Azərbaycanda yeni parlament seçkiləri (1998)

Azərbaycanda yeni parlament seçkiləri (iyul 1998) — 1998-ci ilin iyul ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş yeni parlament seçkiləri.

Azərbaycanda yeni parlament seçkiləri
26 iyul 1998
Seçici fəallığı 76.5%
Rəhbər Heydər Əliyev
Partiya Yeni Azərbaycan Partiyası
Tutulan yerlər 1

1995-ci il parlament seçkiləri və təkrar parlament seçkilərinin ardından formalaşmış I çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 9 saylı Birinci Xətai seçki dairəsindən seçilmiş bitərəf deputat Qərib Məmmədov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri təyin edilmişdir.[1] Həmçinin 45 saylı Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Polad Bülbüloğlu 12 may 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən mədəniyyət naziri vəzifə təyin olunmuş[2] və bu vəzifəni yeni hökumət dövründə də davam etdirmişdir. Sadəcə birinci çağırış üçün keçərli olan deputatların sadəcə 15%-nin vəzifə sahibi olma kvotası səbəbi ilə hər iki deputat vəzifələrində qalaraq mandatlarından məhrum olunmuşdur.

Vəzifə sahibi olan deputatların mandatlarından məhrum olunması səbəbi ilə Azərbaycan Prezidenti Heydər Əliyevin 30 aprel 1998-ci il tarixli, 702 nömrəli Fərmanı ilə boşalan yerlərə 26 iyul 1998-ci il tarixinə seçkilər təyin olunmuşdur.[3] 9 saylı birinci Xətai seçki dairəsi üzrə hakim Yeni Azərbaycan Partiyası professor Həsən Mirzəyevin namizədliyini irəli sürmüşdür.[4] 46 saylı Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsi üzrə Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Abbasqulu Fərzəliyev bitərəf olaraq namizəd olmuşdur.[5]

Seçki nəticələri

[redaktə | mənbəni redaktə et]







Mandatların siyasi partiyalara görə dağılışı   Yeni Azərbaycan Partiyası (50 %)  Bitərəf (50 %)

Seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 3 avqust 1998-ci il tarixində 84 nömrəli protokolla təsdiqlənmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 10 avqust 1998-ci il tarixində protokola baxmış və təsdiqləmişdir. Nəticələrə əsasən 9 saylı Birinci Xətai seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Həsən Mirzəyev, 45 saylı Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsi üzrə isə bitərəf namizəd Abbasqulu Fərzəliyev deputat seçilmişdir.[4][5]

9 saylı Birinci Xətai 45 saylı Şuşa-Cəbrayıl-Xocavənd Cəmi
Seçici sayı 47 820 46 352 94 172
Ümumi səs 30 772 41 265 72 037
Seçici aktivliyi 64% 89% 76.5%
Deputat sayı 1 1 2

Dairələr üzrə

[redaktə | mənbəni redaktə et]

9 saylı Birinci Xətai

[redaktə | mənbəni redaktə et]
Partiya Namizəd Səs[4] Faiz (%)
Yeni Azərbaycan Partiyası Həsən Mirzəyev 21 425 51.92
Ümumi səs 41 265 100.00

45 saylı Şuşa-Cəbrayıl-Xocavənd

[redaktə | mənbəni redaktə et]
Partiya Namizəd Səs[5] Faiz (%)
Bitərəf Abbasqulu Fərzəliyev 25 339 82.34
Ümumi səs 30 772 100.00
  1. "Q. Ş. Məmmədovun Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az. 2021-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
  2. "P. Bülbüloğlunun Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". e-qanun.az. 2022-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
  3. "Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 9 saylı Birinci Xətai, 11 saylı Üçüncü Xətai, 45 saylı Şuşa-Cəbrayıl-Xocavənd və 48 saylı Ağdam kənd seçki dairələrində yeni seçkilərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
  4. 1 2 3 "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 9 saylı Birinci Xətai seçki dairəsində 1998-ci il iyulun 26-də kecirilmiş yeni seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında Azərbaycan Respublikası Adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı". constcourt.gov.az. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
  5. 1 2 3 "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 45 saylı Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsində 1998-ci il iyulun 26-da kecirilmiş yeni seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında Azərbaycan Respublikası Adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı". constcourt.gov.az. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.