Bazarcıq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.[2][3]
kənd | |
Bazarcıq | |
---|---|
40°27′26″ şm. e. 44°22′27″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Abaran mahalı |
Rayon | Abaran rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.850 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 15 km cənub-qərbdə, İrəvan-Abaran yolunun sol tərəfində, Abaran çayının sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəfətəri"ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir. 1590-cı ildən mə'lumdur[6]
Toponim kiçiltmə mənası bildirən -cıq şəkilçisinin bazar (basar) türk etnoniminə[7] qoşulması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Arayi (Arik) qoyulmuşdur. Gətirilmə addır. Qars əyalətinin Kaqızman dairəsində Bazarcik kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[8]
Ermənilər buraya 1829–30-cu illərdə Türkiyənin Muş, Alaşkert və Bulanixdən köçürülmüşdür[9], lakin 1878-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid mə'lumata görə kəndin əhalisi erməni idi. 1590-cı ildən məlumdur. 1878-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi erməni idi. 1946-cı ildə kənd ermənicə Arik adlandırılmışdır. Gətirilmə addır. Qars əyalətinin Kaqızman dairəsində Bazarcik kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.