Su idmanı Sarayı — Su idmanları üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsi üçün nəzərdə tutulan idman kompleksidir. 19 aprel 2013-cü ildən tikilməyə başlanmışdır. Bakı Su İdmanı Sarayında yaradılmış şərait FINA[2] (Beynəlxalq Üzgüçülük Federasiyası) tələblərinə tam uyğundur. Burada üç hovuz yaradılıb. Onlardan ikisi Olimpiya hovuzudur (uzunluğu 50 və 25, eni 25, dərinliyi isə 2,5 metrdir). Suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib. Sarayın tamaşaçı tutumu 6 mindən çoxdur. Bundan əlavə, sarayda əlil tamaşaçılar, VVIP, VIP və media bölmələri mövcuddur. Su İdmanı Sarayının binasında Avropa Olimpiya Komitəsinin[3] və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun olaraq funksional və köməkçi sahələr yaradılıb. Binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı mövcuddur. Su idmanı Sarayı Bakı 2015[4] Avropa Oyunlarına ev sahibliyi etmiş məkanlardan biridir.[5]
Bakı Su İdmanı Mərkəzi | |
---|---|
Yeri |
Bakı Azərbaycan |
Təməli qoyulub | 19 aprel 2013 |
Açılış tarixi | 20 aprel 2015 |
Memar | Securo CO.LTD[1] |
Tamaşaçı tutumu | 6000 |
Vikianbarda əlaqəli mediafayllar |