Azərbaycanda yeni parlament seçkiləri (may 1999) — 1999-cu ilin may ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş yeni parlament seçkiləri.
Azərbaycanda yeni parlament seçkiləri | ||||
---|---|---|---|---|
30 may 1999 | ||||
Seçici fəallığı | 89.09% | |||
Rəhbər | Xanhüseyn Kazımlı | |||
Partiya | Azərbaycan Sosial Rifah Partiyası | |||
Tutulan yerlər | 1 | |||
Səslər | 36 935 (91.03%) |
1995-ci il parlament seçkiləri və təkrar parlament seçkilərinin ardından formalaşmış I çağırış Azərbaycan Respublikasının Milli Məclisi 74 saylı Goranboy-Naftalan seçki dairəsindən seçilmiş Yeni Azərbaycan Partiyası üzvü olan deputat Səfyar Musayev 6 yanvar 1999-cu il tarixində ölmüşdür.[1] Səfyar Musayevdən boşalan yer üçün yeni seçkilər təyin olunmuşdur.
Deputat Səfyar Musayevdən boşalan yer üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 fevral 1999-cu il tarixli 109 nömrəli fərmanı ilə 74 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə 30 may 1999-cu il tarixinə yeni seçkilər təyin olunmuşdur.[2]
Seçkilərdə Azərbaycan Sosial Rifah Partiyası iştirak qərarı almışdır.
Seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 8 iyun 1999-cu il tarixində elan olunmuş, təsdiqlənmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir.[3] Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 11 iyun 1999-cu il tarixində qərara baxmış və təsdiqləmişdir. Nəticələrə əsasən 74 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı deputat seçilmişdir.[4]
Məntəqə sayı | 49 |
Seçici sayı | 45 540 |
Səs sayı | 40 571 |
Səs faizi (%) | 89,09 |
Deputat sayı | 1 |
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Azərbaycan Sosial Rifah Partiyası | Xanhüseyn Kazımlı | 36 935 | 91.03 |
Cəmi | 40 571 | 100.00 |