Beynəlxalq köməkçi dil

Beynəlxalq köməkçi dil — fərqli ana dillərə malik insanlar arasında ünsiyyətin asanlaşdırılması üçün yaradılmış və ya seçilmiş bir dil. Bu dillər, mədəni və dil müxtəlifliyinə hörmət edərək beynəlxalq ünsiyyətin vasitəsi olmağı hədəfləyir. Beynəlxalq köməkçi dillər ya təbii dillərdən (məsələn, ingilis dili) seçilir, ya da süni şəkildə yaradılır (məsələn, esperanto).

Dilçilik
Dünya dilləri
Dünya dilləri
Nəzəri linqvistika
Fonologiya

Morfologiya

Sintaksis

Semantika

Praqmatika

Koqnitiv dilçilik

Generativ linqvistika
Deskriptiv linqvistika
Antropoloji linqvistika

Təkamül linqvistikası (müqayisəli-tarixi
dilçilik
, etimologiya)

Fonetika

Sosiolinqvistika
Tətbiqi dilçilik
Kompüter dilçiliyi

Kriminalistika

Dilin mənimsənilməsi

Dil qiymətləndirməsi

Dil inkişafı

Preskriptivizm

Antropoloji linqvistika

Neyrolinqvistika

Psixolinqvistika

Stilistika
Digərləri
Ədəbiyyat

Oxuma

Linqvistik tipologiya

Linqvistikanın tarixi

Dilçilərin siyahısı

Dünya dilləri

Həll olunmamış problemlər
Portal:Linqvistika

Beynəlxalq köməkçi dilin xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Asanlıq və neytrallıq ən başlıca xüsusiyyətlərindəndir. Sadə qrammatika və asan öyrənilə bilən quruluş, dili öyrənməyi daha əlçatan edir. Hər hansı bir mədəniyyətə və ya dil qrupuna üstünlük verməməyə çalışır.[1] Universal istifadə məqsədi digər əsas xüsusiyyətlərindən biridir. Bu xüsusiyyət, fərqli dillərdə danışan insanlar arasında körpü qurmağı hədəfləyir. Praktik tətbiq sahələri, diplomatiya, beynəlxalq ticarət, elmi tədbirlər və qlobal təşkilatların fəaliyyətlərində istifadə olunur.

Beynəlxalq köməkçi dillərin növləri

[redaktə | mənbəni redaktə et]

Bəzi təbii dillər beynəlxalq köməkçi dil rolunu oynayır. Məsələn: İngilis dili: Müasir dövrdə qlobal ünsiyyət və biznesin əsas dili kimi qəbul edilir. Fransız dili: Tarixdə beynəlxalq diplomatiyanın əsas dili olub.[2] Bir də insanlar tərəfindən xüsusi məqsədlər üçün yaradılan dillər mövcuddur. Onlara süni dillər deyilir. Ən məşhurlarından biri Esperantodur. L.L. Zamenhof tərəfindən yaradılmış, asan və neytral bir dildir. İnterlinqua isə Latın və Avropa dillərinin qarışığından yaradılmışdır. Volapük, 19-cu əsrdə İohan Martin Şleyer tərəfindən təqdim edilmişdir.

Üstünlükləri və çətinlikləri

[redaktə | mənbəni redaktə et]

Üstünlüklərinə qlobal ünsiyyəti və əməkdaşlığı gücləndirməyi, əsas ana dili olmayan insanlar arasında bərabərlik yaratmağı nümunə göstərə bilərik. Çətinliklərinə beynəlxalq bir dil seçimi və ya tətbiqi ilə bağlı siyasi və mədəni problemləri, eyni zamanda süni dillərin geniş miqyasda qəbul edilməsində yaranan çətinlikləri aid edə bilərik.[3][4] Texnologiyanın inkişafı ilə avtomatik tərcümə sistemləri beynəlxalq ünsiyyətdə mühüm rol oynamağa başlayıb.[5]

  1. Vyaçeslav A. Çirikba, “Qafqaz dil birliyi problemi” Peter Muyskenin “Dil ərazilərindən ərazi dilçiliyinə” kitabında, 2008, s. ISBN 90-272-3100-1
  2. Ostler, 2005 səh. 38–40
  3. Şmidt, İohann. 1964. Jenotem valemapuka Volapük. Amsterdam: Volapükagased.
  4. Şmidt, İohann. 1996. Universal lingvo Volapuko tarixi. Tərcüməçi: Philippe Combot. Courgenard: La Blanchetière. ISBN 2-906134-30-9
  5. Zaski, Ceyson, "Məyusedici Sözlər", Uğursuzluq jurnalı, 2009-07-20, 2011-11-19 tarixində orijinalından arxivləşdirilib, Ancaq icad edilmiş dillər baxımından bu, indiyə qədər yaradılmış ən inanılmaz dərəcədə uğurlu icad edilmiş dildir. Onun minlərlə danışanları var, hətta ana dilində danışanlar da var və bu, ana dili olmayan 900-ə yaxın digər dillə müqayisədə böyük nailiyyətdir. - Arika Okrent