Bakı Şəhər Mədəniyyət Baş İdarəsi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Əvvəlki qurum | Bakı Şəhət Mədəniyyət və Turizm Baş İdarəsi |
Tabelik | Azərbaycan Respublikası Nazirlər Kabineti |
Ünvan | Hökumət Evi, Ü. Hacıbəyli küçəsi 84, Bakı, Azərbaycan. AZ 1000 |
Rəhbərlik | |
Rəis | İbrahim Əliyev |
Birinci müavin | Nazim Əliyev |
|
|
Rəsmi saytı | baku-art.com |
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, 1950-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində şöbə kimi fəaliyyətə başlayıb, 1983-cü ildən Bakı Şəhər Mədəniyyət İdarəsi olaraq fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 359 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli, 393 nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm haqqında əsasnamə təsdiq edilmiş və əsasnaməyə əsasən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi yaranmışdır.
Azərbaycan Respublikası Prezidentinin Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 29 mart 2016-cı il tarixli, 1932 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılmışdır.
Mədəniyyət və Turizm Sahəsində dövlət idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli, 04 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yaradılmışdır. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əsasında isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi yaranmışdır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsində Fərəh Şəkinskaya, Aydın Teymurov, Akif İslamzadə, Rza Abbasov, Fikrət Babayev, Həsənağa Qurbanov, Əlikram Əliyev, Vuqar Zeynalov və Cəlil Məlikov rəis vəzifəsində çalışmışlar.
13 aprel 2022-ci il tarixindən Baş İdarəyə İbrahim Müseyib oğlu Əliyev rəhbərlik edir.
Hazırda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində 6 incəsənət məktəbi, 30 uşaq musiqi məktəbi, 4 teatr konsert təşkilatı, 75 kitabxana, 44 Mədəniyyət Sarayı, Mərkəzi, Mədəniyyət Evi və klubu, 3 Heydər Əliyev Mərkəzi, 5 muzey, 1 və 2 nömrəli Maliyyə və İqtisadi Regional Bölmələri fəaliyyət göstərir, 5000 nəfərədək insan çalışır.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |