Azərbaycanda əlavə parlament seçkiləri (2004)

Azərbaycanda əlavə parlament seçkiləri (2004) — 2004-cü ilin oktyabr ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş əlavə parlament seçkiləri.

Azərbaycanda əlavə parlament seçkiləri
19 oktyabr 2004
Seçici fəallığı 50.55%
Rəhbər İlham Əliyev[a]
Partiya Yeni Azərbaycan Partiyası
Tutulan yerlər 1

2000-ci il parlament seçkiləri2001-ci il təkrar parlament seçkilərinin ardından formalaşmış II çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 24 saylı Birinci Nərimanov seçki dairəsindən seçilmiş Yeni Azərbaycan Partiyası üzvü deputat Samur Novruzov 24 sentyabr 2001-ci il tarixində ölmüşdür.[1] Həmçinin 28 saylı Səbail seçki dairəsi üzrə seçilmiş Yeni Azərbaycan Partiyası üzvü Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2004 tarixli 95 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universiteti rektoru vəzifəsindən azad edilmiş[2] və 20 fevral 2004 tarixli, 96 nömrəli digər bir sərəncamla Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri təyin edilmişdir.[3] Bu səbəbdən də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 20 aprel 2004 tarixli iclasında alınmış 3/30 nömrəli qərara əsasən Əli Məmməd oğlu Abbasovun deputat səlahiyyətləribə xitam verilmişdir.[4] Eyni zamanda 2002-ci il tarixində keçirilmiş konstitusiya referendumuna əsasən proporsional seçki sistemi və çoxmandatlı seçki dairələri ləğv edilmiş, əvəzinə 125 tək mandatlı seçki dairəsi təsis edilmişdir. Bu səbəbdən 28 saylı Səbail seçki dairəsi ləğv edilmiş, əvəzində 29 saylı Səbail seçki dairəsi yaradılmışdır. Həmçinin 5 mart 2003-cü il tarixində keçirilmiş əlavə parlament seçkilərində 91 saylı Xanlar-Daşkəsən seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Şadman Hüseyn[5] 5 avqust 2003-cü il tarixində ürəktutma səbəbi ilə ölmüşdür.[6] Onun ölümündən sonra 91 saylı Xanlar-Daşkəsən seçki dairəsinin əvəzində yeni yaradılmış 101 saylı Xanlar-Daşkəsən seçki dairəsi boş qalmışdır. Qeyd olunan üç dairədə də boşalan yerlər üçün əlavə seçkilər təyin olunmuşdur.

Partiyalardakı vəziyyət

[redaktə | mənbəni redaktə et]

Yeni Azərbaycan Partiyasının ilk sədri və qurucusu Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının Klivlend şəhərində, müalicə aldığı Klivlend Klinikasında ölmüşdür.[7] Bu səbəbdən partiyaya sədrlik isə müvəqqəti olaraq partiya sədrinin birinci müavini və yeni seçilmiş prezident İlham Əliyevə həvalə edilmişdir. Bu seçkilər Yeni Azərbaycan Partiyasının İlham Əliyevin rəhbərliyində qatıldığı ilk seçkilərdir.

Deputat Samur Həsən oğlu Novruzov, deputat Əli Məmməd oğlu Abbasov və deputat Şadman Bəhlul oğlu Hüseyndən boşalan yerlər üçün 19 oktyabr 2004-cü il tarixinə əlavə seçkilər təyin olunmuşdur.[8][9]

Seçkilərdə Azərbaycan Liberal Demokrat PartiyasıYeni Azərbaycan Partiyası üzvləri iştirak qərarı almışdır.

24 saylı Nizami birinci seçki dairəsi üzrə 7 namizəd - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Eldar Allahyar oğlu Quliyev, Əli Qurban oğlu Cəfərov, Əliəkbər Əli Əsgər oğlu Quliyev, Əziz Səməndər oğlu Əbdüləziz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, İlqar Əli oğlu Məmmədov və Rəşad Aydın oğlu Rzaquliyev öz namizədliyini irəli sürmüşdür.[10]

29 saylı Səbail seçki dairəsi üzrə 3 namizəd - Yeni Azərbaycan Partiyası üzvü Afət Əjdər qızı Xanbabayeva, Elşən Mustafa oğlu Musayev və Əhməd Sərhad oğlu Həsənov öz namizədliyini irəli sürmüşdür.[10]

101 saylı Xanlar-Daşkəsən seçki dairəsi üzrə 4 namizəd - Elxan Əziz oğlu Qəmbərov, Rövşən Şükür oğlu Rzayev, Vahid Hacəli oğlu Hacıyev və Yusif Hilal oğlu Əbdüləzimov öz namizədliyini irəli sürmüşdür.[10]

Seçki nəticələri

[redaktə | mənbəni redaktə et]







Mandatların siyasi partiyalara görə dağılışı   Yeni Azərbaycan Partiyası (33,4 %)  Bitərəf (66,6 %)

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar-Daşkəsən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərlə bağlı səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarını, qanuna müvafiq olaraq onlara əlavə edilən sənədlərlə birlikdə 9 noyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 16 noyabr 2004-cü il tarixində qərarlara və protokollara baxaraq seçki nəticələrini təsdiq etmişdir. Nəticələrə əsasən 24 saylı Nizami birinci seçki dairəsi üzrə bitərəf namizəd Eldar Allahyar oğlu Quliyev, 29 saylı Səbail seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Afət Əjdər qızı Xanbabayeva və 101 saylı Xanlar-Daşkəsən seçki dairəsi üzrə bitərəf namizəd Rövşən Şükür oğlu Rzayev deputat seçilmişdir.[11]

24 saylı Nərimanov birinci 29 saylı Səbail 101 saylı Xanlar-Daşkəsən Cəmi
Məntəqə sayı 31 31 78 140
Seçici sayı 37 595 42 003 39 448 119 046
Səs 21 725 15 833 22 623 60 181
Seçici aktivliyi 57.78% 37.6% 57.3% 50.55%
Deputat sayı 1 1 1 3

Dairələr üzrə

[redaktə | mənbəni redaktə et]

24 saylı Nizami birinci

[redaktə | mənbəni redaktə et]
Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Bitərəf Eldar Quliyev 15 524 73.11
Əli Cəfərov 1 138 5.36
Ələkbər Quliyev 1 355 6.38
Əziz Əbdüləziz 1 025 4.83
Azərbaycan Liberal Demokrat Partiyası Fuad Əliyev 602 2.84
İlqar Məmmədov (Əli oğlu) 757 3.57
Rəşad Rzaquluyev 823 3.92
Etibarlı səslərin sayı 21 233 '
Etibarsız səslərin sayı 492 -

29 saylı Səbail

[redaktə | mənbəni redaktə et]
Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Yeni Azərbaycan Partiyası Afət Xanbabayeva 13 173 84.17%
Elşən Musayev 1 090 6.96
Əhməd Həsənov 1 388 8.87
Etibarlı səslərin sayı 15 651 '
Etibarsız səslərin sayı 1 135 -

101 saylı Xanlar-Daşkəsən

[redaktə | mənbəni redaktə et]
Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Elxan Qəmbərov 2 205 10.02
Bitərəf Rövşən Rzayev 17 747 80.62
Vahid Hacıyev 689 3.13
Yeni Azərbaycan Partiyası Yusif Əbdüləzimov[12] 1 373 6.24
Etibarlı səslərin sayı 22 014 '
Etibarsız səslərin sayı 609 -
  1. Yeni Azərbaycan Partiyasının ilk sədri Heydər Əliyev 2003-cü ilin dekabr ayının 12-sində vəfat etdikdən sonra partiyanın növbəti 26 mart 2005-ci il tarixli qurultayınadək partiya sədrinin vəzifəsini sədrin birinci müavini İlham Əliyev icra etmişdir.
  1. "Öz əcəli ilə ölən, güllələnən, qəriblikdə vəfat edən deputatlar..." 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-09.
  2. "Ə. M. Abbasovun Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2017-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-09.
  3. "Ə. M. Abbasovun Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2017-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-09.
  4. "Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Əli Məmməd oğlu Abbasovun Azərbaycan Respublikası Konstitusiyasının 85-ci və 89-cu maddələrinin tələbinə uyğun olaraq Milli Məclisin deputatı səlahiyyətlərinə xitam verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-09.
  5. "AZƏRBAYCAN RESPUBLIKASININ MILLI MƏCLİSİNƏ TƏYIN OLUNMUŞ ƏLAVƏ SEÇKILƏRININ NƏTICƏLƏRI HAQQINDA ILKIN MƏLUMATLAR 5 mart 2003-cü il". 2005-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  6. "Unudulan deputatlar: Şadman Hüseyn". 2021-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  7. "HEYDƏR ƏLİYEV". Heydər Əliyev Mərkəzinin saytı (az.). heydaraliyevcenter.az. 2018-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-06.
  8. "İyunun 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasında iclas keçirilmişdir". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-09.
  9. "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 24 saylı Nizami birinci, 29 saylı Səbail, 101 saylı Xanlar—Daşkəsən seçki dairələrində 2004-cü il oktyabrın 19-da əlavə seçkilərin keçirilməsinə hazırlıqla əlaqədar seminar müşavirənin Gündəliyinin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-09.
  10. 1 2 3 "AZƏRBAYCAN RESPUBLIKASININ MILLI MƏCLİSİNƏ TƏYIN OLUNMUŞ ƏLAVƏ SEÇKILƏRININ NƏTICƏLƏRI HAQQINDA ILKIN MƏLUMATLAR 5 mart 2003-cü il". 2005-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  11. "2004-cü il oktyabrın 19-da 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar - Daşkəsən seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN AZƏRBAYCAN RESPUBLIKASI KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN QƏRARI". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-09.
  12. "Əbdüləzimov Yusif". 2023-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.