Qırxdəyirman

Qırxdəyirman — İrəvan qubeniyasının Aleksandropol qəzasında, indi Ələyəz (Araqadz) (Artik mahalında) rayonunda kənd.[2] 1728-ci ilə aid İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı kimi qеyd olunur[3][4]

Kənd
Qırxdəyirman
40°38′34″ şm. e. 44°08′40″ ş. u.
Ölkə  Ermənistan
Region Abaran mahalı
Rayon Abaran rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 22,74 km²
Mərkəzin hündürlüyü 2.150 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.836 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qırxdəyirman xəritədə
Qırxdəyirman
Qırxdəyirman
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 8 km məsafədə, Qarabulaq çayının yanında, Alagöz dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir. 15 mart 1972-ci ildə Ələyəz (Araqadz) rayonu yarandıqdan sonra Abaran rayonunun inzibati-ərazi bölgüsündən çıxarılıb Ələyəz (Araqadz) rayonunun tərkibinə daxil edilmişdir.

Toponim türk dilində söz birləşməsi daxilində qırx sözünün həm də kiçik mənasını ifadə etdiyini (kırk anbar)[6] nəzərə alıb bu qənaətə gəlmək olar ki, Qırxdəyirman "Kiçik dəyirman" mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib ermənicə Hnaberd qoyulmuşdur.Türk dillərində kırka "bərk süxurlu yüksəklik"[7] və Azərbaycan dilində dəyirman sözlərindən ibarətdir.[8]

XIX əsrin ortalarında azərbaycanlılar qovulmuş və gəlmə ermənilər yerləşdirilmişdir.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDFversiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Обозрение Российских владений за Кавказом. Спб., 1836.
  4. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.
  5. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.153
  6. Радлов В.В. Опыт словарья тюркских наречий, т.I, ч.1, СПб, 1893. s.746
  7. Мурзаев Э.М. Словарь народных географических терминов. М., 1984.
  8. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гырхдәјирман // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.