İmirli (Abaran)

İmirliİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd.[2]

Kənd
İmirli
40°34′29″ şm. e. 44°27′17″ ş. u.
Ölkə  Ermənistan
Region Abaran mahalı
Rayon Abaran rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.740 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 310 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 0304
Xəritəni göstər/gizlə
İmirli xəritədə
İmirli
İmirli

Rayon mərkəzindən 10 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. Erməni mənbələrində kəndin digər adı Əmirli göstərilir[3].

Mənbələrdə kəndin XVII əsrdə salındığı qeyd edilir[4] Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[5].

Toponim oğuzların eymur etnoniminə[6] mənsubluq bildirən -li şəkilçisinin qoşulması ilə əmələ gəlib «eymurların (əmirlərin) yaşadığı kənd» mənasını ifadə edir. Oğuzların eymur tayfasının adı həm də imir formasında qeyd edilir [7].

Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ttucur (Turşsu) qoyulmuşdur.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.4
  4. Ermənistan Sovet Ensiklopediyası, IV c., İrəvan, 1978, s.186
  5. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.102
  6. Sümər Faruq. Oğuzlar, Bakı, «Yazıçı», 1992. s.324-325
  7. Sümər Faruq. Oğuzlar, Bakı, «Yazıçı», 1992. s.324, 326