Dürvil dənizi

Dürvil dəniziCənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Adeli Torpağı sahilində yerləşir. Cənub hissədə dərinlik 500 m şimalda isə dərinlik 3610 m təşkil edir. İlin böyük hissəsi hərəkət edən buzlarda örtülü olur. Duzluğu 33,7-33,8 ‰ təşkil edir. Dənizin sahilləri yarıya qədər buzla örtülür. Bu ərazilər V Georq sahiliAdel Torpağı ilə birlikdə Viktoriya adlandırılır. Sahillərinə yaxın buz qayaları vardırki, onlar ilin isti vaxtı cəmi bir necə on günlərlə buzdan azad olur Aysberqlər digər dənizlərə nisbətən azdır. Dənizin temperaturu yayda 0 C, qışda -17 C təşkil edir. Burada güçlü küləklər əsir və qasırğalar baş verir.

Dürvil dənizi
ing. d'Urville Sea
Ümumi məlumatlar
Tip Materik kənarı
Mütləq hündürlüyü 0 m
Dərin yeri 3610 m
Duzluluğu 33,7-33,8 
Yerləşməsi
65°00′00″ c. e. 140°00′00″ ş. u.HGYO
Ölkə  Antarktida
Üst akvatoriyası
Yerləşməsi Şərqi Antarktida
Dürvil dənizi xəritədə
Dürvil dənizi
Dürvil dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəşfi və örgənilməsi

[redaktə | mənbəni redaktə et]

Dəniz sahillərinə ilk ayaq basan fransız J. Dümon-Dürvil (1837) olmuşdur. Dənizin sahilini öz arvadının şərəfinə Adel Torpağı adlandırmışdır. 1914-cü ildə Duqlas Mouson buranın müstəqil dəniz olmasını sübut edir. Avstraliya antarktik ekspedisiyası 1911-1914-cü illərdə təşkil edilir. 1956-cı ildən Adeli torpağı sahilində Dyumon-Dyurvil stasiyası fəaliyyət göstərir.

Canlılar aləmi

[redaktə | mənbəni redaktə et]

Dəniz sularında müxtəlif növ pinqivinlərə rast gəlinir:İmperator pinqivini və adeli pinqivini. Dəniz kiçik balıqları və molusklarla zəngindir. Onlar öz növbəsində planktonlarla qidalanırlar. Balıqlar öz növbəsində suitilərinin və dəniz bəbirlərinin qidasını təşkil edir. Burada karlin kiti və butulkaburuna rast gəlinir. Dənizin dibində dəniz ulduzu, dəniz kirpisi, dəniz xiyarı, xərcəngkimilər vardır.