Çobanmaz

Çobanmaz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd.[3]

kənd
Çobanmaz
40°43′33″ şm. e. 44°17′30″ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon Alagöz rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.160 m[1]
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 229 nəf. (2011)[2]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Çobanmaz xəritədə
Çobanmaz
Çobanmaz

Rayon mərkəzindən 2022 km şimal-şərqdə, Hədis dağının ətəyində, Göykilsə (Kaputan) kəndinin yaxınlığında yerləşir. 15 mart 1972-ci il kimi, Alagöz (Araqadz) rayonu təşkil edilənə qədər Abaran rayoııunun inzibati - ərazi bölgüsünə daxil olnuışdur. Erməni mənbələrində kəndin adı Çobangöməz, Çobangörükməz, Çobangərəkməz, Çobangerikməz formalarında da qeyd edilmişdir[4].

Qafqazın 5 verstlik xəritəsində Çobangyərəkməz formasında əksini tapmışdır[5].

Toponim çoban türk etnoniminə[6][7] «təpə» mənasında işlənən mar sözünün[8] fonetik variantı olan maz sözünün qoşulmasından əmələ gəlmişdir. Türk dillərində, o cümlədən Azərbaycan dilində söz sonunda r~z səsəvəzlənməsi (gör~göz, yor (maq) - yoz (maq) qanunauyğun haldır[9][10]. Deyilənlərdən bir daha bu qənaətə gəlirik ki, mar və maz eyni mənalı sözlərdir.

Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Avşen qoyulmuşdur.

Kənddə 1873 - cü ildə 24 nəfər, 1886-cı ildə 36 nəfər, 1897-ci ildə 77 nəfər, 1905-ci ildə 88 nəfər, 1914 - cü ildə 97 nəfər, 1916-cı ildə 96 nəfər azərbaycanlı yaşamışdır[11].

1850-ci ildə Qarsdan ermənilər, 1877-78-cı il rus-türk müharibəsı zamanı Türkiyədən kürdlər köçürülərək bu kənddə yerləşdirilmişdir[12] 1918-ci ilin yazında azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

  1. http://foto-planeta.com/np/1000018121/avshen.html.
  2. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  3. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  4. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.5
  5. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.286
  6. ASE, X c., B., 1987, s.369
  7. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986. s.41
  8. Sovet Ermənistanında Azərbaycan kitabı (1925-1985), biblioqrafiya, (tərtib edəni: Məmmədov S.İ.), Yerevan, Erm. SSR Dövlət Kitab Palatası, 1985. s.473
  9. Abdullayev Ə.Z. Azərbaycan dili məsələləri, Bakı, «Bakı Universiteti», 1992. s.234-248
  10. Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası, Bakı, «Maarif», 1988. s.116-122
  11. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.45, 96-97
  12. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.367