Diyarbakır ili


Diyarbəkir - Türkiyənin bir ili və ən sıx on ikinci şəhəridir. Türkiyə Statistika Qurumunun göstəricilərinə görə 2014 tarixindəki əhalinin sayı 1.635.048 nəfərdir.

Diyarbəkir ili
Diyarbakır ili
38° şm. e. 40° ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 15.355 km²
Əhalisi
Əhalisi
  • 1.557.143 nəf. (2021)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +90 412
Poçt indeksi 21000–21999
Nəqliyyat kodu 21
Diyarbəkir ili xəritədə
Diyarbəkir ili
Diyarbəkir ili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Diyarbəkir şəhəri müxtəlif dövrlərdə fərqli adlarla anılmışdır. E.ə. 200 tarixində Assuriya hökmdarı Adadnirariyə aid qılınc qınında şəhərin adı "Amid" və ya "Amidi" olaraq qeyd edilmişdir. RomaBizans qaynaqlarında şəhərin adı "Amid, O'mid, Emit, Amide" olaraq qeyd edilmişdir. XI əsrdə bura gələn türkmənlər şəhərin inşasında istifadə olunan qara rəngli daşlara görə şəhəri "Qara Amid" adlandırmışdır. Daha sonra bura gələn ərəb mənşəli Bəkr qəbiləsi səbəbilə uzun müddət Diyar-ü Bəkr (ديار بكر) olaraq anılmışdır. 1867-ci ildə keçirilən inzibati islahat nəticəsində Diyarbəkir adıyla vilayətə çevrildi. 1926-cı ildə Mustafa Kamal Paşaya fəxri vətəndaşlıq verilmişdir.

MesopotamiyaAnadolu mədəniyyətlərinin vəhdətində yerləşən Diyarbəkirin tarixi çox qədim dönəmlərə gedib çıxır. İlk insanların burda məskən salmağı Paleolit və Mezolit dövrünə təsadüf edir. Şəhərin mərkəzi hissəsində e.ə. 3000 tarixində xethurri-mitanni hakimiyyəti mövcud olmuşdur. E.ə. 1260 tarixinə qədər davam edən hurri-mitanni hakimiyyətindən sonra Diyarbəkir ardıcıl olaraq Assuriya, Arami, Urartu, Skif, Midiya, Əhəməni, Makedoniya, Selevki, Parfiya, Erməni, Roma, Sasani, Bizans, Əməvi, Abbasi, Həmdani, Səlcuqlu, Artuqlu, Əyyubi, Monqol, Ağqoyunlu, SəfəviOsmanlı idarəçiliyində qaldı.

XVIII əsrin ortalarında Diyarbəkir

Assuriya dönəmində şəhər mərkəzi olan Diyarbəkir uğrunda eramızın ilk əsrlərindən başlayaraq mübarizə güclənmişdir. Romalıların hakimiyyətinə keçən şəhər Roma imperiyasının dağılmasından sonra Bizans idarəsinə keçmişdir. Xəlifə Ömər dönəmində İslam ordusu Diyarbəkir və ətrafını fəth etdi. Xalid ibn Vəlid Diyarbəkirə daxil olan ilk İslam komandanıdır. Beləliklə, bir əyalət olaraq İslam dövlətinə tabe edildi.

Daha sonrakı illərdə Həmdanilər hakim olsalar da, 990-1096 tarixlərində bölgəni Mərvanilər idarə edirdi. Alp Arslan 1071 Malazgird döyüşündən bir il öncə Diyarbəkirə gəldi və Mərvaniləri özünə tabe etdi. Səlcuqlu Məlikşahın vəfatından sonra Diyarbəkirdə hakimiyyəti Suriya səlcuqlularının əlinə keçdi.

1259-cu ildə şəhər Hülakilərin əlinə keçsə də, qısa müddət sonra Artuq bəyliyinə verildi. 1401-ci ildə Ağqoyunlu dövlətinin paytaxtı oldu və təqribən 100 il sonra Səfəvilər tərəfindən ələ keçirildi. ArtuqSəfəvi hakimiyyətində bölgəyə güclü türkmən axınları olmuşdur.

1507-1515 tarixlərində Anadou bəylikləri, MəmlükSəfəvilər arasında mübarizə meydanına çevrildi. 15 sentyabr 1515 tarixində Yavuz Sultan Səlim tərəfindən Diyarbəkir və bütün Cənub-şərqi Anadolu bölgəsi ələ keçirildi.

Diyarbəkir Osmanlılar dönəmində önəmli əyalətlərdən biri olmuş, şərq səfərlərinə hazırlaşan ordunun qışlaq bölgəsi olmuşdur. Osmanlı imperiyasının son dönəmlərində, xüsusilə də I Dünya Müharibəsi illərində xəstəlik, yanğın və epidemiya səbəbilə ağır itkilər verən Diyarbəkir, Cümhuriyyət dönəmində yenidən inşa olundu. 1950-ci illərdən sonra şəhər yenidən bərpa olunmuş, yollar, xəstəxanalar, məktəblər və müasir binalar inşa edilmişdir. 2 sentyabr 1993 tarixində verilən 504 saylı qanunla şəhər statusu aldı.

Diyarbəkir Cənub-şərqi Anadolu bölgəsinin mərkəzində, Mesopotamiyanın şimalında yerləşir. Şərqdə BatmanMuş, qərbdə Şanlıurfa, Adıyaman, Malatya, şimalda ElazığBingöl, cənubda isə Mardinlə qonşudur. Ərazisinin böyük bir qismi dağlarla əhatə olunmuşdur. Ən yüksək zirvəsi Muş sərhəddində yerləşən Anduk dağıdır (2830 m).

Diyarbəkirdə hava olduqca sərt keçir. Yayı çox isti, qışı mülayim keçir. Bunun səbəbi isə Cənub şərqdən gələn hava kütlələrinin qarşısını kəsən Toros dağlarıdır. Ən yüksək aylıq temperatur 40.2 dərəcə, ən alçaq aylıq temperatur isə -10.1 dərəcədir. Bu günə qədər müşahidə edilən ən yüksək temperatur 48.4 dərəcə (29 iyul 1946), ən aşağı temperatur isə -25.7 dərəcədir (11 yanvar 1933). İllik yağıntının miqdarı 496 mm-dir ki, bu yağıntının 2%-i yay aylarında düşür.

Bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Cənub-şərqi Anadoluda olduğu kimi Diyarbəkirin də təbii bitki örtüyü çöldür. Bölgədəki dağlar seyrək meşə örtüyü ilə əhatə olunub. Diyarbəkir ərazisinin 33%-i meşə örtüyü ilə, 40%-i becərilən ərazi və 22%-i isə çəmən və otlaq ərazisidir. Çay sahillərində söyüd, çinar, qozqovaq ağacları, yüksəkliklərdə palıd, ardıc və yabanı meyvə ağacları mövcuddur.

Dəclə çayı sahili, Diyarbəkir

Diyarbəkir şəhərinin əsas su qaynağı Elazığ bölgəsindən gələn və Diyarbəkirin şərqindən axan Dəclə çayıdır. Burada çay dərəsinin dərinliyi 600 metrə qədər enir. Şəhərin şimal-qərbində kiçik bir bölgədən Fərat çayı keçir.

Türkiyə Statistika Qurumunun göstəricilərinə görə, bölgənin əhalisi 1.528.958 nəfərdir (2010). Diyarbəkir şəhər mərkəzinin əhalisi isə 834.854 nəfərdir. Yenə Türkiyə Statistika Qurumunun göstəricilərinə görə, bölgənin əhalisi 2011-ci ildə 1.570.943 nəfərdir.

Diyarbəkir əhalisinin 53%-ni uşaqlar təşkil edir. Əhalinin 87%-nin doğum yeri Diyarbəkirdir. Qalan əhalinin doğum yeri isə MardinBingöldür. Əhalinin 53%-i evlidir.

Ümumilikdə 401 884 nəfər
Türkcə 264 235 nəfər
Kürdcə 134 948 nəfər
Ərəbcə 1 796 nəfər
Ermənicə 279 nəfər
Digər 626 nəfər

Diyarbəkir QalasıHevsel Bağları UNESCO tərəfindən 2015 tarixində Ümumdünya irsi siyahısına alınmışdır. Şəhər mərkəzində dövlət və bələdiyyə teatrları mövcuddur. Bundan başqa hər il şəhər mərkəzində Diyarbəkir Kitab Sərgisi fəaliyyət göstərir.

Əsrlər boyunca ərəblər, ermənilər, kürdlər, aramilər, türklər, yəhudilərzazaların məskunlaşdığı qədim Diyarbəkirin mətbəxi də məhz bu xalqların mədəniyyətlərinin məcmusudur. Mətbəxin əsas ləvazimatları quzu əti, müxtəlif ədviyyatlar, düyü, kərə yağıyarmadır. Bu səbəbdən Diyarbəkir mətbəxi nisbətən ağır yeməklərdən ibarətdir. Bundan başqa Diyarbəkir lahmacunu, kadayıfı və pendiri ilə də məşhurdur. Ən məşhur yeməkləri qabırğa dolması, içli küftə, çiy küftə, yarma aşı, keşkək və ciyər kababıdır.

Diyarbəkir Ulu Məscidi

Məscidlər, kilsələr və sineqoqlar

[redaktə | mənbəni redaktə et]

Diyarbəkir Ulu Məscidi

[redaktə | mənbəni redaktə et]

Qara daşdan inşa olunan Anadolunun ən qədim məscidlərindən biridir. Eramızın 639 tarixində İslam ordusu Diyarbəkiri fəth etdi və beləliklə, Mar-Toma Kilsəsi məscidə çevrildi. İslam aləmində beşinci dini mərkəz olaraq qəbul edilir. Divarlarında müxtəlif mədəniyyətlərə aid yazılı kitabələr mövcuddur.

Parlı Məscid adı verilən bu abidə XV əsrdə Ağqoyunlu Uzun Həsən tərəfindən inşa olunmuşdur. Çini və motivlərlə bəzədilən minarəsi çox zərif olduğundan günümüzə qədər mühafizə olunur. Məscidin qərbində böyük həkim Müslihiddin-i Larinin məzarı yerləşir. Minarənin inşasında xüsusi qoxulu bitkilər istifadə olunmuşdur.

Bəhram Paşa Məscidi

[redaktə | mənbəni redaktə et]

1572 tarixində Diyarbəkir hakimi Bəhram Paşa tərəfindən Memar Sinana inşa etdirdi. Üzərindəki kitabəyə görə, inşasına 1564-1565 tarixində başlanılmış, 1572 tarixində bitirilmişdir. 5 may 1828 tarixində məscidin minarəsinə ildırım düşdü və yalnız 1930-cu ildə restavrasiya oluna bildi.

Daşla örtülü, tək qübbəli bir məsciddir. Ağqoyunlular tərəfindən inşa olunan bu əsər XV əsrə aiddir. Minarəsində "Məhəmməddən" sözüylə başlayan cümlələr yazılmış, bu səbəbdən Nəbi və ya Peyğəmbər Məscidi olaraq anılır. 1530 tarixində Hacı Hüseyn adlı bir qəssab tərəfindən minarə inşa edilmiş, bu minarə 1960 tarixində restavrasiya olunmuşdur.

Fatehpaşa Məscidi

[redaktə | mənbəni redaktə et]

Kurşunlu Camii olaraq adlanır. 1516-1520 illərində şəhərin ilk Osmanlı hakimi olan Bığlı Mehmed Paşa tərəfindən inşa edilmişdir. Bölgədəki ilk Osmanlı əsəridir. Divarları dəyərli Osmanlı çiniləri ilə bəzədilən bu əsər cümhuriyyətin ilk illərində restavrasiya olundu. Daha öncə geniş ön meydanı olan məscid 90-cı illərdə iki yerə bölündü.

Hüsrəv Paşa Məscidi

[redaktə | mənbəni redaktə et]

Osmanlının Diyarbəkirdəki ikinci hakimi olan Divanə Hüsrəv Paşa tərəfindən 1512-1528 illərində inşa edilmişdir. Bina əvvəllər Üsrəviyyə Mədrəsəsi olaraq adlandırılmışdır.

Məlik Əhməd Paşa Məscidi

[redaktə | mənbəni redaktə et]

Məlik Əhməd Paşa tərəfindən XVII əsrdə inşa edilmişdir. Tamamilə çinilərlə bəzədilən mehrabı diqqəti cəlb edir. Məlik Əhməd Paşanın qəbri də məhz burada yerləşir.

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. Turkish Statistical Institute. 1926.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]