinin isə üzvlərinin sayının 2/3-nün tam formalaşdırılmadığı yekun protokolda qeyd olunmuşdur.[17] Komissiya tərəfindən 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə Varxan bələdiyyəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə Ağdaş bələdiyyəsi, 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Boşçalılar bələdiyyəsi, 81 saylı Beyləqan seçki dairəsi üzrə Təzəkənd bələdiyyəsi və Milabad bələdiyyəsi, 82 saylı Ağcabədi seçki dairəsi üzrə Şənlik bələdiyyəsi, 86 saylı İsmayıllı seçki dairəsi üzrə Tağlabiyan bələdiyyəsi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə Nəmirli bələdiyyəsi, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə isə Xosrov bələdiyyəsi üçün keçirilmiş seçkilərin nəticələri etibarsız hesab olunmuşdur.[20] Həmçinin, 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Şərq bələdiyyəsinin, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə isə Gurbulaq bələdiyyəsinin tam tərkibdə formalaşmadığı qərara alınmışdır.[21]
Etibarlı | Etibarsız | Ümumi | |
Bələdiyyə sayı | 1597 | 9 | 1606 |
Üzv sayı | 15 075 | 81 | 15 156 |
Dairə sayı | 118 | 0 | 118 |
Seçici sayı | - | - | 4 976 858 |
Səslər | 1 612 572 | 13 338 | 1 626 910 |
Seçici fəallığı | - | - | 32.69 |
2019-cu il dekabrın 23-də keçirilmiş seçkilərində seçilmiş üzvlərin siyasi partiyalara görə bölgüsü aşağıdakı kimi olmuşdur:
Siyasi partiya | Sədr | Bələdiyyə üzvü sayı | |
---|---|---|---|
Yeni Azərbaycan Partiyası | İlham Əliyev | 10.432 / 15.075
| |
Ana Vətən Partiyası | Fəzail Ağamalı | 187 / 15.075
| |
Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası | Asim Mollazadə | 35 / 15.075
| |
Vətəndaş Həmrəyliyi Partiyası | Sabir Rüstəmxanlı | 6 / 15.075
| |
Milli Dirçəliş Hərəkatı Partiyası | Fərəc Quliyev | 1 / 15.075
| |
Azərbaycan Sosial Rifah Partiyası | Xanhüseyn Kazımlı | ||
Böyük Quruluş Partiyası | Fazil Mustafa | ||
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Qüdrət Həsənquliyev | ||
Vətəndaş Birliyi Partiyası | Sabir Hacıyev | ||
Azərbaycan Ümid Partiyası | İqbal Ağazadə | 0 / 15.075
| |
Azərbaycan Milli İstiqlal Partiyası | Arzuxan Əlizadə | 0 / 15.075
|