Bozoxlar türk mifologiyasında "səma boyları"nı, "səmavi boylar"ı (səma tayfaları) ifadə etmək üçün istifadə edilən anlayışdır. Bunlar Oğuz xanın ikinci arvadından olan üç oğlu və bu üç oğulun nəslindən olan tayfalardırlar. Onlar Qızıl yayın sahibləridirlər. Onlar 24 oğuz tayfasından 12-ni təşkil etmişdirlər.
Ox sözü bir çox mənbələrdə boy mənasında işlədilmişdir. Qəbilələrə ox mənasını verən adlar verilirdi: Onox, Bozox, Üçox. Bu sözə aid olan Oğuz və Oğur sözləri də oxşar mənada işlədilmişdir: On Oğur, Beş Oğur, Şar Oğur, Doqquz Oğuz kimi… Oğur və Öğür (Bölük) sözləri də bir-birləri ilə yaxından əlaqəlidirlər. Okruk sözü həm türk dilində, həm də Sibirin bəzi muxtar dövlətlərində dövlət (müasir Respublika) deməkdir. Hungar (Macar) sözünün də Onoğur sözündən yarandığı düşünülür.
Anadoluya gəlmiş olan Oğuzlardan olan Bozoxlular müasir Yozqat ərazisində məskunlaşdıqları üçün bu ərazi Türkiyə Respublikasına qədərki dövrdə Bozox adlanmışdır. Anadolu bəyliklərindən biri olan Osmanlılarda, Bozox boylarının yaratdığı dövlətlərdən biridir. Bozoxlara da "Dış Oğuz" (Çöl Oğuz, Kənar Oğuz) da deyirdilər və onlar sağ tərəfdə yerləşirdilər.
Onun simvolu Şahindir. Oğulları:
- a) Qayı: Sağlam, möhkəm deməkdir. Altı yüz ildən çox bir müddət ərzində üç qitə və yeddi dəniz üzərində hökmranlıq etmiş olan Osmanlı sülaləsinin də məhz bu tayfadan olduğu iddia edilir. Amma Prof. Dr. Halil İnalcık "Osmanlıların Qayı tayfasından çıxması iddiası xurafatdan başqa bir şey deyildir. Oğuznaməyə görə, Qut verilmiş Qayı boyundan ötrü bu iddialar II Murad dövründə Teymur üzərində üstünlük yaratmaq üçün irəli sürülmüşdür." deyir
- b) Bayat/Bayad: Varlı, hörmətli deməkdir. Maraş və ətrafına hakim olmuş olan Zülqədiroğulları, İranda yaşayan Qacarların (Şamabayatıların) bir qolu, Xorasanda Qara Bayatlar, Maku və Şərqi Bəyazid xanları, Ərbil və Kərkük türkmənlərinin əksəriyyəti bu tayfadandırlar.
- c) Alkabölük/Alkaevli: Getdiyi yerdə müvəffəqiyyət əldə edən deməkdir. Türkiyə və Azərbaycanda yerləşən Alaca və Alacalılar adlı yerlər bu tayfadan qalmışdır.
- d) Qarabölük/Qaraevli: Qara otaqlı, qara çadırlı deməkdir. Bunlardan geriyə Qaralar, Qaralı kimi coğrafi yer adları qalmışdır. Osmanlı dövründə şahzadələrə təhsil verən lələlər bu tayfadan seçilirdilər. Onlar Türkiyə və Krım ətrafında yaşayırdılar.
Onun simvolu Qartaldır. Oğulları:
- a) Yazgur/Yazır: Çox ölkəsi olan deməkdir. Ak Yabqunun dövründəki Yenikənd Yabquları, Qərbi Türküstandakı Cənd əmirləri, Qaradaş adlı Xorasan yazırları, Toros dağlarındakı Gündüzoğulları sülaləsi bu tayfadandırlar.
- b) Dügər/Toxar: Yığışanlar, döyüşənlər deməkdir. Yenikəndli Vəzir, Aydur, Harput-Diyarbəkir-Mardin hakimləri, Artuklular, Sincar-Siverek, Suruç arasında olan keçmiş Cabər bəyləri, Məmlüklər dövründə Hələb, Hama elləri, Xəzərin şərqindəki Saka tayfasından olan Toxarlar; Malatya Toxarıs, Dağıstandakı Digor və Qars və Arpaçayın sağında yerləşən Digor mahalı bu tayfadan qalmışdır.
- c) Totırka/Dodurqa: Ölkə almaq və xanlıq etmək deməkdir. Sivasın şərqindəki Tüdergelər bu tayfadandır.
- d) Yaparlı: Gözəl ətirli deməkdir. Müşk alveri ilə məşğul olmuş olan Yaparlı tayfası (oymağı) bu tayfadandır. Yaparlı tayfası bu gözəl ətirdən Ağqoyunluların və Gəraylıların məscidlərinin mehrab divarınlarına qatdıqları üçün bu divarlardan hələ də bu iyi gəlir. Diyarbəkirdə və Krımda onlardan qalmış olan xatirələr vardır.
Onun simvolu Dovşandır. Oğulları:
- a) Avşar/Əfşar: Çevik və vəhşi heyvanları ovlamağa həvəsi olan, ovçu deməkdir. Xuzistan hökmdarları, Qaramandakı Qaramanoğulları, Nadir şah və onun sülaləsi, Urmiya və Xorasan əfşarları bu tayfadandırlar.
- b) Kızık/Qırıq: Çox ciddi və güclü deməkdir. Qaziantep, Hələb və Ankara ətrafındakı kızıklar, Şərqi Gürcüstandakı və Şirvanın qərbindəki düzənliklərə qazax adı verənlər də bu tayfadandırlar. Qırıxlı tayfaları bu boyun əlamətidir.
- c) Bekteli/Bəydili: Böyük, əziz deməkdir. Xarəzmşahlar və Hələb ətrafındakı bəydililər bu tayfadandırlar.
- d) Karqın/Karkın: Daşqın, doyurucu deməkdir. Ağqoyunlular və Hələb-Hatay regionundakı Karqunlar, Azərbaycandakı Qarxun kəndləri bu tayfanın adını daşıyırlar.
Boz "boz rəng" və Ox sözlərinin birləşməsindən yaranmışdır. Monqol dilində "Bosoh" feli yüksəlmək, günəşin doğulması deməkdir. (Ox) kökü türk dilində silah, itilik, sivrilik, öyrənmək, öyrətmək, ibrətamizlik və məktəb mənalarını ifadə edir.