Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (ing. United Nations Economic Commission for Europe) qısaca: UNECE və ya ECE) — BMT-nin iqtisadi qurumlarından biri. Avropa ölkələri ilə yanaşı, həm Kanada, həm Mərkəzi Asiya respublikaları, həm də İsrail və Amerika Birləşmiş Ştatları bu quruma daxildir. Mərkəzi katiblik qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir və təxminən 50 milyon ABŞ dolları məbləğində büdcəsi var.[1]
28 mart 1947-ci[2][3] ildə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına dəstək üçün təsis olunmuşdur.
Komissiyanın üzvü olan 56 ölkə aşağıda göstərilmişdir:
Ölkələr | Üzvlük tarixi | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Albaniya | 14 dekabr 1955 | |||||||||||||||
Andorra | 28 iyul 1993 | |||||||||||||||
Ermənistan | 30 iyul 1993 | |||||||||||||||
Avstriya | 14 dekabr 1955 | |||||||||||||||
Azərbaycan | 30 iyul 1993 | |||||||||||||||
Belarus | 28 mart 1947 | |||||||||||||||
Belçika | 28 mart 1947 | |||||||||||||||
Bosniya və Herseqovina | 22 may 1992 | |||||||||||||||
Bolqarıstan | 14 dekabr 1955 | |||||||||||||||
Kanada | 9 avqust 1973 | |||||||||||||||
Xorvatiya | 22 may 1992 | |||||||||||||||
Kipr | 20 sentyabr 1960 | |||||||||||||||
Çexiya | 28 mart 1947 | |||||||||||||||
Danimarka | 28 mart 1947 | |||||||||||||||
Estoniya | 17 sentyabr 1991 | |||||||||||||||
Finlandiya | 14 dekabr 1955 | |||||||||||||||
Şimali Makedoniya | 8 aprel 1993 | |||||||||||||||
Fransa | 28 mart 1947 | |||||||||||||||
Gürcüstan | 30 iyul 1993 | |||||||||||||||
Almaniya | 18 sentyabr 1973 | |||||||||||||||
Yunanıstan | 28 mart 1947 | |||||||||||||||
Macarıstan | 14 dekabr 1955 | |||||||||||||||
İslandiya | 28 mart 1947 | |||||||||||||||
İrlandiya | 14 dekabr 1955 | |||||||||||||||
İsrail | 26 iyul 1991 | |||||||||||||||
İtaliya | 14 dekabr 1955 | |||||||||||||||
Qazaxıstan | 31 yanvar 1994 | |||||||||||||||
Qırğızıstan | 30 iyul 1993 | |||||||||||||||
Latviya | 17 sentyabr 1991 | |||||||||||||||
Lixtenşteyn | 18 sentyabr 1990 | |||||||||||||||
Litva | 17 sentyabr 1991 | |||||||||||||||
Lüksemburq | 28 mart 1947 | |||||||||||||||
Malta | 1 dekabr 1964 | |||||||||||||||
Moldova | 2 mart 1992 | |||||||||||||||
Monako | 27 may 1993 | |||||||||||||||
Monteneqro | 28 iyun 2006 | |||||||||||||||
Niderland | 28 mart 1947 | |||||||||||||||
Norveç | 28 mart 1947 | |||||||||||||||
Polşa | 28 mart 1947 | |||||||||||||||
Portuqaliya | 14 dekabr 1955 | |||||||||||||||
Rumıniya | 14 dekabr 1955 | |||||||||||||||
Rusiya | 28 mart 1947 | |||||||||||||||
San-Marino | 30 iyul 1993 | |||||||||||||||
Serbiya | 1 noyabr 2000 | |||||||||||||||
Slovakiya | 28 mart 1947 | |||||||||||||||
Sloveniya | 22 may 1992 | |||||||||||||||
İspaniya | 14 dekabr 1955 | |||||||||||||||
İsveç | 28 mart 1947 | |||||||||||||||
İsveçrə | 24 mart 1972 | |||||||||||||||
Tacikistan | 12 dekabr 1990 | |||||||||||||||
Türkiyə | 28 mart 1947 | |||||||||||||||
Türkmənistan | 30 iyul 1993 | |||||||||||||||
Ukrayna | 28 mart 1947 | |||||||||||||||
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} |
28 mart 1947 |
ABŞ | 28 mart 1947 | |||||||||||||||
Özbəkistan | 30 iyul 1993 |
Qeyd: UNECE-yə üzv olan 56 ölkənin 18-i rəsmi inkişaf yardımı alanlardır.[4]
Daxili Nəqliyyat Komitəsi Komissiyanın köməkçi orqanıdır və AİK-in üzv-ölkələri DNK-in üzvləridir.[11] Komitənin işi haqqında hesabatlar Komissiyanın illik sessiyalarında baxılır.[11]
Daxili Nəqliyyat Komitəsinin mənzil-qərargahı İsveçrənin Cenevrədə fəaliyyət göstərir və fəaliyyətində 56 ölkə iştirak edir.[11]
Komissiyanın Daxili Nəqliyyat Komitəsi bütün növ nəqliyyat sahəsində əməkdaşlığın regional miqyasda inkişafı üçün hökumətlərarası orqan kimi yaradılmışdır. Komitə məlumat mübadiləsi və ümumilikdə nəqliyyat problemlərinin müzakirəsi üçün forumdur, həmçinin də beynəlxalq sazişlər bağlanan və beynəlxalq tövsiyələr hazırlanan bir orqandır.[11]
Komitə çərçivəsində müxtəlif nəqliyyat növləri üzrə xüsusi işçi qrupları yaradılmışdır:[11]
Bu qruplar müxtəlif məsələlərə dair xüsusi yaradılan köməkçi işçi orqanlar, ekspert qrupları və müzakirə qrupları sistemin fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirirlər. Eləcə də, bilavasitə Komitənin himayəsi altında fəaliyyət göstərən bir sıra ekspert qrupları vardır. Bunların arasında nəqliyyat statistikasına dair, tez xarab olan ərzaqların daşınmasına dair, təhlükəli yüklərin daşınmasına dair, qarışıq daşımalara dair, gömrük məsələlərinə dair, nəqliyyat sahəsində tendensiya və siyasətə dair, nəqliyyatın iqtisadiyyatına dair ekspertlər qrupu vardır. Bu qrupların statusu bütün nəqliyyat növləri üçün ümumi problemlərin istifadəsinə dair həyata keçirilən işlə şərtləndirilmişdir.[11]
1982-ci ildən 2007-ci ilə qədər IOS Press tərəfindən UNECE-nin adından "Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Statistik jurnalı" nəşr edilmişdir.[12][13]