Damcılı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.[2]
kənd | |
Damcılı | |
---|---|
40°32′19″ şm. e. 44°28′28″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Abaran mahalı |
Rayon | Abaran rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.000 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0306 |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 19 km məsafədə, Abaran çayının sağ sahilində, Alagöz dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3] qeyd edilmişdir. XIX əsr rus mənbələrində kəndin adı Tamceli//Damcalu formasında qeyd edilir[4].
Toponim «az sulu bulaq», «quyu tipli kiçik bir mənbənin müəyyən vaxtda verdiyi su» mənasında işlənən damcı sözünə[5] -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir.
Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı da dəyişdirilib Mravyan qoyulmuşdur.
Ermənilər bu kəndə İrandan 1828-ci ildən sonra köçürülmüşdür[6].